Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə110/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   284
 
Aqrojurnalist bilməlidir:
 
dünyada ərzaq təhlükəsizliyinin vəziyyəti 
 
Aclıq və doyunca yeməmək iqtisadi tamahkarlıqla 
bərabər, dünyada sabitlik və  bəşəriyyətin özünün 
mövcudluğu üçün başlıca təhlükə hesab edilir. Dünyada 
ərzaq probleminə Yer kürəsinin bütün əhalisinin kalorili 
qida ilə  təmin olunması kontekstində baxılır, yəni hər bir 
insan müəyyən miqdarda kalorili qida ilə təmin olunmalıdır. 


147 
 
Yaşamaq və yüngül fiziki əməklə  məşğul olmaq üçün 
ərzağa olan tələbatın minimal miqdarı sutkada 2200 
kkaloriyə  (lat. calor – istilik, hərarət deməkdir - 100 q. 
qidanıın insan orqanizmində  həzmindən  əldə olunan 
enerjinin kəmiyyətini ifadə edir)  bərabər olmalıdır. Gün 
ərzində 1520 kkaloridən az qida qəbul edən insanlar ac 
hesab edilirlər. FAO-nun verdiyi məlumata görə, inkişaf 
etməkdə olan ölkələrin  əhalisinin 60 %-i minimal həddən 
300 kkalori az qida qəbul edir. İnkişaf etmiş ölkələrdə isə 
qida qəbulunun orta səviyyəsi müəyyən olunmuş minimal 
həddən 600 kkalori yüksəkdir. 
Bu təşkilatın “Aclıq və yoxsulluğun 2008-ci il 
səviyyəsi” barədə hazırladığı hesabatda dünyada aclıq və 
səfalət təhlükəsində yaşayan insanların sayının 850 milyona 
bərabər olduğu bildirilir. FAO-nun məlumatına görə, bu 
rəqəm 2010-cu ildə 870 milyonu, 2012-ci ildə isə 1 milyardı  
keçmişdir.
69
 Onların 800 milyonu inkişaf etməkdə olan və 
ya inkişafa yenicə başlayan ölkələrin payına düşür və bu 
insanların sayı getdikcə artmaqdadır. Maraqlıdır ki, hətta 
inkişaf etmiş ölkələrin də  əhalisinin müəyyən hissəsi 
aclıqdan əziyyət çəkir və bu rəqəm 16 milyona bərabərdir. 
FAO-nun Romada keçirilən sammitində BMT Baş katibi 
Bən Ki Mun dünyanın zəngin dövlətlərinə müraciət edərək, 
qlobal  ərzaq böhranını cilovlamaq üçün sərt və  təcili 
tədbirlər görməyə səsləmişdir. O, xüsusilə ABŞ və Avropa 
ölkələrini  ərzaq tariflərini və subsidiyaları azaltmağa 
çağıraraq deyib ki, bu, inkişaf etməkdə olan ölkələr üçün 
bəla mənbəyidir. Son aylar ərzaq qiymətlərinin artması 40 
ölkədə iğtişaşlara gətirib çıxarmışdır. 2009-cu ildə aclıqdan 
                     
69
 
http://www.milli.az/news/politics/140691.html. 
 
148 
 
əziyyət çəkənlərin sayı 2008-ci ilə nisbətən 105 milyon 
artıb. Bu, qiymətlərin yüksək olması ilə bağlıdır.Baş katib 
həmçinin dünyanın  ən çox ehtiyacı olan hissələrindəki 
fermerləri toxum, gübrə və avadanlıqlarla təmin etmək üçün 
təcili olaraq 1.7 milyard dollar ayırmağa çağırıb. 
70
 
Ümumiyyətlə, dünyada nə  qədər insanın aclıq içində 
yaşaması barədə suala dəqiq cavab vermək o qədər də asan 
deyildir. Birincisi, bəzən məhsul olmayan illər (qıtlıq) 
məhsulun bol olduğu illərə çevrilir və bu zaman aclığın 
miqyası  kəskin  şəkildə (lakin, müvəqqəti) azalır.  İkincisi, 
aclıq çəkənlərin sayı, onu hesablayanlardan asılı olaraq, 
müxtəlif olur. Əgər FAO bu rəqəmin 870 mln. olduğunu 
bildirirsə, Beynəlxalq Yenidənqurma və  İnkişaf Bankı 
onların 1 mlrd., Fransa Aclıq  Əleyhinə Komitəsi isə 1,2 
mlrd. olduğunu göstərir.  
Ac qalanlar və doyunca yeməyənlər dünya əhalisinin 
müvafiq olaraq 15 %-ni və 12,7%-ni təşkil edirlər, yəni 
dünya  əhalisinin 1/3-i aclıqdan və doyunca yeməməkdən 
əziyyət çəkir. Bu isə o deməkdir ki, dünyanın  ərzaq 
təhlükəsizliyi böhran vəziyyətindədir. Dünya əhalisinin 
daha 2 milyardı isə kifayət qədər həyati əhəmiyyətli mikro-
element: yod, dəmir, A vitamini və s. qəbul etmədiyinə görə 
gizli aclıq formalarından  əziyyət çəkir. Mikroelementlərin 
uzun zaman qəbul edilməməsi ciddi xəstəliklər əmələ gətirir 
və insanın ömrünü xeyli gödəldir. 3 milyard insan zülal 
çatışmazlığından  əziyyət çəkir. Zülal azlığı xüsusilə 
uşaqlara məhvedici təsir göstərir.  
Son 25-30 il ərzində aclığın və doyunca yeməməyin 
                     
70
 
http://www.bbc.co.uk/azeri/news/story/2008/06/printable/080603_bmt.s
html. 
 


149 
 
coğrafiyasında müəyyən dəyişikliklər əmələ gəlmişdir. Əgər 
kəçən  əsrin 70-ci illərində  Şərqi Asiyada təxminən 500 
milyon doyunca yeməyən insan (dünya səviyyəsinin 
yarısından çoxu) var idisə, Afrikada, Böyük Səhradan 
cənuba doğru onların sayı 10 % təşkil edirdisə, sonrakı 
illərdə aclıq daha çox Afrikaya doğru yerini dəyişir. 90-cı 
illərin başlanğıcında  Şərqi Asiya ölkələrində xroniki 
doyunca yeməyənlərin sayı iki dəfə azalır, onların əhalinin 
tərkibindəki çəkiləri isə 44 %-dən 16%-ə düşür. Bununla 
bərabər, tropik Afrika ölkələrində doyunca yeməyənlərin 
sayı iki dəfə artır və 175 milyona çatır və əhalinin 37 %-ni 
təşkil edir, yəni hər üçüncü sakin xroniki olaraq doyunca 
yemir. Uşaq ölümünün yüksək olduğu bu ölkələrdə ömrün 
orta uzunluğu heç 50 yaşa da çatmır. 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin