amil kasıbölkələrin istehsalat bazalarının həddən artıq
köhnə olmasıdır. Bu amil özünü həmin ölkələrin
iqtisadiyyatında aqrar xarakterin üstünlük təşkil etməsində,
sənayenin geri qalmasında, yəni onların öz milli
104
iqtisadiyyatlarını sənayeləşdirmək mərhələsini keçməmələ-
rində göstərir. Bu ölkələrdə istehsalatın təchizat fondu çox
zəif, texnika, texnologiya və mütəşəkkillik primitiv,
məhsuldarlıq çox aşağıdır və kəskin kapital çatışmazlığı
mövcuddur.
İkinci amil əmək resurslarının qeyri-səmərəli
tətbiqidir. Bu amil özünü işsizliyin yüksək səviyyədə
olmasında, fəhlə qüvvəsinin əhəmiyyətli şəkildə istifadə
olunmamasında, onun stimullaşdırılmamasında və əmək
məhsuldarlığının aşağı olmasında büruzə verir. Eyni
zamanda, zəif inkişaf etmiş ölkələrdə ixtisaslı işçi və
mütəxəssislərin çatışmamasını, həmçinin səriştəli və işgüzar
sahibkarların olmamasını da bura əlavə etmək olar. “Beyin
axını” və inkişafa yönəlik iradəsizlik vəziyyəti bir qədər də
gərginləşdirir.