Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə134/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   284
 
Demoqrafiya siyasəti 
 
Kütləvi informasiya vasitələrinin demoqrafiya prob-
lematikası yönümündə mövzu və  təhlil obyektlərindən biri 
də  demoqrafiya siyasətidir.  Demoqrafiya siyasəti 
dedikdə, adətən müəyyən demoqrafik nəticələr  əldə etmək 
üşün dövlət və ictimai təşkilatlar tərəfindən həyata keçirilən 
tədbirlərin məcmusu nəzərdə tutulur. Məsələn, bəzi inkişaf 
etməkdə olan ölkələrin rəhbərləri (əsasən Afrika 
ölkələrinin) onsuz da artım tempi çox olmasına 
baxmayaraq,  əhalinin sayının artımını  rəğbətləndirirlər. 
Onlar bu cür demoqrafik siyasəti belə izah edirlər ki, 
əhalisinin sayı çox olan ölkə güclüdür və öz xarici siyasətini 
daha fəal həyata keçirə bilir. 
                     
81
 Россияне в дефиците. «Российская газета», 23 maя, 2007. 
82
 Demoqrafik çağırış.
 
"RBCdaily", 23 may, 2007
.
 
 


185 
 
Ayrı-ayrı ölkələrin demoqrafiya siyasətində onların 
inkişaf səviyyəsi,  əhalinin kəmiyyəti və keyfiyyəti, sıxlığı 
və s. cəhətdən müəyyən fərqlər olsa da, demoqrafik siyasət 
konsepsiyalarında  əsasən iki başlıca problemə - ölüm 
səviyyəsinin yüksək olmasına (körpə, ana, həmçinin əmək-
qabiliyyətli yaşda olan insanlar) və doğumun aşağı 
səviyyədə olmasına qarşı mübarizə aparılması təklif olunur. 
Adətən, dövlətlərin demoqrafiya siyasətlərinin ali məqsədi 
gözlənilən uzunömürlülüyün artırılması, ölümün 
azaldılması, doğumun artırılması, miqrasiyanın (ölkədən və 
ölkəyə) iqtisadiyyatın inkişaf səviyyəsinə uyğun gələn 
optimal həcminin əldə edilməsindən ibarət olur.  
Ancaq, demoqrafik partlayışın aradan qalxmasından 
söhbət gedirsə, demoqrafik siyasət təbii ki, doğum faizinin 
aşağı salınmasına yönəldilməlidir. 
Doğum faizinin aşağı düşməsi ilk növbədə insanların 
prokreasion davranışından (lat.- creatio – yaranma: biologi-
yanın bölməsi, dünyanın, Yer kürəsinin, həyatın, insanın 
yaranmasını “ilahinin məhsulu” hesab edir, növlərin dəyiş-
məsini onların tarixi inkişafı olmasını inkar edir) asılıdr və 
ən yaxşı  nəticələr ailə daxilində  uşaqların doğumunun 
tənzimlənməsi zamanı əldə olunur. 
ABŞ-ın keçmiş prezidenti L.Consonun belə bir 
məşhur sözü var: “Ailə planlaşdırılmasına qoyulmuş 5 
dollar üçüncü dünya ölkələrinin iqtisadiyyatına qoyulmuş 
100 dollardan daha yaxşı səmərə verə bilər”. 
İnkişaf etməkdə olan ölkələrin  əksəriyyətində  fəal 
demoqrafiya siyasəti aparılır, lakin bəzi hallarda əhalinin 
əksər hissəi arasında mövcud olan savadsızlıq və  cəhalət 
doğum faizinin aşağı salınması yönümündə aparılan təbliğat 
işinin səmərəsini aşağı salır. Bu ölkələrin iqtisadi və sosial 
vəziyyətlərinin yaxşılışdırılması perspektivlərinin olmaması 
isə ona gətirib çıxarır ki, bu ölkələrin əhalisi ənənəvi həyat 
tərzinin dəyişdirilməsi üçün stimul görmür və bunun da 
186 
 
nəticəsi kimi ənənəvi prokreasion davranışdan imtina etmir; 
yəni uşaqların sayının azaldılmasının heç bir məna 
daşımadığını düşünürlər. 
Həm hüquqşünaslar, həm də jurnalistlər üçün belə bir 
sual hələ  də açıq qalır:  əgər valideynlər doğulan uşağın 
fiziki və  əqli cəhətdən sağlam olmaq hüququnun təmin 
edilməsinə  zəmanət vermək imkanına malik deyillərsə, 
onların nəsil artırmaq hüquqlarını məhdudlaşdırmaq olarmı? 
Əhali problemi ilə bağlı  KİV-də  işıqlandırılan məsə-
lələrdən biri də sahə elmi tərəfindən formalaşdırılan və 
KİV-in birbaşa iştirakı ilə ictimaiyyət tərəfindən müzakirə 
edilərək təkmilləşdirilən  əhali konsepsiyalarıdır. Bu 
konsepsiyalar KİV-in mövzu istiqamətləri kimi də nəzərdən 
keçirilir.  

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin