151
gizli aclıqdan xilas edə bilmir. Məsələn, mədəni hər gün
batat (şirin kartof)
və düyü ilə doldurmaq, lakin bu zaman
orqanizmdə bir sıra qida elementləri çatışmadığı üçün
xroniki yararlı kimi qalmaq mümkündür.
Məhz bu təzahür, yəni hər hansı bir ərzağın
dominantlığı bir çox xalqların qidalanmasında müşahidə
olunur. Bu da pəhrizə yeknəsək
xarakter verməklə yanaşı,
həm də gizli aclıq formalarına gətirib çıxarır. Məsələn,
Cənubi və Cənubi-Şərqi Asiyanın bir çox ölkələrində
ənənəvi olaraq qida rasionunun 70 %-i, İndoneziyanın
Qərbi
Yava rayonlarında isə 90 %-ə qədəri düyüdən ibarət olur.
Bu da yerli əhalinin sağlamlığına təsirsiz ötüşmür, insanlar
beri-beri (vitaminsizlik) xəstəliyindən əziyyət çəkirlər.
Afrikanın savanna zonalarında daha çox darıkimilər
(kalış daxil olmaqla) əkib-becərirlər. Burada yaşayan əhali
40 %-ə qədər kalorini həmin bitkilərdən alır. Qitənin
meşəlik zonalarında yerləşən ölkələrdə isə əhalinin qida
rasionunda kökkimilər – yams (kökündən kraxmal alınır),
maniok (kökündən un hasil edilir) və batat üstünlük təşkil
edir.
Latın Amerikasında daha ciddi vəziyyət yaranmışdır.
Meksikada, Mərkəzi Amerikanın ayrı-ayrı ölkələrində və
hindilərin məskunlaşdıqları ərazilərdə isə daha çox
qarğıdalıdan istifadə edirlər. Məsələn, Qvatemalada əhali
kalorinin 60 %-ni qarğıdalıdan alır.
Hindistan və Banqladeş də aclıqdan əziyyət
çəkənlərin sayına görə Afrika ilə eyni vəziyyətdədirlər. Eyni
zamanda, buradakı vəziyyət
kəskin sosial bərabərsizlik,
kənd təsərrüfatında iri torpaq sahiblərinin hökmranlığı,
yoxsul kəndli kütləsinin əlində geniş torpaq sahələrinin
olmaması
və s. buradakı
vəziyyəti daha da
mürəkkəbləşdirir. Latın Amerikası ölkələrinə gəlincə isə,
burada on milyonlarla ac və doyunca yeməyən insanların
olmasına baxmayaraq (Qvatemala, Honduras, Peru, Haiti və
152
s.), vəziyyət o qədər də gərgin deyildir.
“Dünyanın aclıq qütbü” adlandırılan Afrikada əhali
dünyanın bütün regionlarının sakinlərindən pis qidalanır.
XX əsrin sonu, XXI əsrin əvvəllərində bu qitənin 150 mln.
sakini aclıq və doyunca yeməmək təhlükəsi ilə üz-üzə qalıb.
Vaxtaşırı baş verən quraqlıqlar nəticəsində yaranmış kəskin
ərzaq çatışmazlığı qitənin Sahel bioiqlim zonasında (Böyük
Səhra və savannanın kəsişməində)
yerləşən bir çox
ölkələrini ciddi təhlükə ilə üz-üzə qoymuşdu.
Fransanın “Mond” qəzeti 80-ci illərin sonunda
Sudanın aclıq girdabında qovrulan şəhər və kəndlərini bu
cür təsvir edirdi: - quraqlıqdan çat-çat olmuş torpağın
üstündə oturan, skeletləri sanki dəriyə bükülmüş uşaqların
gözləri bir nöqtəyə zillənmişdir. Üzgün sifətli qadınlar
səssiz-səssiz ağlayırlar. Sinələri çökmüş kişilər yalvarıcı
baxışlarla əcnəbilərə bir ovuc durra (sorqonun bir növü. –
İ.M.) və ya bir necə litr su müqabilində öz xidmətlərini
təklif edirlər. Cırıq kiş parçalarından olan çadır cərgələri
sonsuzluğa qədər uzanıb gedir. Hər tərəf aclıqdan ölmüş
keçi, inək və dəvə leşləri ilə doludur. Minlərlə sudanlı da
aclığın qurbanı olmuşdur.
1980-ci illərdə Afrikada baş vermiş kütləvi aclıq
qaçqınlar problemini də kəskinləşdirir. İnsanlar qida və su
tapmaq ümidi ilə böyük kütlə halında qızmar günəş altında
qovrulan səhralarda dolaşırdılar. Səhraları piyada
keçmək
iqtidarında olmayan qocaları isə evlərdə atıb (demək olar ki,
ölümlə baş-başa) gedirdilər. Üzücü yollarda aclıqdan,
doyunca yeməməkdən, susuzluqdan və müxtəlif mədə
xəstəliklərindən hətta gənclər də məhv olurdular. Şahidlərin
söylədiklərinə görə, başlarını itirmiş
qadınlar uşaqlarını
xilas etmək üçün yalvarır, onları bir kisə durraya dəyişməyi
təklif edirdilər. Bu və buna bənzər digər mənzərələr
aclıqdan ölən minlərlə insanın faciəsini bütün çılpaqlığı ilə
nümayiş etdirirdi.