televiziya olmasa, bəlkə də bu qədər çox sayda terror
aktları həyata keçirilməzdi, terrorizm bu qədər geniş vüsət
almazdı. Terrorçular qəti şəkildə inanırlar ki, onların
əməlləri haqqında məlumat bütün dünyaya yayılacaqdır. İş
burasındadır ki, terrorçuların əsas, bəlkə də yeganə məqsədi
terror aktlarına ictimaiyyətin əks-sədasına nail olmaqdır.
Onların gözlədiyi ictimai sosial-psixoloji reaksiya özündə
hədəf ölkədə panikaya çevrilən kütləvi qorxu, siyasi qeyri-
stabillik yaratmaq və həmin ölkənin siyasi, iqtisadi, sosial
və mənəvi dayaqlarını sarsıtmaq və s.-dən ibarətdir.
258
KİV qlobal terrorizm təzahürünün mövcudluğunun və
geniş yayılmasının əsası kimi xarakterizə olunur.
Terrorçular prim-taimlarda televiziya ekranlarında
görünmək, jurnalistlər isə kəskin süjetli, aktual məzmunlu
reportajlar hazırlamaq istəyirlər. Belə təəssürat yaranır ki,
onlar bu işdə biri-birlərinə yaxından kömək edirlər.
Jurnalistlər özləri də hiss etmədən bu prosesin iştirakçısına
çevrilir və onun inkişafına şərait yaradırlar. Məhz, hədəf
auditoriyada təşviş yaratmaq sonrakı məqsədə çatmaq üçün
terrorun ilkin vəzifəsidir.
Beynəlxalq terrorizmin ideoloqları dünya informasiya
məkanının qloballaşmasından məharətlə istifadə edirlər,
şünki DİMQ psixoloci müharibə aparmaq üşün ən effektiv
alətidir. Terror aktları nəticəsində əmələ gələn bsyük
dağıntılar və şxsaylı qurbanlar haqqında dərhal
ictimaiyyətə, xüsusilə də elektron KİV-lərdə real zaman
recimində bsyük informasiya axını təqdim olunur. Bu
mənada dünya KİV-i beynəlxalq terrorizmin ksnüllü və
məcburi iştirakşısına şevrilir və onunla sıx əlaqədə işləyir.