145
uzunluğu hesab olunur. Yəni, ərzaq təhlükəsizliyi məhz
xoşbəxt həyatın maksimal uzunluğunu təmin etməlidir.
İnsanın, cəmiyyətin, ölkənin və dünyanın ərzaq
təhlükəsizliyinin məqsədi hamı üçün elə ərzaq təchizatının
təmin edilməsi olmalıdır ki, bu təminat müasir şəraitdə
bütün Yer kürəsi əhalisinin mümkün maksimal orta həyat
uzunluğuna nail olunmasına şərait yaratsın.
Bütün
bunlardan çıxış edərək, mütəxəssislər əhalinin ərzaq və
sağlamlıqla təminatının səbəb-nəticə əlaqələrinin aşağıdakı
təxmini sxemini təklif edirlər:
Qida ilə bağlı xəstəliklər, vaxtından
qabaq ölüm və əmək qabiliyyətinin itirilməsi
Sağlamlığın
simptomları və
əlamətləri
Ərzaq çatışmazlığı və balanslaşdırıl-
mamış qidalanma rasionu
Bilavasitə səbəbləri
Ərzaq istehsalının azlığı, qidanın
keyfiyyətsizliyi, ərzaq almaq üçün vəsaitin
olmaması
Başlıca səbəbləri
Ərzaq istehsalı üçün resursların
çatışmazlığı (ərzaq bölgüsünün tələblərinə
uyğun gəlməyən)
Başlıca
mühüm
səbəbləri
Qida ilə bağlı xəstəliklər doyunca yeməmək, aclıq,
qeyri-adekvat qidalanma və ya da qida vasitəsilə
yoluxmalarla şərtləndirilir. Qidalanma sahəsindəki rifah isə
insanın tələbatını ödəyən və onun həyatının maksimal
uzunluğunu təmin edən kifayət
qədər yüksəkkeyfiyyətli
qidanın olması ilə izah edilir. Əsas məqsədə, yəni maksimal
həyat uzunluğuna nail olmağın şərtləri isə aşağıkılardır:
•
Aclıqdan və doyunca yeməməkdən azad olmaq;
•
Adekvat qidalanma;
•
Qida vasitəsilə təmin olunan sağlamlığın
təhlükəsizliyi.
Ərzaq təhlükəsizliyinin təmin olunması üçün ərzaq
146
təchizatının adekvatlığına və stabilliyinə zəmanət verən
ərzaq siyasətinin formalaşdırılması, planlaşdırılması və
həyata keçirilməsi olduqca vacibdir.
Ərzaq təchizatının adekvatlığı – təchizatın (daxil olan
ərzağın) ümumi həcmi kəmiyyət (enerji zənginliyi)
və key-
fiyyətə (bütün vacib qida maddələrinin ölçülərinə) olan tələ-
batın ümumi həcmini potensial olaraq ödəməlidir. Ərzaq
məhsulları sağlamlıq üçün təhlükəsiz olmalı (toksik
amillərdən və çirklənmələrdən azad), münasib qida
keyfiyyətlərinə (ərzağın dadı, strukturu, təzəliyi) malik
olmalı və maksimal ömür uzunluğuna şərait yaratmalıdır.
Ərzaq təchizatının stabilliyi və ərzaqa çatım isə, a) ətraf
mühitin dayanıqlığından və b) insanların ərzağa çatımını
təmin edən iqtisadi və sosial dayanıqlıqdan ibarətdir.
Bu isə
öz növbəsində gəlirlərin ədalətli bölgüsünü, dövlət və
ictimaiyyət tərəfindən göstərilən dəstəyi və sığorta sistemini
nəzərdə tutur.
Qidaya fiziki çatım hələ qidaya faktiki çatım anlamını
vermir. İnsanın qidalanma hüququ ərzağın alınmasını təmin
edən resurslara olan hüquqla əlaqələndirilməlidir. Bir sıra
xəstəliklər ərzağın qəbulu zamanı tərkibində böyük
miqdarda piy və/və ya şəkər çox olan qida rasionu ilə və ya
da kalori (enerji) mənbəyi yalnız
piy və şəkərdən ibarət olan
yoxsulluqla bağlı olur.
Dostları ilə paylaş: