3. Bioiqtisadi istiqamət – ekoloji problemləri
ekologiyanın və iqtisadiyyatın qarşılıqlı təsiri və qarşılıqlı
şəkildə faydalı əməkdaşlığı prizmasından işıqlandırır və
təhlil edir. Buraya ətraf mühitin rasional istifadəsi sahəsində
müsbət təcrübəni təbliğ edən, ekoloji layihələrin və istənilən
təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən əsaslı oduğunu
təşviq edən KİV materialları aiddir. Bu gün bütün ekoloji materialların onda doqquzu bu
istiqamətə aiddir və ən mürəkkəb və ağrılı prosesə – iqtisa-
diyyatın ekolojiləşməsinə yönəlmişdir. Bioiqtisadi problem-
lərin həlli yolu zərərli istehsal sahələrinin bağlanılmasında,
tullantısız texnologiyaların tətbiq olunmasında və ekoloji
cəhətdən təmiz istehsalda görülür.