Orqanizmlərin bioloji (genetik) müxtəlifliyinin azalması
Bu problem ən mürəkkəb problemlərdən biridir.
Çünki, məhv olmuş bitki və ya heyvan növlərini yenidən
bərpa etmək mümkün deyildir. Hər il planetdə bir neçə
heyvan və bitki növünün kökü kəsilir. Ekoloqların
qiymətləndirmələrinə görə, orqnizmlərin bioloji müxtəlifliyi
son 40 ildə xeyli azalmışdır. “Canlı planet -2010”
Hesabatına əsasən, 1970-ci ildən bu günə qədər Yer
kürəsində heyvan və bitki növlərinin sayı orta hesabla 30 %
aşağı düşmüşdür. Tropiklərdə bu göstərici 60 % təşkil edir.
Alimlər 40 il ərzində 2,5 min heyvan, bitki və göbələk
növünün 8 min populyasiyasını qiymətləndirərək yuxarıda
göstərilən nəticələri əldə etmişlər. Quşların növ müxtəlifliyi
isə 20 % azalmışdır. Tropiklərdə bu rəqəm daha
böyükdür.
100
Mütəxəssislər onurğalı heyvanların məhv olmasına
gətirib çıxaran aşağıdakı əsas amilləri də müəyyən etmişlər:
•
yaşayış ərazilərinin dağıdılması və deqradasiyası -
67 %;
•
həddən artıq istismar - 37 %;
•
introdusiya edilmiş növlərin təsiri, yəni qəsdən və ya
təsadüfən ənənəvi arealdan kənara aparılma (heyvanların
ənənəvi arealdan başqa yerlərə yayılması) - 19 %;
yem bazasının itirilməsi, azalması və yaxud
pisləşməsi - 4 %;
•
kənd təsərrüfatı bitkilərinin, ev hevanlarının, istehsal
obyektlərinin qorunması məqsədi ilə məhv edilmə - 3 %;
•
təsadüfən məhv edilmə - 2 %.
Bir çox heyvan, quş və bitki növlərinin kökləri
kəsilmiş və ya da kəsilmək üzrədir. Kökünün kəsilmək
təhlükəsi olan 236 növ məməli, 287 növ quş, 119 növ
sürünən, 36 növ amfibiya (suda quruda yaşayan) Qırmızı
kitaba daxil edilmişdir.
Beləliklə, yuxarıda göstərilmiş faktların, nümunə və
statistik rəqəmlərin fonunda ətraf mühitin necə mürəkkəb
bir sistem olduğunu, bu mürəkkəb sistemdə insanların,
bütün canlı və qeyri-canlı təbiətin adekvat mürəkkəb
qarşılıqlı münasibətdə olduqlarının və bu prosesləri
qarşılıqlı şəkildə tənzimləyən bir vasitəyə - sosial-siyasi
instituta böyük ehtiyacın olduğunun dərk edilməsi
bəşəriyyətin xilası və gələcəyi üçün misilsiz əhəmiyyətə
malikdir. Bu institut kütləvi informasiya vasitələri,
jurnalistika, daha dəqiq desək, onun bir istiqaməti olan
ekoloji jurnalistikadır.