Biliyin iqtisadiyyatı – bilik sektorunun həlledici,
bilik istehsalının isə iqtisadi inkişafın mənbəyi rolunu
oynadığı iqtisadiyyat.
Bioakkumulyasiya - orqanizmdəudulan maddələrin
miqdarı çıxan maddələrin miqdarından çox olduğu zaman
canlı orqanizmdə kimyəvi maddələrin olması.Bu, toxumalarda maddələrin sıxlığınınartmasına gətirib çıxarır.
Biokütlə - yanacaq qismində istifadə oluna bilən
istənilən üzvi material - odun, quru bitkilər, orqanik
tullantılar.
Biomüxtəliflik - heyvanların və bitkilərin növlərarası
müxtəlifliyi. Ekosistemdə növlərin zənginliyi və
müxtəlifliyi onların normal yaşamaları, mövcud olmaları
üçün vacibdir, bioloji zənginliyin və uyğunlaşmanın
əsasıdır. İnsan fəaliyyəti heyvanların və bitkilərin təbii
məskunlaşma sahələrinin itirilməsinə, təbii resursların
həddən artıq istismarına, həmçinin yerli və gətirilmə heyvan
və bitki növləri arasında özünü qoruyub saxlamaq uğrunda
mübarizənin güclənməsinə gətirib çıxarır. Bütün bunlar
vəhşi təbiətin mənzərə və genetik müxtəlifliyinə mənfi təsir
göstərir. Tropik meşələr və mərcan rifləri (sualtı qayalar)
kimi zəngin növlərin məskunlaşdıqları arealların sahəcə
azalması vəhşi təbiətin genofondunun tükənməsinə, inkişaf
sisteminin və ətraf mühitdə baş verən dəyişikliklərə
uyğunlaşmanın zəifləməsinə səbəb olur.