Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


Terrora qarşı informasiya əks-təsiri



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə183/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   179   180   181   182   183   184   185   186   ...   284
Terrora qarşı informasiya əks-təsiri 
 
Beləliklə, problemə aid ədəbiyyat və  nəzəri-praktik 
materialla, xüsusilə  də terrordan əziyyət çəkən ölkələrin 
təcrübəsi ilə tanışlıq bizə terrora qarşı yeganə  və  ən təsirli 
müqavimət göstərmək imkanında olan kütləvi informasiya 
vasitələrinin fəaliyyətinin daha səmərəli təşkili, 
hakimiyyətlə  KİV arasında  əməkdaşlıq  əlaqələrinin 
yaradılması  və  təkmilləşdirilməsi (cəmiyyətdə sosial-siyasi 
stabilliyin təmin olunması, xüsusilə  də ölkənin siyasi, 
iqtisadi və son həddə milli təhlükəsizliyinin 
möhkəmləndirilməsi hər ikisinin ümdə  vəzifəsi olduğu 
üçün) məqsədi ilə aşağıdakı tövsiyələri irəli süməyə imkan 
verir: 
262 
 
 
hakimiyyət terrorçular tərəfindən cəmiyyətə 
vurulan zərəri minimuma endirmək üçün KİV-lə 
konstruktiv  əlaqə yaratmalı  və antiterror əməliyyatları 
zamanı informasiya axınını bacarıqla idarə etməlidir; 
 
hakimiyyət antiterror tədbirlərində sosial infor-
masiyanın fəaliyyət madellərindən istifadə etməyi bacarma-
lıdır; 
 
antiterror informasiya fəaliyyəti sistemlilik və çox-
səviyyəlilik prinsipləri əsasında təşkil olunmalı, hakimiyyət 
dövlət orqanlarından mediaya terrorizmə qarşı mübarizənin 
ayrı-ayrı elementləri üzrə bilərəkdən “sensasiyalı 
informasiya” axını yaratmağı bacarmalıdır. Bu cür qarşılıqlı 
şəkildə  sərfəli “razılaşmanın” mahiyyəti sözügedən sosial 
bəlaya qarşı mübarizə aparmağa çağrılan dövlət qurumları 
barədə xoş imic yaratmaqdan ibarətdir. Ayrı-ayrı  KİV 
nümayəndələrini planlaşdırılmış terror aktları, həmçinin 
onları hazırlayan və  əməliyyat tədbirlərinin gedişi zamanı 
məşhurlaşan 
şəxslər barədə 
məlumatlandırmaq 
məqsədəuyğundur;  
 
bəzi hallarda, əgər yaranmış  vəziyyət buna imkan 
verərsə  və ya insan həyatının xilas edilməsi və yaxud da 
milli təhlükəsizlik barədə söhbət gedərsə, xüsusi xidmət 
orqanlarına KİV vasitəsi ilə terror aktlarının qarşısını almaq, 
onu neytrallaşdırmaq və ya da əngəlləmək məqsədi ilə 
yanlış informasiya yaymaq imkanı verilməlidir; 
 
antiterror  əməliyyatlarının metod və taktikaları 
barədə informasiya axınına yol verməmək məqsədi ilə 
xüsusi xidmət orqanlarının jurnalistlərlə əlaqə məsələlərində 
ən sadə  və etibarlı üsulu, yəni ümumiyyətlə informasiya 
verməmək yolunu seçmələri yolverilməzdir, çünki bu üsul 
terrora qarşı mübarizənin işıqlandırılması sahəsində  KİV-i 
“qeyri-peşəkar”lıqda günahlandırmaq imkanı verə bilər. 
İnformasiya sahəsində terrorizmlə qarşıdurmanın gedişinə 
KİV-in təsir səviyyəsinin hakimiyyət tərəfindən düzgün 


263 
 
qiymətləndirilməməsini xarakterizə edən aspektlərdən biri 
də baş vermiş hadisələrin hərtərəfli düşünülməmiş, 
əlaqələndirilməmiş, yarımçıq və ikili mövqedən  şərh 
edilməsidir. Bu halda mətbuat qarşısında  əvvəlcədən yaxşı 
hazırlanmamış 
mətnlə 
çıxışlar, “tələsik götürülən 
müsahibələr”, ifadələrin qeyri-müəyyənliyi son həddə 
vəziyyəti daha da mürəkkəbləşdirir, şaiyələrin və hökumətə 
inamsızlığın yaranmasına gətirib çıxarır. Bu cür 
“informasiya mühiti” ölkədəki vəziyyətin qeyri-
stabilləşməsinə də səbəb ola bilir; 
 
hakimiyyət bir sıra “ev hazırlıqları” işləməli və 
həyata keçirməlidir. Bu cür “ev hazırlıqları”nın mahiyyəti 
hər bir terror təzahürünün (məsələn, girovların götürülməsi) 
şərti növləri ilə bağlı  əvvəlcədən hazırlanmış  şərhlərin 
operativ surətdə  KİV-ə “ötürülməsindən” ibarət olmalıdır. 
Bu yanaşma, şübhəsiz ki, təşəbbüsün informasiya dəstəyinə 
bel bağlayan terrorçuların  əlindən alınmasına, terrora qarşı 
ictimai rəyin formalaşmasına və nəticə etibarı ilə gələcəkdə 
terrorla mübarizənin profilaktik elementinə çevrilməsinə 
imkan yaradacaqdır. Hər zaman dövlətin maraqlarına 
əsaslanan ictimai rəyin formalaşdırılması vacibdir. Bu həm 
də terrora qarşı mübarizəyə başlamağa hakimiyyətə  şərait 
yaradan əsaslardan biridir;  
 
Terrorizm probleminin baxılması  və müzakirəsi, 
bir qayda olaraq, hüquq-mühafizə orqanlarının səlahiyyətinə 
aid edilir. Bu orqanların fəaliyyətinin,  şübhəsiz ki, 
təkmilləşməyə və nöqsanlarının aradan qaldırılmasına ciddi 
ehtiyac vardır. Lakin, antiterror problemlərinə bu cür 
yanaşmada KİV işçiləri tərəfidən edilmiş  hərəkətlər 
cəmiyyətin görüş dairəsindən kənarda qalır. Çünki, prime-
time vaxtı teleefirin 80 %-ini “zorakılığın və  qəddarlığın 
nümayişi” tutur. Ona görə  də ekranlarda terrorun və 
zorakılığın bu həcmdə yer tutması  cəmiyyət üçün çox 
təhlükəlidir; 
264 
 
 
terror aktları zamanı jurnalistin yaradıcılıq 
azadlığının məhdudlaşdırılması söz azadlığının 
boğulmasına cəhd kimi qiymətləndirilməməlidir, 
cəmiyyətin ümumi təhlükəsizliyi naminə buna yol vermək 
olar; 
 
hər bir jurnalist bu və ya digər bir məsələni işıqlan-
dırarkən müstəsna azadlığa can atır, amma terror aktlarını 
işıqlandıran zaman jurnalistin öz işini nə qədər mümkünsə, 
parlaq və maraqlı yerinə yetirməsinə göstərdiyi peşəkarlıq 
cəhdləri vəziyyəti qeyri-iradi olaraq terrorçunun xeyrinə 
dəyişir. Subyektiv olaraq terror aktının ilkin mərhələsində 
terrorçu jurnalist ifadələrinin çox hissəsini “mənimsəyərək” 
hadisənin baş  qəhrəmanı” təsirini bağışlayır. Bu da öz 
növbəsində ictimai rəyi terrorçuya və onun tələblərinə 
diqqət yetirməyə, qeyri-iradi olaraq onun hərəkətinin 
mümkün  ədalətliliyi barədə düşünməyə  məcbur edir. Bu 
nəticənin elmi əsasını diqqətin hər hansı bir hadisənin təsvir 
edilməsinin başlanğıcında və ya da sonunda “lövbər 
salmasının” məlum psixoloji istiqamətləri təşkil edir. 
Jurnalist artıq baş tutmuş terror aktını  və  ya  da  terror 
əleyhinə  əməliyyatı  işıqlandırarkən vəziyyəti tənqidi 
baxımdan qiymətləndirməli, hadisə yerindən verdiyi 
reprtajların nəticələrini obyektivcəsinə saf-çürük etməlidir. 
İnformasiyanı elə hazırlamalıdır ki, girovların doğmalarına 
və yaxınlarına mənəvi zərbə vurmasın, onların həyatlarını 
və sağlamlıqlarını təhlükə qarşısında qoymasın;
 
 
Hadisələrin təsviri və  şərhlər birmənalı  şəkildə 
terrorçuya və onun əməllərinə  rəğbət hissi oyatmamalı  və 
onun zorakılıq hərəkətinə  bəraət qazandırmamalıdır. 
Reportajın və ya məqalənin ümumi qayəsi özünü zorakılığın 
yolverilməzliyi ideyasında tapmalıdır. Həmçinin, 
cəmiyyətdə terrorçulara neqativ münasibət formalaşdıran 
materiallar hazırlanmalı  və yayımlanmalıdır. Bu zaman 
narkotik maddələrdən və alkoqoldan istifadə, mövcud 


265 
 
ictimai və dövlət insitutlarına təhdid çağırışları amillərinə 
diqqət yetirilməlidir; 
 
 
Terrorizmin başqa bir rəmzi aspekti – KİV 
materiallarının təqdim etdikləri zorakılıq aktlarının 
potensial terrorçulara təsiri məsələsidir. Kommunikativ 
diqqət növbəti davranışın katalizatoru rolunu oynayır: 
çoxsaylı qurbanları  təsvir edən kadrlar tamaşaçılara, 
xüsusilə  də  qəddarlığa və cinayətə meylli insanlara 
qıcıqlandırıcı təsir göstərir və onları bir növ bu cür addımlar 
atmağa hazırlayır. Təkəbbürlü hipertrofiya hissinə tutulmuş 
insanın ürəyindən analoji süjetə baxdıqdan sonra bu cür 
jurnal məqaləsinin və ya televiziya reportajının qəhrəmanı 
olmaq hissi keçir. Həqiqətən də, dünyada və ayrı-ayrı 
ölkələrdə olan antiterror təcrübəsi göstərir ki, siyasi 
motivlərə  əsaslanan terror aksiyalarını planlaşdırarkən və 
həyata keçirərkən onu hazırlayan və icra edən  şəxsin 
məqsədlərindən biri də geniş ictimai auditoriyaya 
çıxmaqdır. Belə bir şəraitdə bu cür faktları  işıqlandıran 
jurnalistlər bu hadisələri yalnız təsvir etmir, eyni zamanda 
obyektiv olaraq onun fəal iştiraakçısına çevrilirlər. Bununla 
əlaqədar olaraq, jurnalistlərin öz hərəkətlərini qiymət-
ləndirmələri və  vətəndaşların onlara münasibəti terrorizm 
təzahürlərinin yaranma, inkişaf, lokallaşma və qaşısının 
alınması, nəticələrinin aradan qaldırılması prosesində 
onların rollarının və  fəaliyyət istiqamətlərinin meyarlarını 
özündə əks etdirməlidir. Bundan əlavə, dramatik hadisələrin 
inkişaf xronologiyasını təsvir edən və ya göstərən jurnalist 
bəzən özündən asılı olmayaraq adi informasiya 
mənbəyindən cinayətin iştirakçısına çevrildiyi xətti keçə 
bilir;

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin