Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə203/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   ...   284
Fertillik  əmsalı - bir ananın öz həyatı boyunca 
dünyaya gətirdiyi uşaqların sayı. 
Ekoloji stress – təbiətə onun özünübərpa imkanını 
itirmə həddinə qədər bir ölçüdə göstərilən antropogen təsir 
prosesi. XX əsrin ortalarından sonra reallığa çevrilmişdir. 
Ekopolitologiya – siyasi qlobalistikanın cəmiyyətlə 
təbiət arasındakı qlobal qarşılıqlı  fəaliyyətin siyasi 
aspektlərini öyrənən bölməsi. 
Ekosistem -.müəyyən sahəni tutan canlı  və cansız 
aləmin qarşılıqlı  əlaqəsinin məcmusu. Müəyyən sahəni 
tutan canlı  və cansız aləm anlayışı. Ekosistem ayrı-ayrı 
orqanizmlər, populyasiya və ya növlər və  məskunlaşma 
mühiti kimi düşünülür. 
Eroziya - dağ suxurlarının, torpağın və digər 
törəmələrin tərkibinin və səthinin bütövlüyünün dəyişməsi, 
dağılması. Su axarlarının lillənməsinə, sənaye 
avadanlıqlarının çirklənməsi-nə və s. səbəb olur. 
Jurnalistika –  
308 
 
a) bütövlükdə cəmiyyətin sosial sisteminin bir hissəsi
eyni zamanda, fəaliyyətləri (dövri mətbuatın, radio və 
televiziya proqramlarının hazırlanması 
və kütləvi 
auditoriyaya çatdırıl-ması) jurnalistikanın infrastrukturu 
(texniki, informasiya, təşkilati-idarə, tədris müəssisələri və 
elmi mərkəzlər) ilə  təmin olunan qəzet və jurnal, kitab 
nəşriyyatları, teleradio şirkətləri redaksiyalarının daxil 
olduğu xüsusi sosial insitut; 
b)  aktual sosial informasiyanın toplanılması, 
hazırlanması  və vaxtaşırı yayılması üzrə ictimai 
fəaliyyətdir, ... jurnalist fəaliyyətinin məhsuludur, müəyyən 
elmi bilik və təhsil sahəsidir
c)  qəzetlərdə, jurnallarda, radioda, televiziyada, 
İnternetdə, bütövlükdə dövri nəşrlərdə  ədəbi-publisistik 
fəaliyyət; 
ç) kütləvi informasiya vasitəsi, dördüncü hakimiyyət
doğru, həm də yalan informasiya, yaradıcılıq, publisistika, 
cəmiyyətin güzgüsü. 
İnsan – informasiya mənbəyi sistemində  əsas halqa, 
“canlı mənbə”dir: a) insan hər zaman hadisələrin şahidi və 
ya iştirakçısıdır, həmişə bu hadisələr barədə informasiyanın 
saxlayıcısı qismində  çıxış edir; b) insan özü haqqında, 
xüsusilə  də özünün daxili aləmi haqqında informasiyanın 
daşıyıcısı” daşıyıcısıdır (insan barədə faktik məlumatları 
sənədlərdən və aparılan müşahidələrdən əldə etmək olar); c) 
insan başqasından alınan informasiyanın translyasiya 
vasitəsidir; ç) insan çoxçalarlı  və qiymətli informasiya 
təchizatçısıdır. 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin