119
Şirkətlərarası əlaqələrin sürətli inkişafı konkret bir re-
gionda ölkələr arasında əmtəə və məhsulların sərbəst daşın-
masına,
xidmətlərin göstərilməsinə, kapital və işçi qüv-
vəsinin hərəkətinin təmin edilməsinə, birgə iqtisadi,
valyuta-maliyyə,
elmi-texniki, sosial, xarici və müdafiə
siyasətlərinin hazırlanıb razılaşdırılmasına və həyata
keçirilməsinə yönəldilmiş dövlətlərarası (bəzi hallarda isə
fövqəldövlət) tənzimləməni vacib edir. Nəticə etibarı ilə
vahid valyutaya,
infrastruktura, ümumi iqtisadi vəzifələrə,
maliyyə fondlarına, ümumi fövqəlmilli və dövlətlərarası
təsir orqanlarına malik regional iqtisadi komplekslər
yaranır.
İqtisadi inteqrasiyanın ən sadə forması kimi azad
ticarət zonalarını göstərmək olar. Bu cür zonalarda iştirakçı-
ölkələr arasında ticarət məhdudiyyətləri,
hər şeydən əvvəl
isə gömrük rüsumları ləğv edilir.
İqtisadi inteqrasiyanın başqa bir forması gömrük itti-
faqlarıdır. Bu ittifaqlar azad ticarət zonalarının fəaliyyəti ilə
yanaşı, vahid xarici ticarət tariflərinin yaradılmasını və
üçüncü ölkələrə münasibətdə vahid xarici ticarət siyasətinin
həyata keçirilməsini nəzərdə tutur. Hər iki halda
dövlətlərarası münasibətlər yalnız mübadilə sferasına aid
olur ki, bu da iştirakçı-ölkələrə qarşılıqlı ticarətin inkişaf
etdirilməsi və maliyyə hesablaşmalarının aparılması üçün
eyni imkanları təmin edir.
Gömrük ittifaqı valyutaların qarşılıqlı konversiya edil-
məsini və hamı üçün ümumi hesablaşma vahidinin funksi-
onallığını təmin edən ödəmə ittifaqı ilə tamamlanır. Ümumi
bazar daha mürəkkəb formadır. O, azad qarşılıqlı ticarət və
vahid xarici ticarət tarifi ilə yanaşı, iştirakçılar üçün
qarşılıqlı kapital və işçi qüvvəsinin sərbəst hərəkətini,
həmçinin iqtisadi siyasətin razılaşdırılmasını təmin edir.
Lakin, dövlətlərarası iqtisadi inteqrasiyanın ən
yüksək
forması inteqrasiyanın yuxarıda göstərilən formalarını,
120
ümumi iqtisadi və valyuta-maliyyə siyasətinin həyata
keçirilməsini özündə birləşdirən iqtisadi ittifaqlar və valyuta
ittifaqlarıdır.
İqtisadi inteqrasiya qarşılıqlı əlaqədə olan tərəflər
üçün aşağıdakı bir sıra əlverişli şərtləri təmin edir:
Dostları ilə paylaş: