269
IX MÖVZU
Jurnalistika və müasir dövrdə qlobal
narkomaniya problemi
Müasir dövrdə bəşəriyyətin qarşısında duran qlobal
problemlər arasında planetar masştabda əhalinin sağlamlığı
və bir çox ölkələrin milli təhlükəsizliyi üçün böyük təhdid
yaradan narkomaniya problemi getdikcə daha aktual
xarakter almağa başlayır.
Narkomaniya (yun.
narke+mania – quruyub qalma,
qıc olma (donub qalma) + həvəs (ehtiras, maraq) – mənası,
insanın fiziki və psixi funksiyalarının pozulmasına gətirib
çıxaran narkotik vasitələrin qəbuluna olan qeyri-adi ehtiras
deməkdir.
Bu qlobal problemin masştabını təsəvvür etəmk üçün
aşağıdakı statistik rəqəmlərə nəzər sala bilərik:
-
BMT-nin məlumatına görə, hazırda dünyada 210
mln. , qeyri-rəsmi məlumata görə isə, təxminən 1,2 milyard
narkoman var,
-
Təkcə Latın Amerikasında narkomanların sayı 47
milyondur, onlardan 1,2 milyonu yalnız Meksikanın payına
düşür.
-
ABŞ-da hər il 30 milyon insan narkotikin dadına
baxır, 6-7 milyon insan isə onu vaxtaşırı qəbul edir,
-
Rusiyada rəsmi məlumata görə, 450 min narkoman
var (qeyri-rəsmi 6-8 mln.), Hər üç yeniyetmədən biri
narkotik qəbul edir.
-
Azərbaycanda 2012-ci ilə olan rəsmi məlumata
görə, təxminən 21 min, qeyri-rəsmi məlumata görə isə, 400
mindən çox narkoman var,
-
Gürcüstanda 20 min, Ermənistanda 12 min
narkomanın olduğu bildirilir.
270
Dünyada narkomaniyanın yayılmasının masştabı və
tempi şox yüksəkdir və bu da bəşəriyyətin fiziki və mənəvi
sağlamlığını, insanların böyük bir hissəsinin gələcəyini və
qlobal sosial sabitliyi sual altında qoyur.
Bu gün bir çox inkişaf etmiş ölkələrdə narkomanların
hüquqi, tibbi, sosial və digər reabilitasiya təminatı
sistemləri, eyni zamanda paralel olaraq, narkomaniyaya
qarşı güclü təbliğat kampaniyaları sistemləri mövcuddur.
Təəssüflə deməliyik ki, bu cür sistem Azərbaycanda
hələ rüşeym formasındadır və narkomanların sayının,
narkotiklərin təsiri altında baş vermiş cinyaətlərin artması
fonunda bu vəziyyət cəmiyyətdən təxirəsalıınmaz radikal
tədbirlərin gsrülməsini tələb edir. Bu tədbirlər hökumət
strukturları, mədəniyyət müəssisələri, milli biznes dairələri
və əlbəttə, ilk növbədə KİV tərəfindən həyata keçirilməlidir.
Dostları ilə paylaş: