Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə139/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   284
birinci qrup informasiya – hər hansı konkret bir 
ailədə baş vermiş müxtəlif hadisələr barədə məlumatlar. Bu 
zaman hadisədə iştirak edənlər, onların yaşı, ailədəki rolları, 
statusları və s. göstərilməlidir; 
 
ikinci qrup informasiya – ailə institutunun (ayrıca 
götürülmüş bir ailənin timsalında) müxtəlif dövlət 
institutları ilə (ordu, təhsil, tibb və s.) qarşılıqlı  fəaliyyəti 
nəticəsində yaranan müxtəlif situasiya və problemlərin 
konstatasiyası;  
 
 
üçüncü qrup informasiya – elmi və etik, məsələn, 
tibbi müdaxilə yolu depopulyasiya probleminin həlli 
məsələləri.  
 
  Birinci qrup informasiya ailənin iki uşağa olan ehti-
yacının reallaşdırılmasına mane olan həyat  şəraitləri 
içərisində  mənzil  şəraiti, qadınların peşə  və ailə 
öhdəliklərinin uzlaşdırılması ilə bağlı  çətinlikləri, ailə 
üzvləri arasındakı münasibətlərdə olan münaqişələri, 
ailədaxili zorakılığı  əhatə edir. Sözügedən məsələ ilə bağlı 
keçirilən sorğuda iştirak edən 50 qadından 46-sı ailədə 
zorakılığa məruz qaldığını bildirib: "Müstəqilliyin və 
sərbəstliyin olmaması da qadınların  əsas problemləridir. 


193 
 
Maraqlısı odur ki, ailədaxili zorakılıqlar cəmiyyət 
tərəfindən hələ  də normal qarşılanır.  Əksər qadınlar  ərləri 
tərəfindən döyülməyin qanunauyğunluq olduğunu fikirləşir. 
Hazırda məhkum qadınların  əksəriyyəti ... ailədaxili 
zorakılıqla bağlı törədilən cinayətlərə görə  cəza çəkir. Bu 
gün boşanma statistikası aparılsa da, başqa ölkələrdən fərqli 
olaraq zorakılığa məruz qalan qadınların statistikası 
aparılmır. Belə olan halda qadının  əlacı  ən yaxşı halda 
boşanmaya çatır. Hətta iş o yerə catıb ki, boşanan qadın da 
əksər hallarda əri tərəfindən zorakılığa məruz qalır.”
93
 
Adətən, münaqişələr barədə informasiyalar o qədər də 
zorakılıq xarakteri daşımır. Kriminal süjetlər təhlil 
massivinin cüzi bir hissəsini (10-15 %) təşkil edir ki, 
onların da yarısı qeyri-zorakılıq yolu ilə baş vermiş ölümə 
(məsələn, bağ evində yanğın), valideynin öz uşağını 
oğurlamasına və ya da kriminal statistikaya aid olur. Təhlil 
massivinin böyük hissəsini (85-90 %) “görkəmli adamların” 
(siyasətçi, aktyor, teleaparıcı, müğənni, idmançı  və s.) ailə 
həyatının (təxminən 65 %) və ictimaiyyətin diqqətini o 
qədər də cəlb etməyən adamların ailə-məişət situasiyalarının 
(təxminən 25 %) təsviri təşkil edir. Materiallarda kiçik tipli 
ailələrin: burada ər-arvadın,  ərin, arvadın, qızın, oğulun, 
atanın və ananın rolu daha geniş  təqdim olunur. Geniş 
ailələrin (üçnəsilli və ya daha artıq) rollarına nadir hallarda 
rast gəlinir. 
Kontent-analiz aparılarkən uşaqların müxtəlif 
materiallarda göstərilən yaşları onların körpəliyi, 
məktəbəqədərki dövrü və məktəb illəri ilə bağlı mərhələlərə 
bölünməlidir: 
4-11 yaşlı  uşaqlar. Uşaqlar bu yaşda kifayət qədər 
sərbəst olurlar (və ya olmağa çalışırlar) və özlərini təqdim 
                     
93
 Azərbaycanda boşanmalar artıb. Həftə içi.az, On line, 
2011-04-01 
194 
 
etməyi bacarırlar (və ya səy göstərirlər), lakin məhz bu “sər-
bəstlik” KİV-də:
 
 
 “Sumqayıtda 6-cı  mərtəbədən yıxılan uşaq sağ 
qalıb”, “Meşəbəyinin meşədə azmış 5 yaşlı oğlu altı gündən 
sonra sağ-salamat evlərinə döndü” və s. şərti başlıqlı 
materialların işıq üzü görməsinə  səbəb ola bilər. Digər 
tərəfdən, bu yaş hüdudları  məktəbəqədərki və ibtidai sinif 
“həyəcanı” dövrünü əhatə edir. Mətbuatda “Məktəbəqədər 
yaşlı  uşaqları  ağıllı olmağa məcbur edəcəklər”, “Birinci 
sinif şagirdinin anasının beş sualı” və s. şərti başlıqlı yazılar 
dərc oluna bilər;  
 
Adətən, tədqiqat massivinin 20 %-ni təşkil edən, orta 
və yuxarı  uşaq yaşında olan uşaqların bilavasitə  iştirakçısı 
olduqları, kriminal epizodlar: “Tənha qadının qızını 
öldürüb, evini yandırdılar”. Baş rolların  əsasən məşhur 
valideynlərə ayrıldığı, uşaq rollarının və adlarının isə sadə 
kontekstdə xatırlanıldığı nikah-ailə səhnələri (əksər hallarda 
təhlil massivinin 30 %-ə qədərini təşkil edir) aşağıdakı şərti 
başlıqlarla dərc edilir: “Keşiş Jirinovskinin nəvəsinin xaç 
atası olacaqmı?”, “Jirinovski beşqat babadır”, “Qardaş-2”-
nin “Oğul-1”-i doğulmuşdur”. 
 
 Tək-tək hallarda “baba/nənə - nəvə” və “qayına-

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin