Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


başlanır: 1999 – bu günə qədər



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə191/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   187   188   189   190   191   192   193   194   ...   284
başlanır: 1999 – bu günə qədər. Qəzetlərdə yazıların sayı 
artır.  Məsələn, belə başlıqlar altında yazılar dərc olunur: 
“Millətin gələcəyi üçün təhlükə”, “Gənclik iynəyə 
oturmuşdur” və s. Bu yazılarda əsasən narkotiklərin zərərin-
dən danışılsa da, bəzən qeyri-şüurlu  şəkildə “ekstaz 
həbləri”, “bir həb  şən gecə keçirmək üşün iki nəfərə  bəs 
edir” və s. ifadələr işlədilir. Hətta narkotik  həblərin qiyməti 
(10-15 $) və satıldığı ünvan barədə də məlumat verilir. 
Bəzi jurnalistlər özləri də bilmədən narkotiklərin 
leqallaşdırılması ideyasına xidmət göstərirlər. Məsələn, 
“Avropada yüngül narkotiklərin leqallaşdırılması onların 
yaşaydığı  cəmiyyətdə seçim hüququnun nə  qədər inkişaf 
etdiyini göstərir…” və s. kimi ifadələri buna nümunə 
göstərmək olar. 


277 
 
Və yaxud başqa bir məqalədə jurnalist Londonda 
marixuan çəkməyə icazə verildiyi barədə yazır və oxucuları 
Brikstonda (Londonun məhəlləsi) aparılmış eksperimentin 
nəticələri ilə tanış edir. Burada 1 il ərzində marixuan 
çəkənləri ölkənin hər yerində olduğu kimi həbs etməmiş, 
onlara yalnız xəbərdarlıq etmişlər. Təbliğat məsələləri üzrə 
mütəxəssislər bu cür yazıları dolayısı yolla marixuanın 
reklamı kimi qiymətləndirirlər. 
Misal gətirdiyimiz başlıqların və tekstlərin məzmunu 
göstərir ki, bu publikasiyalar KİV-də narkogen informasiya 
xarakteri daşıyır və jurnalistlər özləri belə “reklam” və 
“təbliğat” anlayışlarının izahı  məsələlərində peşəkar 
deyillər.  
1999-cu il iyunun 18-də qəbul olunmuş “Narkotik va-
sitələrin, psixotrop vasitələrin və prekursorların qanunsuz 
dövriyyəsinə qarşı mübarizə haqqında” Azərbaycan 
Respublikasının qanunu 2006-cı il iyunun 18-də yenidən 
işlənilərək, "Narkotik vasitələrin, psixotrop maddələrin və 
onların prekursorlarının dövriyyəsi haqqında" qəbul 
olunmuş və qüvvəyə minmişdir. 
 
Yuxarıda deyilənlərdən aşağıdakı  nəticələrə  gəlmək 
olar:  
 
1.
 
KİV narkomaniya problemini və narkomaniyaya 
qarşı mübarizə mövzusunu lazımi səviyyədə  və birmənalı 
şəkildə işıqlandıra bilmir. Bu zaman sistemsizlik, problemin 
qoyuluşunda və  şərhində  səthilik mühahidə olunur, 
problemə yanaşma isə kompleks xarakter daşımır. Bir qayda 
olaraq, KİV materialları hansısa bir rəsmi tədbirdə 
narkomanların sayı barədə açıqlanmış statistik rəqəmlərdən 
ibarət olur.  
2.
 
Narkomaniya probleminin həllinə peşəkarlıq baxı-
mından aidiyyəti olan mütəxəssislərin: həkimlərin, psixo-
loqların, pedaqoqların, hüquq-mühafizə orqanları əməkdaş-
278 
 
larının yazıları demək olar ki, çap olunmur. Narkomaniyaya 
qarşı mübarizə haqqında materialların  əksəriyyətinin 
müəllifləri jurnalistlər özləridir. Onlar isə əksər hallarda bu 
sahədə xüsusi tibbi biliyə malik deyillər, narkomaniya ilə 
mübarizə  məsələlərini tənzimləyən qanunvericiliyi və s. 
bilmirlər 
3.
 
KİV konkret təcrübənin , nəzəriyyə  və  təlimlərin 
təbliğinə yer ayırmır, bu cür yazıların sayı olduqca azdır. 
Həmin yazılarda isə müsbət təcrübə haqqında yayılan in-
formasiya yalnız yerli və ya regional xarakter daşıyır. 
4.
 
Jurnalistlər  əksər hallarda narkomaniya ilə bağlı 
vəziyyət haqqında etibarlı  məlumatlara malik deyillər. Bu 
isə  həm jurnalistlərin özləri arasında, həm də jurnalistlərlə 
narkomaniyaya qarşı mübarizə aparan hüquq-mühafizə  və 
dövlət orqanları arasında təcrübə  və informasiya 
mübadiləsinin lazımi səviyyədə olmaması ilə əlaqədardır.  
5.
 
KİV-də  bəzi materiallar çap olnunr ki, onları 
narkotik vasitələri, psixotrop maddələri və prekursorları, 
müvafiq həyat tərzini gizli şəkildə  təbliğ  və qanunsuz 
reklam edən yazılar kimi qiymətləndirmək olar. Bu cür 
təbliğat materiallarının hüquqi təsnifatını müəyyən edən 
kompleks yanaşma isə hələlik tam işlənib hazırlanmamışdır. 
KİV-in çıxışlarını hüquqi cəhətdən dəqiq qiymətləndirmək 
üçün isə lazımi peşəkarlıq keyfiyyətlərinə malik 
mütəxəssislər yoxdur.  
 
Bütün bu amillər ictimai antinarkotik fikrin 
formalaşdırılması sahəsində KİV-in səmərəli fəaliyyəti üçün 
vahid informasiya məkanı yaradılmasını çətinləşdirir.  
Eyni zamanda, təhlillər göstərir ki, narkomaniya 
haqqında yazan jurnalistlər jurnalist sənətkarlığı 
baxımından yaxşı  səviyyədədirlər. Onlar yaxşı  məqaləlr 
yaza bilərlər, lakin bu problemin nə üçün baş verdiyini tam 
dərk və təhlil edə bilmirlər. Ona görə də bu problemlə bağlı 
yaza bilən peşəkarların hazırlanması olduqca vacibdir. 


279 
 
Sağlam həyat tərzinin və  zərərli adətlərlə mübarizənin 
dövlət səviyyəsində təbliği şox zəifdir. 
 
Bu istiqamətdə hansı addımları atmaq olar? 
 
1.
 
Antinarkotik mövzuda yazan şəxslərin (fiziki və 
hüquqi) lisenziyalaşdırılması  və onlara lazımi kömək 
göstərilməsi vacibdir. Çünki, bunsuz antinarkotik və 
narkogen informasiyanı bir-birindən seçmək üçün stimul 
yoxdur. 
2.
 
Jurnalistika fakültələrində (məsələn) “Narkoepide-
miya jurnalist nəzarətinin obyekti kimi” seçmə  fənninin 
tədrisi məqsədəmüvafiq olardı. 
3.
 
Hər bir inzibati subyektdə ictimai antinarkotik 
fikrin formalaşdırılması  və bu işlə müntəzəm məşğud olan 
peşəkar məmurlar olmalıdır.  
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin