179
Dünya əhalisinin artımının
uzunmüddətli proqnozu
(mln. nəfərlə)
Regionlar/illər 1975
2000
2025 2050
2075
Bütün dünya
3986 6254 9065 11163 12210
Postsovet
regionu 255 315 368 393 400
Şərqi
Asiya
1006 1370 1650 1760
1775
Cənubi Asiya
1250 2267 3651 4715
5232
Latın Amerikası
324 620 961 1202 1297
Şimali
Amerika
237 296 332 339 340
Afrika 401
814
1479 2112
2522
Avropa
473 540 580 592 592
Okeaniya
21 33 44 50 52
BMT-nin Əhali Fondunun (UNFPA) dünya əhalisinin
vəziyyəti haqqında yeni illik məruzəsinə görə (1996-cı ildən
çap olunur), 2050-ci ilə qədər planetin sakinlərinin sayının
artması əsasən inkişaf etməkdə olan ölkələrin hesabına baş
tutacaqdır. Proqnozlara görə dünyanın ən sıx məskunlaşma
ölkəsi demoqrafiya bumunun hazırki
lideri Çini arxada
qoyacaq Hindistan olacaqdır.
Gözlənildiyi kimi, dünya əhalisinin sayı, əsasən, zəif
inkişaf etmiş ölkələrin (2050-ci ildə bu ölkələrdə əhalinin
sayı 7 milyard 900 milyonu keçəcəkdir), xüsusilə də Afrika
ölkələrinin hesabına artacaqdır. Qara qitədə əhali artımının
orta illik göstəricisi çox yüksəkdir və 2,3 % faiz təşkil edir.
Qitənin isə ən sıx məskunlaşmış ölkəsi Nigeriyanın olacağı
təxmin edilir. 2050-ci ildə Nigeriyanın əhalisi
iki dəfə
artaraq 290 milyona bərabər olacaqdır.
Baxmayaraq ki, Asiyada əhali artımının tempi (1,1 %)
Afrikadakından və hətta ərəb ölkələrindəkindən də aşağıdır,
əvvəlki kimi ən çoxsaylı xalqlar yenə də məhz burada
yaşayacaqlar.
180
BMT Əhali Fondunun qiymətləndirməsinə görə,
2050-ci ilə Çinin əhalisi 100 milyon artaraq 1,5 milyardı
keçəcək. Həmin vaxt əhalinin sayına
görə dünya liderinin
Hindistan olacağı, burada 1 milyard 658 milyon insanın
yaşayacağı proqnozlaşdırılır.
Qərbdə ABŞ əhali artımı üzrə birinciliyini qoruyub
saxlayacaqdır. 2050-ci ildə ABŞ-da 402 milyon insanın
yaşayacağı bildirilir (hazırda 380 milyondur). BMT-nin
demoqrafları təxmin
edirlər ki, Avropada stabil demoqrafik
vəziyyət hökm sürsə də, əhalinin sayının azalması
tendensiyası müşahidə olunur və 2050-ci
ildə bu qitənin
sakinlərinin sayı 67 milyon azalaraq 660 milyon təşkil
edəcəkdir (Baltika ölkələri bura daxil deyildir). Yalnız
İrlandiyada orta illik artım 1 %-dən artıq olacaqdır.
Avropanın digər ölkələrində demoqrafik azalma gözlənilir.
Böyük Britaniyanın əhalisi 7,7 milyon insan azalararaq, 69
milyon – Fransanın əhalisindən bir qədər çox olacağı
təxmin olunur. Almaniyanın əhalisi
sayca azalsa da,
əhalinin sıxlığına görə ən iri ölkə (74,1 milyon insan)
olacaqdır.
Dostları ilə paylaş: