Əhali artımının proqnozlaşdırılması Əhali artımı proqnozlaşdırılarkən demoqrafik artım
potensialı mütləq nəzərə alınmalıdır. Tutaq ki, inkişaf
etməkdə olan ölkələrdə 70-ci illərin əvvəllərində netto-
əmsal 1-ə bərabər olmuşdur. Biz bilirik ki, r = 1 olarsa,
əhalinin sayı dəyişmir. Deməli, gözləmək olar ki, bu
ölkələrin əhalisinin sayı dəyişməz olaraq qalacaqdır. Lakin,
hesablamalar göstərir ki, 2050-ci ilə qədər onların sayı 60 %
artacaqdır. Bu cür dəyişmə əhalinin yaş strukturu ilə izah
olunur. Demoqrafik artım potensialı həm müsbət, həm də
mənfi ola bilər. Məsələn, inkişaf etməkdə olan ölkələrdə
doğum faizi yüksək olduğu üçün “gənc” yaş strukturu
mövcuddur və buna görə də əhalinin artım potensialı
müsbətdir, həm də yüksəkdir.
BMT-nin hesablamalarına görə, 2075-ci ildə Yer
kürəsində əhalinin sayı “aşağı” variant üzrə 9,5 milyard,
“orta” variant üzrə 12,2 milyard və “yuxarı” variant üzrə
15,8 milyard nəfər olacaqdır. Əhalinin coğrafi yerləşməsi də
kəskin şəkildə dəyişəcəkdir.