Adambaşına düşən ərzaq istehsalı
Region
Artım, %-lə Artım tempi, %-lə
1971-1975-
ci illər
1975-1987-
cü illər
1987-2012-
ci illər
1971-1975-
ci illər
1975-
1987-ci
illər
1987-
2012- ci
illər
Аsiya
99 111 119
0,1
1,3
1,0
Аfrikа
90
90
79
– 1,0
– 0,1
– 1,8
Latın
Amerikası
96 103 104 –
0,3
0,7
0,2
Yaxın və
Orta Şərq
107 114 106 0,7 0,7
–
0,1
144
Ərzaq təhlükəsizliyinin yuxarıda verilmiş anlayışı
daha çox aclığın və doyunca yeməməyin anlamını müəyyən
edir. Əgər qlobal ərzaq təhlükəsizliyinin məqsədi aclığın və
doyunca yeməməyin aradan qaldırılmasından ibarətdirsə, bu
anlam tamamilə yerinə düşür. Ərzaq təhlükəsizliyinin əsl
məqsədi nədən ibarətdir və onun kəmiyyət göstəriciləri
necədir?
BMT-nin İnsan hüquqları haqqında ümumi
Bəyannaməsinin (1948-ci il) 25-ci maddəsində deyilir:
“Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün,
qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil
olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna,
işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış
vasitələrindən özündən asılı olmayan digər səbəblərdən
məhrum olduğu hallarda təminat hüququna malikdir.”
Burada insanın qida hüququ onun sağlamlığının
saxlanılması ilə əlaqələndirilir. Deməli, ərzaq təhlükəsizliyi
elə səviyyədə olmalıdır ki, sağlamlığın saxlanılmasına
imkan yaratsın. Bu da insanın ərzaq təhlükəsizliyinin onun
sağlamlığının saxlanılması ilə əlaqələndirilməsini zəruri
edir. Ona görə də ərzaq təhlükəsizliyinin tərifində sağlamlıq
anlayışının da özünə yer alması vacibdir.
Dostları ilə paylaş: |