303
ƏLAVƏLƏR
I ƏLAVƏ
QLOBAL PROBLEMLƏRƏ AİD TERMİN VƏ
ANLAYIŞLARIN İZAHLI LÜĞƏTİ
Alfa şüaları -
helium nüvəsindən
ibarət olur və
müsbət enerji daşıyır. Lap dərinə hopmaq və canlı
toxumanın açıq hissəsinə həddən artıq çox ziyan vurmaq
qabiliyyətinə malikdir (bax “Radiasiya”).
Areal - müxtəlif növlərin və ekosistemlərin yayılma
sahəsi. Təbiətin mühafizəsi
problemi hər şeydən əvvəl
arealların və təbii ekosistemlərin qorunub saxlanılması
problemidir.
Atmosferdə, kosmik fəzada və su altında nüvə
silahı sınağının qadağan edilməsi haqqında müqavilə -
1963-cü il mayın 5-də Moskvada imzalanmışdır, üç
mühitdə nüvə silahının sınaqdan keçirilməsini qadağan edir.
Bataqlıqlaşma - daimi
həddən ziyadə nəmlilik və
qızdırlmanın təsiri ilə, son nəticədə bataqlığın əmələ
gəlməsinə gətirib çıxaran, torpağın və landşaftın
dəyişilməsi
prosesi.
BER – canlı toxumalarda bədənin qəbul etdiyi
enerjinin və bu enerjinin təsirini
gücləndirən və ya azaldan
digər faktorlarla qarşılıqlı təsirini nəzərdə tutan ekvivalent
doza vahidi. 600 ber-lik doza adətən altmış gün ərzində
ölümlə nəticələnən sonuca gətirib çıxarır.
Beta şüaları - atom nüvəsindən ayrılan elektrondur
və bir mənfi enerji daşıyır. Hopma qabiliyyəti alfa şüalarına
nisbətən çox, qamma şüalarına nisbətən isə azdır. Dəriyə
düşdükdə yanıq, opqanizmə düşdükdə isə xərçəng əmələ
gətirir.
304
Dostları ilə paylaş: