Boloniya konvensiyası – Avropa İttifaqı üzvləri,
təhsil sahəsində Avropa ölkələrinin əldə etdikləri
nailiyyətlərin itirilməsinə yol vermədən, 1999-cu ildə qitədə
eyni prinsip və qaydalar əsasında fəaliyyət göstərən,
konvensiyaya üzv-dövlətlərin hamısının ərazisində məqbul
sayılan vahid təhsil məkanının yaradılması haqqında
razılığa gəlmişlər. Azərbaycan Boloniya prosesinə 2005-ci
ildə qoşulmuşdur.
Böyük demoqrafik dəyişiklik – ailənin iqtisadi
gücünün uşaqların sayından asılılığının aradan tam
qalxması. Geniş təkrar istehsaldan sadə və ya hətta mənfi
təkrar istehsala keçid.
Çirklənmə - təbiətə xas olan, lakin yerində
yerləşməyən, zamanında və lazımi miqdarda olmayan, təbii
sistemi tarazılıq vəziyyətindən çıxaran və adətən müşahidə
olunan normadan fərqlənən hər şey. Çirklənmə istənilən
səbəbdən, hətta lap təmizlikdən də əmələ gələ bilər.
Çirklənmə həm təbii səbəblərdən (təbii çirklənmə) həm də
insan fəaliyyətinin təsiri ilə (antropogen çirklənmə) əmələ
gələ bilər.