İnformasiya industriyası – informasiya və bilik
resurslarının yaradılması və formalaşdırılması, onların
aktual vəziyyətdə saxlanılması, informasiyanın emal, rabitə
və surətinin çıxarılması vasitələrinin yaradılması ilə bağlı
fəaliyyət növləri.
İnformasiya məhsulları – istifadəçilərin tələblərinə
əsasən yaradılmış və onların tələbatlarının ödənilməsi üçün
təyin olunmuş və ya tətbiq edilən sənədləşdirilmiş
informasiya, informasiya sistemləri, texnologiyaları və
onların təminat vasitələri. İnformasiya potensialı – hesablama texnikası və
rabitənin əldə olunmuş hazırkı inkişaf səviyyəsi ilə
müəyyən olunan maksimum imkanlar səviyyəsində
informasiya xidməti vəzifələrini yerinə yetirmək bacarığı. 310
İnformasiya prosesləri – informasiyanın
yaradılması, yığılması, işlənməsi, saxlanması, axtarışı,
yayılması. İnformasiya sistemi – informasiya texnologiyaları və
sənədlərinin təşkilaki və texniki qaydada, o cümlədən
hesablama texnikasından istifadə edilməklə, nizamlanmış
məcmusu.