“Zomblaşdırmanın” ekspansiyasına xarakterik nümunə kimi Rusiyanın NTV, ORT, RTR telekanallarının
Azərbaycanla bağlı süjetlərində və Tehranın azərbaycandilli
telekanallarının proqramlarında bəzi tamaşaçıların tam
formalaşmamış şüurlarına gizli təsirin göstərilməsini misal
çəkmək olar. Hətta bəzən xarici telekanalların Azərbaycan
telekanallarının proqramlarından sitat gətirdikləri epizodlar
da müxtəlif gizli mənalar və fikirlərlə zəngin olur.
“Zomblaşdırma” uşaqlar üşün xüsusilə təhlükəlidir. Yaponiyada TV-də şüurdan gizli reklamla
birlikdə nümayiş etdirilmiş cizgi filminə tamaşa etmiş 800
uşaqda epilepsiya pristupunun baş verdiyi aşkar
olunmuşdur. ABŞ məktəblərində hətta uşaqlara birbaşa
aidiyyəti olmayan teleproqramlarda aşılanan gizli təsir
nəticəsində intihar epidemiyası dalğası əmələ gəlmişdir. Bu
slkələrdə insan psixikası ilə manipulyasiyaya yol verilən
proqramların nümayişi qadağan edilmişdir.
Azərbaycanda “zomblaşdırma” hələlik qanunla
tənzimlənmir və tamaşaçılar gündəlik gizli virus
normalarını alırlar. Cəmiyyətin şüurunu təhlükədən
qurtarmaq, kütləvi xəstəlik və ölümün qarşısını almaq üçün
hökumət tərəfindən təcili qərarların qəbul olunması tələb
olunur (Rusiyada Kaşpirovski və Çumakla bağlı olduğu
kimi).
Televerilişlərin insanın fiziki sağlamlığına təsiri ilə
bağlı məşhur bir faktı da misal göstərə bilərik. 1997-ci il
dekabrın 16-da axşam Yaponiyada televiziya ilə “Pakemon”
cizgi filimi göstərilmişdir. Bu filmdə səmada qırmızı-mavi
işıq sayrışmaları olan beşsaniyəlik bir epizod vardır. Cizgi
filminə baxan 700 uşaqda və yaşlı şəxsdə ürəkkeçməsi baş
vermiş, təcili yardımlar çağırılmış və 200 nəfər
xəstəxanalara yerləşdirilmişdir. Mütəxəssislər cizgi filminin
230
təkrar nümayişi barədə bütün Yaponiya əhalisinə məlumat
vermiş və ertəsi gün qırmızı-mavi epizodu yenidən
televizorda göstərmişlər. Təkrar seans bütün ölkədə yeni
ürəkkeçmə dalğası yaratmışdır. Ürəyi keçənlərin yaş
diapazonu 3-58 yaş arasında olmuşdur. Bəzi uşaqlarda
ürəkkeçmədən sonra boğulma halları da baş vermişdir.
Təhsil Nazirliyinin verdiyiy məlumata görə 12950 uşaqda
müxtəlif ağır dərəcəli simptomlar aşkar edilmişdir.
Aydınlaşdırılmışdır ki, animatorlar şüura təsir etmək üçün
hansısa xüsusi effektdən istifadə etməmişlər.
Ürəkkeçmələrə səbəb yalnız rəngli “sayrışmalar” olmuşdur.
Buna səbəb nədir?
İşıqla qaranlığın tez-tez bir-birini əvəzləməsi və
yaxud da kontrastlı patternlər neyronlara təsir edir və onları
adi haldakına nisbətən daha böyük tezlikli elektrik
impulsları yaratmağa məcbur edir. Beləliklə də, yaranmış
“elektrik fırtınası” epilepsiyadan əziyyət çəkən insanlarda
əzələ qıcolmasına və ürəkkeçməyə səbəb olur. Və bu zaman
sayrışmanın olması mütləq deyil, əsas odur ki, rəng
təzadları və kəskin dəyişikliklər insanın şüurunda qeydə
alınmalıdır.
İnformasiyanın hələ tam formalaşmamış şüura (təhtəl-
şüura) birbaşa yerləşdirilməsi İnternet istifadəşilərinə də
təsir edə bilir. Daha geniş yayılmış “666” və
“25th.Century.Fox” kompüter virusları da eyni ilə “25-ci
kadr effekti”ndən istifadə edirlər.