Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


Mövzu 23: MəiĢət üslubu və onun yaranma Ģəraiti



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə138/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   166
2015-332

Mövzu 23: MəiĢət üslubu və onun yaranma Ģəraiti. 
 
Məişət üslubu – gündəlik həyatda insanların bir-biri ilə ünsiy-
yət  saxladığı  dildir.  Məişət  üslubu  adi  danışıq  dilidir  –  insanların 
bir-biri  ilə  hal-əhval  tutduğu  dildir.  Məişət  üslubu  kitab-qəzet  dili 
deyil, eyni zamanda məhəlli səciyyə də daşımır. Məişət üslubu ədə-
bi dilin gündəlik davranışda işlənən sərbəst və şifahi nitq formasıdır. 
Məişət üslubu ədəbi dilin ən geniş yayılmış üslubudur. Mək-
təbdə  dərs  zamanı  müəllim  də,  şagird  də  bu  üslubda  danışır,  bu 
üslubda fikirlərini ifadə edirlər. Məişət üslubu istər fonetik, istər 


 
193 
leksik,  istərsə  də  qrammatik  xüsusiyyətlərinə  görə  yazılı  ədəbi 
dildən fərqlənir. Burada sözlər orfoepik normalara uyğun şəkildə 
tələffüz olunur, cümlələr də quruluşuna görə yazılı ədəbi dildəki 
ilə müqayisədə fərqlənir. 
Məişət  üslubunun  əsas  səciyyəvi  xüsusiyyəti  sərbəstliyi  və 
yığcamlığıdır. Məişət üslubunun canı dialoji nitqdir. Dialoji nitq 
dedikdə iki nəfərin gündəlik həyatda üzləşdiyi zaman istifadə et-
diyi  dil,  üslub  nəzərdə  tutulur.  Məişət  üslubunun  sərbəstliyi  və 
yığcamlığı  dialoji  nitqdə  daha  qabarıq  şəkildə  özünü  göstərir. 
Dialoji nitqdə intonasiya və jest-hərəkət mühüm rol oynayır, ya-
rımçıq cümlələr çox işlənir. 
Bədii ədəbiyyatda da məişət üslubunun təsiri açıq-aşkar özü-
nü  göstərir.  Bir  çox  şair  və  yazıçılar  (məsələn,  M.Ə.Sabir, 
C.Məmmədquluzadə və s.) əsərlərində məişət üslubundan – canlı 
danışıq dilindən uğurla bəhrələnmişlər. 
Məişət  dili  yazılı  dildən  fərqlənir.  Yazılı  dil  əvəzinə  ―ədəbi 
dil‖  termini  də  işlənir,  çünki  o,  bilavasitə  yazıda  təzahür  edir. 
Buna görə də yazılı dil ədəbi nitq forması sayılır. Məişət üslubu 
isə yalnız şifahi şəkildə mövcuddur. Bu baxımdan məişət üslubu 
ədəbi dilə qarşı durmuş olur. Bununla belə, məişət üslubu nə loru 
nitqdir, nə də məhəlli səciyyə daşıyır. Məişət dili dialektüstü nitq 
formasıdır, yəni ədəbi dilin sərbəst və şifahi nümunəsidir. 
Bədii, elmi və publisistik üslubun nümayəndələri şifahi nitq-
də məişət üslubundan istifadə edirlər. Deməli, müxtəlif üslubların 
nümayəndələri ünsiyyətdə olduqda məhz bu üslubda birləşirlər. 
Onu  da  yadda  saxlamaq  lazımdır  ki,  insanların  yazılı  və 
şifahi nitqləri eyni olmur. 
Qeyd:  Loru dil yonulmamış, pinti danışıq şəklidir. Loru söz 
(kobud  əvəzinə  köntöy),  loru  ifadə  (məs:  fürsəti  əldən  vermək 
yerinə gönü suya vermək) anlayışları da var. 
Məişət dili danışıq dilidir. Danışıq dilinin qarşılığı isə yazılı 
dildir. Yazılı dil şifahi danışıq dilinin əsasında formalaşır. Yazılı 


 
194 
dil çox vaxt ədəbi dilin sinonimi kimi formalaşır. 
Ədəbi  dil  üslublar  sistemidir.  Ədəbi  dilin  yaranması  üslub-
ların  müəyyənləşməsi  deməkdir.Ədəbi  dilin  üslubları  danışıq 
dilinin əsasında və danışıq normasından uzaqlaşma yolu ilə yara-
nır.  Sonralar  ədəbi  dil  öz  yazılı  üslubları  ilə  inkişafının  yüksək 
mərhələsinə  çataraq  xalqın  dilinin,  canlı  ünsiyyətinin  təbiiliyin-
dən uzaqlaşır. Bu zaman ədəbi dil qəlibə, şablon dilə çevrilir. Be-
lə  olduqda  insanlar  bir-biri  ilə  ünsiyyətdə  təbii  danışığa  ehtiyac 
hiss edirlər. Ədəbi dilin bu səviyyəyə çatması, həm də cəmiyyət-
də mədəni səviyyənin yüksəlişi, maarifin genişlənməsi ilə insan-
ların öz gündəlik ünsiyyətində məhəlli nitqdən, yerli şivəçilikdən 
uzaqlaşma meyilləri yaratmış olur. Yəni bu zaman ədəbi norma-
tivli dil insanın gündəlik məişətinə bu və ya digər dərəcədə təsir 
etmiş olur. Beləliklə, ədəbi dilin şifahi təzahürü  –  məişət üslubu 
yaranır. İndiki halında məişət üslubu üslublar sisteminin müstəqil 
subyektlərindən sayılır. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin