141
olmaması da xroniki ərzaq çatışmazlığına gətirib çıxarır.
Ərzaq çatışmazlığı ərzaq məhsullarının qiymətləri-
nin qalxması, təbii şəraitlə əlaqədar məhsuldarlığın
azalması, eyni zamanda ailələrin gəlir səviyyələrinin aşağı
düşməsi və s. ilə bağlı olaraq stabilliyin vaxtaşırı pozulması
nəticəsində yaranır.
Həmçinin, dövlətin beynəlxalq iqtisadi
böhran, ticarət müharibələri və s. kimi mümkün xarici
böhran təzahürlərinə həssaslığı da potensial ərzaq
təminatsızlığı kimi nəzərdən keçirilir. Bu cür hallarda po-
tensial təminatsızlıq müvəqqəti və ya xroniki ərzaq təminat-
sızlığı halına keçir.
Beləliklə də, bütün bəşəriyyət
ümumdünya ərzaq təhlükəsizliyinin obyektinə çevrilir. Ona
görə də dünya ictimaiyyətinin qarşısında planetin bütün
əhalisinin aclıqdan və ya doyunca yeməməkdən
67
asılılığının aradan qaldırılmasına təminat verən ümumdnya
ərzaq təhlükəsizliyi konsepsiyasının yaradılması və icrası
kimi mühm bir vəzifə durur.
Ümumdünya ərzaq təhlükəsizliyi konsepsiyası ilk
dəfə 1973-cü ildə BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı (FAO)
68
tərəfindən irəli sürülmüşdür. Bu
konsepsiya ərzaq malları bazarında
bütün ölkələr üçün baza
67
Nitqimizdə və yazılarımızda (o cümlədən, KİV səhifələrində)
nisbətən yeni rast gəldiyimiz “doyunca yeməmək” ifadəsi öz mənasına
görə “aclıq” ifadəsindən xeyli fərqlənir. “Gizli aclıq” ifadəsi də məhz bu
anlamla bağlıdır və qida rasionunda bir çox qiymətli maddələrin – zülal,
piy, vitamin, mineral duzların və s. çatışmadığını bildirir.
68
İkinci dünya müharibəsindən sonra inkişaf etməkdə olan ölkələrdə
əhalinin sayının görünməmiş sürətlə artımı ərzaq problemini
kəskinləşdirir. Bu problemi planlı şəkildə və dünya miqyasında həll
etmək üçün hələ
1943 –cü
ildə yaradılmış Ümumdünya Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı (FAO) BMT-nin strukturuna daxil edilmişdir.
142
qida məhsullarına (ilk növbədə taxıla) çatımın stabil
vəziyyətdə saxlanılmasını nəzərdə tutur və ekspertlərin
(FAO)
fikrincə, bütün ölkələrin iştirakı ilə kollektiv
tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini
tələb edir. BMT-nin Baş Assambleyası 1974-cü ildə FAO-
nun tövsiyələri əsasında hazırlanmış Dünyada ərzaq
təhlükəsizliyinə dair beynəlxalq öhdəlik qəbul etmişdir. Bu
sənəddə beynəlxalq səviyyədə koordinasiya olunan bir sıra
vacib beynəlxalq və milli texniki və aqrar tədbirlərin
görülməsi ilə yanaşı, ərzaq məhsullarının istehsalı və ticarəti
məsələləri üzrə qlobal informasiya sisteminin yaradılması
da nəzərdə tutulmuşdur.
Amma, təəssüf ki,
ümumdünya
ərzaq
təhlükəsizliyinin təminatı üçün müəyyən olunmuş
məqsədlərə çatmaq hələlik mümkün olmamışdır. Bu da ilk
növbədə müxtəlif ölkələrin hökumətlərinin
bu istiqamətdə
regional səviyyədə dövlətlərarası səylərə deyil, milli ərzaq
təhlükəsizliyinin təminatına və milli maraqlara üstünlük
vermələri ilə bağlıdır.
Beynəlxalq ərzaq təhlükəsizliyinin əsas göstəricisi
kimi: a) dünyada keçici taxıl ehtiyatının ölçüsü və
adambaşına düşən orta taxıl istehsalının səviyyəsi götürülür.
Keçici taxıl ehtiyatının səviyyəsi il ərzində istehlak olunan
bütün taxılın (dünyada taxıl istehlakı üçün lazım olan 60
günə müvafiq) 17 %-nə bərabər olduqda, ərzaq təminatı ilə
bağlı vəziyyət (təbii
fəlakətlər, məhsuldarlığın aşağı olması,
müharibələr və s. nəzərə alınmaqla) məqbul və sabit hesab
olunur. Ehtiyatların bu səviyyədən aşağı düşməsi
ümumdünya ərzaq təhlükəsizliyinin kritik vəziyyətdə
olmasına dəlalət edir, çünki bu zaman taxılın beynəlxalq
qiyməti qalxır və o, bir çox zəif inkişaf etmiş ölkələr üçün
əlçatmaz olur. Məsələn, 1972-1973-cü və 1979-1980-ci
illərdə bu cür vəziyyət yaranmışdır. Əlbəttə,
bu meyar
nisbidir, hətta daha yüksək taxıl ehtiyatı şəraitində də yüz
143
milyonlarla insan aclıqdan və doyunca yeməməkdən əziyyət
çəkir; b) digər göstərici – adambaşına düşən dinamik orta
taxıl istehsalının səviyyəsi – dünyada ərzaqla bağlı
vəziyyətin inkişaf tendensiyalarını xarakterizə edir. Bu
göstərici 1969-1971-ci illərdə 305 kq., 1979-1981-ci illərdə
325 kq., 1990-cı
illərdə isə 327 kq.-a qalxmış və bu
səviyyədə stabilləşmişdir
.
Dostları ilə paylaş: