Janr müxtəlifliyi - jurnalist informasiya
alınmasının geniş yayılmış metodlarına xidmət edən
janrlardan (müsahibə, «dəyirmi masa», mətbuat konfransı
və s.) virtuoz şəkildə istifadə etməyi bacarmalıdır. Bunun
üçün ekoloji problemlərin həllində plüralizmin
formalaşması və öz əksini tapması vasitəsi kimi diskussiya
janrına xüsusi yer verilməlidir.
5.
Jurnalist tədqiqatı metodu- bu metod jurnalistə
problemə daxildən baxmaq, onun həllinə şəxsən qatılmaq
imkanı verir. Bu çox vacibdir, çünki adətən, təxirəsalınmaz
tədbirlərin həyata keçirilməsi üçün ən kritik situasiyalarda
investiqeytiv jurnalistikaya müraciət edirlər. Bir qayda
olaraq, bu cür publikasiyaların təsiri daha güclü olur. Xəzər
dənizinin, Kür və Araz çaylarının ekoloji təmizliyi uğrunda
və ətrafı basması haqqında respublika mətbatının çıxışlarını
buna misal göstərmək olar.
6.