Demoqrafik utopizm konsepsiyasının tərəfdarları
əhali probleminə tamam başqa bir mövqedən yanaşırlar.
Onlar belə hesab edirlər ki, Yer kürəsində əhali artımı
problemini kosmosun məskunlaşdırılması yolu ilə həll
etmək olar. Bu variant bir çox Nobel mükafatı laureatları
tərəfindən müdafiə olunur. Daha optimist həll variantı XX əsrin 20-ci illərində
bioloqlar tərəfindən irəli sürülmüşdür. Bu konsepsiya
demoqrafik biologizm konsepsiyası adını almıışdır. Bu
yanaşmanın tərəfdarları belə bir mövqedən çıxış edirlər ki,
əhalinin sayının dinamikası məntiqi əyri üzrə inkişaf
qanununa tabe olur: ilkin etapda inkişaf tempi artır, sonra
hansısa kritik nöqtəyə çatdıqdan sonra yuxarı asimptota
(yun.- asyptotos –uyğun gəlməyən, bir neçə əyrinin
nöqtələrinin maksimum yaxınlaşdığı nöqtə) yaxınlaşdıqdan
sonra həmin nöqtədən 0 –a qədər aşağı düşməyə başlayırlar.
Maraqlı bir mövqeni demoqrafik maksimalizm konsepsiyasının tərəfdarları nümayiş etdirirlər. Onların
fikrinə görə, demoqrafik problemləri uydurulmuş problem
hesab etmək olar, çünki Yer kürəsində gələcəkdə mövcud
ola biləcək sayda insan yaşaya bilər. Məsələn, onların
nümayəndələrindən biri H.Braun təsdiq edir ki, bizim
188
planetimiz 50 milyard insan üçün yüksək şəraiti təmin edə
bilər.
Daha iki konsepsiya da var ki, onladan birini təskinlik
verən konsepsiya adlandırmaq olar - demoqrafik fatalizm (lat. - fatalis, talenin yazdığı) konsepsiyası, digəri isə
təhlükəli demoqrafik populizm (lat. - popular, xalq) konsepsiyasıdır. Birinci konsepsiyanın tərəfdarları belə
hesab edirlər ki, bəşəriyyət özü-özünü tənzimləyən bir
sistemdir və o, öz sayını özü avtomatik surətdə tənzimləyə-
cəkdir.
Demoqrafik populizm konsepsiyasının tərəfdarları
əsasən bir sıra inkişaf etməkdə olan ölkələrin, ilk növbədə
Afrika ölkələrinin liderləridir. Onlar hesab edirlər ki, əhali
artımını hər cür alqışlamaq lazımdır, əhalinin sayı nə qədər
çox olsa, bir o qədər yaxşıdır. Onların şüarı belədir:
"Uşaqlar kasıb insanların var-dövlətidir. Uşağı olmayıb
varlı olmaqdansa, uşağı olub kasıb olmaq daha yaxşıdır”.
Qlobal demoqrafiya problemləri haqqında müəyyən
nəzəri və praktik biliyə yiyələndikdən sonra jurnalist-
demoqrafın qarşısında duran əsas vəzifə aldığı nəzəri bilik
və praktik səriştəni dünya, regional və milli müstəvidə
müvafiq empirik materiallarla və spesifik təhlillərin (kontent-analizlərin) aparılması texnologiyaları və bu təhlillərin nəticələri ilə zənginləşdirməkdən ibarətdir.