Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə175/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   171   172   173   174   175   176   177   178   ...   284
Birinci, beynəlxalq terrorizm planetar miqyasda 
yayılır. O, həm ənənəvi beynəlxalq münaqişə regionlarında 
(Yaxın  Şərq, Cənubi Asiya və s.), həmçinin dünyanın 
inkişaf etmiş  və  əmin-amanlıq olan ölkələrində (ABŞ, 
Avropa dsvlətləri) baş verir.  
                     
72
 
Итоги опроса, проведенного среди азербайджанских экспертов, 
о  перспективах  отношений  между  США  и  Ираном
. “
Mediaforum”, 
19 мая 2008 
 
254 
 
İkinci, 
beynəlxalq terrorizm həm ayrı-ayrı 
dövlətlərin, həm də bütövlükdə  bəşəriyyətin təhlükəsizliyi 
üçün ciddi problemlər yaradır. Hər il dünyada yüzlərlə 
terror aktı baş verir, yüzlərlə insan həlak olur, minlərlə 
insan isə şikəst olur. 
Üçüncü,  beynəlxalq terrorizmə qarşı mübarizə 
aparmaq üçün təkbaşına hansısa hegemon dövlətin və ya 
hətta inkişaf etmiş dövlətlərdən ibarət qrupun cəhdləri 
kifayət etmir. Kəskin qlobal problem xarakteri almış 
beynəlxalq terrorizmin qarşısının alınması əksər dövlətlərin, 
xalqların və dünya ictimaiyyətinin səylərinin 
birləşdirilməsini tələb edir.  
Dördüncü, müasir beynəlxalq terrorizm fenomeni ilə 
digər müasir qlobal problemlər arasındakı əlaqələr getdikcə 
özünü daha aşkar və  əyani  şəkildə göstərməyə başlayır. 
Kütləvi informasiya vasitələri beynəlxalq terrorizm 
problemini ümumbəşəri qlobal problemlərin mühüm 
elementi kimi nəzərdən keçirir.  
Digər ümumbəşəri qlobal problemlərə xas olan xarak-
terik cizgilər - təzahürün planetar miqyasda və  kəskin 
şəkildə baş verməsi; neqativ dinanizm, bəşəriyyətin həyati 
əhəmiyyətli fəaliyyətinə onun mənfi təsirinin getdikcə 
artması, problemin həlli üçün təxirəsalınmaz tədbirlərin 
gsrülməsi və s. beynəlxalq terrorizm probleminə  də aid 
edilir. 
Eyni zamanda, beynəlxalq terrorizm problemi yalnız 
onun szünə xas olan spesifik cizgilərə malikdir. KİV 
onlardan aşağıdakıları daha ətraflı nəzərdən keçirir: 
 
 
Beynəlxalq terrorizm problemi dünya 
ictimaiyyətinin və eləcə də ayrı-ayrı ölkələrin sosiumlarının 
həyati  əhəmiyyətli fəaliyyətinin  əsas sahələri ilə : siyasət, 
milli münasibətlər, din, ekologiya, cinayətkar qruplar və s. 
ilə bağlıdır. Bu əlaqə terrorizmin müxtəlif növlərinin 


255 
 
mövcud olmasında öz əksini tapmışdır: siyasi, millətçi, dini, 
cinayətkar və ekoloji terrorizm;  
 
Siyasi terroru həyata keçirən qrupun üzvləri qarşı-
larında bu və ya digər dövlətin daxilində siyasi, sosial və 
iqtisadi dəyişikliklərə, həmçinin millətlərarası 
münasibətlərin və beynəlxalq dünya nizamının dağılmasına 
nail olmağı qarşılarına məqsəd qoyurlar. Millətçi (bunu 
milli, etnik və ya separatist terrorizm də adlandırırlar) 
terrorizm milli məsələləri terror yolu ilə həll etməyə çalışır. 
Son vaxtlar müxtəlif polietnik dövlətlərdə bu cür separatist 
cəhdlər geniş xarakter alır; 
 
Dini terrorizm növü bu və ya digər dinə sitayiş 
edən silahlı qruplaşmaların başqa dinin və ya dini 
təriqətlərin hegemon olduğu dövlətlərə qarşı apardığı terror 
aktları ilə izah olunur; 
 
Kriminal terrorizm hər hansı cinayətkar biznes, 
məsələn narkobiznes, qanunsuz silah dsvriyyəsi
qaşaqmalşılıq, insan alveri və s. əsasında daha şox gəlir əldə 
edilməsi üşün münbit şərait yaratmaq məqsədi ilə xaos və 
qarışıqlıq salmiaqdan strü formalaşdırılır;  
 
Ekoloji terrorizm zorakılıq tətbiq edilməsi yolu ilə 
elmi-texniki tərəqqiyə, ətraf mühitin şirklənməsinə, heyvan-
ların öldürülməsinə, nüvə obyektlərinin tikilməsinə  və s. 
qarşı çıxış edən qruplaşmalar tərəfindən həyata keçirilir. 
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin