Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


Qlobal “İnternet” informasiya şəbəkəsi narkomaniya və



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə187/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   183   184   185   186   187   188   189   190   ...   284
 
Qlobal “İnternet” informasiya şəbəkəsi narkomaniya və 
narkobiznes mənbəyidir 
 
Hər bir yeni texnokratik təzahür kimi İnternetin də 
mənfi tərəfləri vardır. İnternetdən narkomaniya və narkobiz-
nes haqqında informasiyanın yayılması məqsədi ilə də geniş 
istifadə olunur.  
Hələ 1997-ci ildə BMT-nin eksperti, Narkotiklərə 
nəzarət Proqramının koordiatoru Sandip Şoula sintetik 
narkotiklərin hazırlanması üçün İnternetin “gizli 
laboratoriyaya” çevrilməsi barədə bəyanat vermişdir. BMT-
nin məlumatına görə,  İnternet narkotiklərin, xüsusilə  də 
sintetik narkotiklərin istehsalı  və  qəbul edilməsinə aid 
reseptlərlə doludur. 
Həmçinin, İnternet şəbəkəsinin köməyi ilə fəal surətdə 
elektron narkotik alveri aparılır. Bu elektron 
kommunikasiya sisteminin istifadəçiləri kodlaşdırılmış 
ləqəblərlə (məsələn, “koka”, “ekstaz”, “makonha”, “min bir 
gecə”, “şəhrizad” və s.) narkosövdələşmələr aparır, malın 
göndəriləcəyi vaxt barədə  məlumatlar verir, yola salır və 
qarşılayır, qiyməti barədə razılığa gəlirlər. 
Tədqiqatlar gsstərir ki, dünya İnternet sistemində 
yalnız ingilisdilli mənbələrin (WEB- səhifə) sayı 100 
mindən çoxdur və bu şəbəkəyə  həftədə 2-5 yeni məluat 
274 
 
daxil olur. İspan,  ərəb və s. dillərdə  də çoxsaylı  mənbələr 
vardır. 
Bununla  əlaqədar olaraq, təkcə hüquq-mühafizə 
orqanları  işçilərində deyil, İnternet istifadəçilərinin böyük 
bir hissəsini 18 yaşına çatmamış yeniyetmələr təşkil 
etdiyinə görə, həmçinin valideyn və pedaqoqlarda maraq 
oyada bilən üç məqama diqqət yetirmək lazımdır: 
 
Birinci, ümumi xarakteristika. WEB- səhifələrin 
tədqiqatı göstərir ki, İnternetdə “narkotiklər” rubrikası 
altında yerləşdirilmiş informasiyaların 80 %-ni neqativ 
informasiya təşkil edir. 
 İkinci, (heyrətləndirici) xarakteristika. 
Bütün 
informasiyanın demək olar ki, yarısını “yumşaq” 
narkotiklərə (çətənədən hazırlanan) aid fayllar təşkil edir. 
Digər yarısını isə (50,9 %) “ağır” və ya “sərt” narkotiklər 
(amfetamin, hallüsinogen və s. ) aid informasiyalar təəşkil 
edir.  
Üçüncü, (kədərləndirici) xarakteristika.  Parnoqrafiya 
  söyüşlər (ana söyüşləri).  İnternet istifadəçilərinin 
narkotiklərdən xroniki asılılığı patologiyası  nəticəsində 
ədəbsiz və çoxmərtəbəli söyüşlərlə, erotikadan uzaq bulvar 
romanistiksı (roman filologiyası) ilə  həddən ziyadə 
“zibillənmişdir”. 
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin