121
obyektiv amillər (iqtisadi həyatın qloballaşması,
beynəlxalq
əmək bölgüsü, elmi-texniki inqilab, milli iqtisadiyyatların
şəffaflığının artması) təşkil edir.
KİV, eyni zamanda ölkənin xarici iqtisadi inteqrasiya
strategiyasının işlənib hazırlanmasında da yaxından iştirak
etməli, onu: a) ölkənin ixrac potensialının inkişafına, ixrac
strukturunun və idxalın təkmilləşdirilməsinə; b)
milli məh-
sulların dünya bazarında rəqabətə davamlılığının artırılma-
sına; c) ölkənin ödəmə qabiliyyətinin yüksəldilməsinə; ç)
beynəlxalq əmək bölgüsündə ölkənin vəziyyətinin
yaxşılaşdırılmasına; d) milli məhsulların satış bazarının
genişləndirilməinə və e) davamlı iqtisadi inkişafa, əhalinin
rifah halının yaxşılaşdırılmasına yönəltməyə xidmət
etməlidir.
Son illərdə iqtisadi problemlərə həsr
olunmuş tədqiqat
işlərində və KİV materiallarında yuxarıda haqqında danışdı-
ğımız sinergetika paradiqmasından istifadə hallarının təşviqi
ilə bağlı çağırışların həcmi xüsusilə artmışdır. Belə nəticəyə
gəlmək olur ki, həm iqtisadiyyat elmi, həm də jurnalistika
yeni qnoseoloji yanaşma metodunu reallığa
uyğun olaraq
getdikcə daha sürətlə mənimsəməyə cəhdlər göstərir. Bu,
özünü dünyada baş vermiş axırıncı qlobal iqtisadi və
maliyyə böhranı zamanı (2008-ci il) daha qabarıq şəkildə
büruzə vermişdir.
Azərbaycanda da iqtisadi problemlərin həlli yollarının
axtarılması istiqamətində müəyyən addımlar atılır. Bəzi
siyasətçilər, politoloqlar, iqtisadçılar və jurnalistlər
Azərbaycanda mexaniki olaraq Argentina, Türkiyə,
Çin və
s. ölkələrin praktikalarının tətbiqinə, bəziləri Beynəlxalq
Valyuta Fondu, Dünya Bankı və s. iri maliyyə qurumlarının
tövsiyələrinə əməl etməyə, başqaları isə ölkədə baş verən
prosesləri təhlil edərək, problemi iqtisadi şərait və milli
mentalitetin xüsusiyyətləri nəzərə alınmaqla
həll etməyə
çağırırlar. Göründüyü kimi, bu sahədə müxtəlif istiqamətlər
122
mövcuddur. Ona görə də, zənnimizcə, mətbuatın əsas
vəzifəsi indiki şəraitdə yerli spesifika və dünya
tendensiyaları nəzərə alınmaqla, qarışıq iqtisadiyyatın
yaradılması məqsədi ilə Azərbaycan iqtisadiyyatının
evolyusion modernləşməsini
təşviq etməkdən ibarət
olmalıdır.
İstənilən milli iqtisadiyyat geniş təkrar istehsal tələb
edir. Bu, ilk növbədə ölkə vətəndaşlarının həyati
tələblərinin artması ilə izah olunur, çünki həyat səviyyəsinin
artması sivilizasiyanın vacib atributlarındandir. Deməli,
milli iqtisadiyyatda geniş təkrar istehsal sivilizasiyanın
səviyyəsinin ən vacib təzahürlərindən biridir.
Bu cür
Dostları ilə paylaş: