Demoqrafik inqilab – demoqrafik partlayışı
şərtləndirən əsas amil. Ekzogen ölüm sayının kəskin şəkildə
aşağı düşməsi, prokreasiya (lat. – procreatio – yaranma,
doğulma, dünyaya gətirmə) davranışının davamlılığı
nəticəsində baş verən təzahür.
Demoqrafik irəliləyiş – ailənin iqtisadi vəziyyətinin
uşaqların sayından asılılığının tam aradan qalxması. Geniş
təkrar istehsaldan sadə və yaxud hətta mənfi istehsala keçid. XXI əsrin ortalarındabaş vercəyi proqnozlaşdırılır. Demoqrafik partlayış – XX əsrin ikinci yarısında və
XXI əsrin başlanğıcında Yer kürəsində əhalinin sayının
kəskin şəkildə artması. Daha çox industrial və postindustrial
ölkələrdə təbabətin və səhiyyənin inkişafının (immunizasiya
və antibiotiklərin tətbiqi, malyariyaya qarşı mübarizədə
DDT-dən geniş istifadə) nəticəsi kimi büruzə verir. Demoqrafik piramida – dünya, ölkə və region
əhalisinin cinsiyyət-yaş strukturunun qrafik təsviri.