251
“Day.az”, “Mediaforum”, “Analitika.az”, “1news”,
“Новости-Азербайджан” və s. informasiya portallarının
qlobql terrorizm mövzusuda verdikləri hər 10 materialdan
yalnız 1-2-si Azərbaycanla bağlıdır. Bu materiallar əsasən
xaricdə həyata keçirilən terror aktları, terrorizmə qarşı
mübarizə sahəsində respublikamızın müəyyən təcrübəyə
malik olması, qlobal terrora qarşı tədbirlərdə xarici
ölkələrlə
birlikdə iştirakı barədə məlumatlar verilir;
112
bu səpkidən olan materiallar jurnalist peşəkarlığı
və sənətkarlığı baxımından tələblərə tam cavab verə bilməsə
də, regionda və dünyada baş verən terror hadisələrinin
ümumi mənzərəsini yarada bilir. Publikasiya və
proqramlarda terror aktlarının baş verməsində səbəb-nəticə
əlaqələri peşəkarlıqla izlənilməsə də, hadisələrin iştirakçıları
və onları dəstəkləyən qüvvələrin məqsəd və məramları,
mübarizə üsulları, yeni dünya nizamında dövlətlərin
davranışına və qlobal terrorizm təzahürünə münasibətdə
ikili standartlar və s. haqqında müəyyən məlumatlar əldə
etmək olur;
kütləvi informasiya
vasitələrində analitik
materiallara, müəllif yazılarına, ekspertlərlə müsahibələrə,
112
1.Пакистан: коалиция новая, коллизии старые. “Новости-
Азербайджан”, 27 марта 2008; 2.В Кабуле обстрелян военный
парад, есть жертвы. “Day.az”, 27 апреля 2008; 3.
В результате
террора в Кербале погибло 5 человек из Ирана. “1news”, 11 марта
2007; 4. “Армянские террористические организации
”.
Analitika.az.
05 май 2007; 5.Итоги опроса, проведенного среди азербайджанских
экспертов, о перспективах отношений между США и Ираном
.
“Mediaforum”, 19 май 2008; 6. Военные Ирана уничтожили на
границе с Ираком две группы курдских сепаратистов
. “
1news”, 13
март 2008; 7.Умер один из руководителей “Аль-Каеды” аль-Масри
.
”
Day.az”, 10 апреля 2008
252
onların iştirakı ilə keçirilən müzakirələr haqqında
hesabatlara olduqca az rast gəlinir. Qlobal terrorizm
mövzusu ilə bağlı jurnalist təhqiqatlarına böyük ehtiyac
(vaxt və maliyyə çatışmazlığı ilə bağlı olsa da) hiss olunur.
Xüsusilə də qəzetlər bu janrın imkanlarından lazımi
səviyyədə istifadə etmirlər. Terror aktlarının maliyyə
dəstəyi məsələsinin geniş auditoriya ilə müzakirəsi (bu
eynilə qanunsuz silah alveri,
narkomaniya və insan alveri
problemlərinə də aiddir) arzuedilməz olsa da, problemin
digər aspektlərinin ictimaiyyətlə birlikdə araşdırılması
insanlarda antiterror dünyagörüşünün formalaşmasında,
ictimaiyyətin terrorla mübarizəyə səfərbər edilməsində və
nəticə etibarı ilə cəmiyyətdə terrorla bağlı yaranmış
gərginliyin azaldılmasında analitik-təhlil janrının imkanları
daha genişdir;
qlobal terrorizm problemi işıqlandırılarkən əsasən
xarici informasiya mənbələrinə istinad edilir və yaxud da
materiallar terror aktlarının baş verdiyi ölkələrin
informasiya portallarından götürülərək
milli portallara
yerləşdirilir (“Mediaforum”, “1news” və s.). Bununla
bərabər, öz siyasi icmalçıları və ya cəmiyyətdə tanınmış
politoloqlar tərəfindən hazırlanan materiallara üstünlük
verən KİV qurumları da (
”
Day.az”,
“Новости-
Азербайджан” və s.) vardır. İkincilərin mövqeyi daha
təqdirəlayiqdir. Bu həm materialın stilistika baxımından
müyyən ustünlüklər əldə etməsi, həm də Azərbaycanın
dövlətçiliyinin və suverenliyinin möhkəmlənməsinə töhfə
verilməsi baxımından olduqca əhəmiyyətlidir;
informasiya portallarının vaxtaşırı qlobal terrorizm
mövzusunda ekspertlərlə keçirdikləri sorğuları müsbət hal
kimi qiymətləndirmək olar. Bu cür sorğular Azərbaycanın
geosiyasi
vəziyyəti, region dövlətləri ilə münasibətlərin
reallıqları və perspektivləri, əvvəlcədən gözlənilməyən
irimiqyaslı insan axınları zamanı yarana biləcək humanitar
253
böhranlar, ekoloji balansın saxlanılması, gerçəkləşdirilməsi
mümkün ola bilən terror aktları, və s. məsələlərlə əlaqədar
fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün ideya
və tövsiyələr işləyib hazırlamaq nöqteyi-nəzərindən
faydalıdır.
113
Əlbəttə, ekstremal vəziyyətlərdə KİV-in emosiyalara
qapılaraq zorakılığa zorakılıqla
cavab vermək, intiqam
almaq çağırışları ilə çıxışlar etməsi olduqca təhlükəlidir. Bu
cür çağırışlar cəmiyyətdəki gərginliyi daha da artırır, ayrı-
ayrı qrupları qarşı-qarşıya qoyur. Kütləvi informasiya
vasitələri isə cəmiyyətdə stabillik yaradan bir faktor rolu
oynamaq missiyasından uzaqlaşaraq qeyri-stabillik yaradan
amilə çevrilir.
Beləliklə, yuxarıdakılardan belə nəticəyə gəlmək olur
ki, a) “beynəlxalq terrorizm” dünyaın müasir inkişafının
qloballaşmasının məhsuludur; b)
öz spesifik
yönümlülüyünü və çalarını qlobal oliqarxiyanın
“fövqəlmilli” siyasi, iqtisadi, sosial və informasiya
strategiyasından götürür; c) getdikcə beynəlxalq
münasibətlərlə bağlı kəskin qlobal problemə çevrilir.
Kütləvi informasiya vasitələri bu transformasiyanı aşağıdakı
səbəblərlə izah edir:
Dostları ilə paylaş: