Ehtiyatlılıq prinsipi -
ilk dəfə 1990-cı ildə Norveçin
Bergen şəhərində 35 ölkənin nümayəndələrinin iştirakı ilə
keçirilmiş ümumdünya ekoloji konfransında işlədilmiş
ifadə. Konfransda təmsil olunmuş ölkələrin hökumətləri
razılığa gəlmişlər ki, dünya ictimaiyyəti alimlərin
təzahürlərin səbəbləri və miqyası barədə son nəticəyə
gəlmələrini gözləmədən, qlobal ekoloji fəlakətlərin,
məsələn iqlimin qlobal istiləşməsi və s. qrşısının alınması
üçün tədbirlər görməlidir. Bundan başqa, dünya
ictimaiyyətinin maraqları xatirinə, inkişaf etmiş sənaye
ölkələri inkişaf etməkdə olan ölkələrə onların ətraf
mühitlərinin qorunmasında kömək etməlidirlər.
FAO – Ümumdünya Ərzaq Təşkilatı. BMT-nin
strukturuna daxildir.