Demoqrafik alarmizm (fr.- həyəcan, narahatlıq) konsepsiyası Keynsin fikirləri ilə üst-üstə düşür. Bu
konsepsiyanın müəllifi ingilis iqtisadçısı Tomas Maltusdur
(1766-1834). O, 1798-ci ildə çap etdirdiyi “Əhali qanunu
haqqında təcrübə” kitabında əhali artımı nəticəsində baş
verəcək bəlalar barədə əvvəlcədən xəbərdarlıq edir.
Demoqrafik determinizm qanadına aid olan
konsepsiyalardan biri də “finalizm” konsepsiyasıdır. Bu
konsepsiyanın tərəfdarları belə hesab edirlər ki, Yer
kürəsində əhalinin sayının həddən artıq artması yaxın
gələcəkdə təbii ehtiyatların tükənməsinə gətirib çıxaracaq
və bəşəriyyətin inkişafı öz “finalına” yaxınlaşacaq.