Kanserogenlər – xərçəng xəstəliklərini əmələ gətirən
maddələr. Bəzi maddələr özlərini dolayısilə konsergenlər
kimi büruzə verə bilirlər, yəni onlar bədənin hüceyrələrinin
xərçəng əmələ gətirən digər maddələrə həssaslığını
artırırlar. Zəhərli maddələr müxtəlif kombinasiyalarda
xərçəng xəstəliyinin müxtəlif növlərini əmələ gətirirlər.
Kütləvi informasiya -axtarılması, əldə olunması,
hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan
Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan,
ümumi istifadə üçün nəzərdə tutulmuş mətbu, audio,
audiovizual xəbər və digər məlumatlar.