209
müşahidə edilmişdir. Arktika bölgəsi 2011-ci ilin
məlumatına görə, ozon təbəqəsinin 40 faizini itirmişdir.
99
Hələ 1987-ci ildə 24 dövlətin nümayəndələri
Monrealda görüşərək 1999-cu ilə qədər ozondağıdıcı XFK-
nın (xlorfutorkarbon) istifadəsini iki
dəfə azaltmaq barədə
öhdəlik götürmüşlər. Lakin, dünya dövlətlərinin və
ictimaiyyətin Ozon qatının qorunması üzrə Monreal
Protokolu çərçivəsində apardıqları işlərə və ümumiyyətlə,
bu sahə ilə bağlı digər səylərə baxmayaraq,
problemin
həllinə nail olmaq mümkün olmamışdır.
Ozonla bağlı, ancaq ozon qatının dağılması ilə bağlı
olmayan başqa bir problem fotokimyəvi smoq problemidir.
Ozon atmosferin aşağı qatında (troposferdə) çirkləndirici
maddə kimi çıxış edir. Bu maddə oksidləşmiş kükürdün
işıqda karbonla reaksiyaya girməsi nəticəsində əmələ gəlir.
Ozon troposferdə bitkilərdə fotosintezi
zəiflədir, bitkilərin
inkişafını ləngidir və beləliklə də kənd təsərrüfatında
məhsuldarlığı (xüsusilə də qarğıdalı, buğda, yerfındığı və s.)
aşağı salır. Ozon həmçinin rezin məhsullarının, tekstil və
dam örtüklərinin dağılması prosesini sürətləndirir.
Dostları ilə paylaş: