işıqlandırılmasında yeni tendensiyalar meydana
gəlmişdir və bu tendensiaylar yeni əsrdə həm iqtisadiyyatın
inkişafını, həm də qlobal iqtisadi problemlərin mətbuatda
işıqlandırılmasının yaxşılaşdırılması yollarını müəyyən edir.
Fikir mübadiləsi aparmaq üçün bu tendensiyaların tam
olmayan aşağıdakı siyahısını diqqətə çatdırmaq olar:
1.
İqtisadi fəaliyyətin qloballaşması məsələlərinin mətbutda işıqlandırılması. Bu tendensiya özünü
investisiya, istehsal, təchizat və satış, maliyyə, ETİ, təhsil
sahəsində beynəlxalq əlaqlərin daha da genişləndirilməsi və
dərinləşdirilməsinin vacibliyinin təbliğində büruzə
verməlidir. Bu ondan irəli gəlir ki, müasir dövrdə tədricən
transmilli korporasiyaların bazası əsasında beynəlxalq
təsərrüfat kompleksləri yaranmaqdadır. Bu korporasiyalar
isə qlobal miqyasda fəaliyyət göstərir və dünya səhnəsində
satış bazarları, material və maliyyə resursları uğrunda
rəqabətli mübarizə aparırlar.
114