Dərs vəsaiti "Elm və təhsil" Bakı 2019



Yüklə 1,83 Mb.
səhifə23/27
tarix06.06.2020
ölçüsü1,83 Mb.
#31704
1   ...   19   20   21   22   23   24   25   26   27
Azərbaycanda boru kəməri nəqliyyatının təşkili neft sə-nayesinin inkişafı dövrünə təsadüf edir. Ölkədən ilk kə-mər 1878-ci il ərzində Balaxanı mədənlərindən Bakının nefta-yırma zavoduna çəkilmişdir. Keçən əsrin əvvəllərində Bakı-

304


Beynəlxalq nəqliyyat əməliyyatları

dan Batumiyə çəkilən neft kəməri istismara verilmişdir. Ab-şeronda, Xəzər dənizində, ölkənin digər regionlarında neft-qaz yataqlarının istismara verilməsi yeni kəmərlərin çəkilmə-sinə səbəb olmuşdur. Şirvan - Bakı, Siyəzən - Bakı, Neftdaş-ları - Bakı ölkə daxilində yerləşən əsas neft kəmərləri hesab edilir. Qaradağ - Bakı, Qaradağ- Ağstafa, Neftdaşları - Bakı, Siyəzən- Bakı, Zirə - Bakı qaz kəmərləri vasitəsilə bu qazın nəqli həyata keçirilir.


Nəqliyyat qanunvericiliyi AR-nın ərazisində yerləşən magistral boru kəmərləri də nəqliyyat sisteminin kompo-nentləri sayır. Boru kəməri nəqliyyatı iqtisadi ədəbiyyatda, neft və qaz boru kəmərləri kimi təqdim edilir. O, xüsusi, yəni universal olmayan nəqliyyat növü hesab olunur. Nəqliyyatın bu növünün vasitəsi ilə qaz, neft və neft məhsullarının daşın-maları icra edilir. Magistral boru kəmərlərindan istifadə et-məklə həmin malların (yüklərin) təyinat yerinə çatdırılması nəzərdə tutulur. Bu cür istifadə halları nəqliyyat fəaliyyəti hesab olunur. Boru kəməri nəqliyyatı öz mahiyyəti etibarilə texniki xarakterə malikdir. O, daşımanı digər nəqliyyat növ-lərindən fərqli qaydada nəqliyyat vasitəsindən istifadə etmə-məklə yerinə yetirilir.
Boru kəməri nəqliyyatı özünün müəyyən üstünlüklərinə malikdir. Həmin üstünlüklər sırasına aşağıdakılar daxildir:
-hava və iqlim şəraitindən aslı olmayan sabit iş rejimi; -ondan istifadənin son dərəcə sadəliyi;

-kəmərlə malların daşınması prosesinin yüksək səviyyə-də mexanikləşdirilməsi və avtomatlaşdırılması;


-daşınmanın idarə etməsi rejiminin sadəliyi;


  • daşınma və yükləmə-boşaltma əməliyyatlarının vahid prosesdə birləşməsi.

305


Elçin Eyvazov, Nərminə Balabəyova

Əsas İxrac Boru Kəməri olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsrin müqaviləsi" çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda çıxarılacaq xam neftin dünya bazarına çıxışının təmin edilməsi üçün inşa olunmuş boru nəqliyyat vasitəsi sayılır. Kəmərin uzunluğu 1767 kilo-metrə bərabərdir. Onun 443 km-i Azərbaycan, 248 km-i Gür-cüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Kəmərin is-tismar müddətinin 40 il, orta ötürücülük qabiliyyətinin gün-də 1 milyon barel olması müəyyən edilib.


2011-ci il ərzində Azərbaycan və Avropa İttifaqı arasın-dakı strateji enerji əməkdaşlığı ilə bağlı memorandum təs-diqlənmişdir. Göstərilən memorandum TANAP (Trans-Ana-dolu qaz boru kəməri) və TAP layihələrini reallaşdırmağa tə-kan vermişdir. 2012-ci ilin 26-da iyununda Azərbaycan və Türkiyə Hökumətləri arasındakı imzalanmış Sazişə əsasən Trans-Anadolu təbii qaz boru kəməri sistemi istifadəyə veril-miş və hər iki dövlət tərəfindən həmin Saziş ratifikasiya edil-mişdir. 2013-cü ilin 30 iyununda isə TAP layihəsi üzrə ikitə-rəfli saziş imzalanmışdır.
TAP və Şahdəniz konsorsiumları tərəfindən imzalanmış sazişlə ilk dəfə olaraq Azərbaycanın qazı Avropa bazarına birbaşa çıxışını təmin etdi. Onu da qeyd edək ki, təxmini uzunluğu 870 kilometrə çatan TAP boru kəməri Türkiyənin Yunanıstanla sərhədində yerləşmiş Kipoi məntəqəsində TA-NAP-a birləşəcəkdir. TANAP ancaq Şahdəniz layihəsi kon-tekstində hasil olunan qazı deyil, eyni zamanda AR-nın baş-qa yataqlarından (Ümid, Abşeron, Şəfəq-Asiman və.s) hasil olunan təbii qazı da dünya bazarına çatdırmaq imkanına sa-hib olması ilə vacib siyasi və iqtisadi əhəmiyyət daşıyır.
2013-cü il 29 oktyabrda AR Prezidentini Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli

306


Beynəlxalq nəqliyyat əməliyyatları

ilə bağlı tədbirlər barəsində Sərəncam imzalamışdır. Sərən-camda Azərbaycan qazının dünya bazarına nəql edilməsi ilə bağlı Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək üçün Şahdəniz qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP), Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Adriatik Boru Kə-məri (TAP) proyektlərinin həyata keçirilməsi üzrə görülməli tədbirlər öz əksini tapmışdır. 4 mərhələdə həyata keçiriləcək proyektin birinci mərhələsi 2018-ci ildə bitəcək. İlk mərhələ-də TANAP kəməri ilə nəql ediləcək 16 mlrd. m3 Azərbaycan qazının 10 mlrd. m3 Avropaya, 6 mlrd. m3 isə Türkiyəyə sa-tılacaq.


2020-ci il ərzində kəmərin buraxılış qabiliyyəti il ərzində
16 mlrd., 2023-cü I ərzində 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. m3 çatdırılacaq. TANAP və TAP layihəsi kontekstində Avro-pa üçün nəzərdə tutulmuş qaz Türkiyə-Bolqarıstan yaxud Türkiyə-Yunanıstan sərhəddində təhvil veriləcək. İstehsalçı ölkələrin TANAP layihəsinin ümumi büdcəsi 7 mlrd. təşkil edəcək. Layihənin 80 %-i SOCAR, 15 %- i BOTAŞ, 5%-i isə TPOA konsorsimumuna aiddir. TAP-ın səhmdarları bp (20 %), SOCAR (20 faiz), Snam S.p.A. (20 %), Fluxys (19 %), Ena-gás (16 %) və Axpo (5 %) pay sahibidirlər. TANAP və TAP layihəsi üzrə ölkələr öhdəlikləri vaxtında yerinə yetirsələrsə və Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması gerçəkləşəcəkdir. Layihəyə 45 mil-yard dollar maliyyə vəsaiti yatırılacağı düşünülüb. Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələ-cək dövrlərdə mümkün əlavə qaz həcmlərinin təchiz oluna bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gü-cünün 2 misli qədər artırıla bilər.

307


Elçin Eyvazov, Nərminə Balabəyova

Onu da vurğulayaq ki, Şahdəniz qaz-kondensat yatağı-nın istifadəsinin II mərhələsi və Cənubi Qaz Dəhlizi ilə bağ-lı başqa layihələrlə əlaqədar bir sıra tədbirlər barəsində AR Prezidentinin 2014-cü il 25 fevral Sərəncamının icrasına müvafiq olaraq Şahdəniz qazkondensat yatağının istifadəsi-nin, Cənubi Qafqaz Boru Kəmərinin böyüdülməsi, Trans-Anadolu Boru Kəməri, habelə Trans-Adriatik Boru Kəmə-ri layihələrinin idarə olunmasını təmin etmək üçün AR Döv-lət Neft Şirkəti (ARDNŞ) tərəfindən nizamnamə kapitalı 100 milyonluq ABŞ dolları dəyərində olan və səhmlərinin 51 %-i dövlət mülkiyyətində, 49 %-i Dövlət Neft Şirkətinə mənsub olan Cənubi Qaz Dəhlizi qapalı səhmdar cəmiyyətinin təsis-olunması gerçəkləşmişdir.


AR-nın nəqliyyat sistemi özündə aşağıdakı nəqliyyat növlərini birləşdirir:


  • Dəmir yolu nəqliyyatı




  • Dəniz nəqliyyatı




  • Hava nəqliyyatı




  • Boru kəməri nəqliyyatı




  • Avtomobil nəqliyyatı

12.2. Azərbaycan Respublikasında nəqliyyat xidmətləri üzrə ixrac istiqamətləri, tranzit potensialı, respublika ərazi-sindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin prespek-tivləri, respublikanın nəqliyyat sisteminin inkişaf istiqa-mətləri.


Azərbaycan Respublikasının milli strategiyasının mühüm tərkib hissəsini təşkil edən məhsulların ixracı kimi nəqliyyat xidmətləri ixracının inkişafı da ölkə üçün strateji əhəmiyyətə malikdir.

308


Beynəlxalq nəqliyyat əməliyyatları

Nəqliyyat xidmətlərinin ixracı aşağıdakı istiqamətlər üz-rə inkişafı vacib sayılır:


- yerli ixracat yüklərinin beynəlxalq bazarlara göndəril-məsi yönümündə Azərbaycan Respublikası üzrə nəqliyyat müəssisələrinin rolunu artırmaq;
- idxal yüklərinin gətirilməsi və üçüncü ölkələrin yükləri-nin daşınması üzrə Azərbaycanın nəqliyyat müəssisələrinin payını artırmaq;


  • Azərbaycanın nəqliyyat sisteminin tranzit potensialını inkişaf etdirmək.

Bütün bunlarla yanaşı göstərmək lazımdır ki, beynəlxalq nəqliyyat xidməti bazarında işləyən yerli nəqliyyat müəssi-sələrinə dövlət dəstəyi aşağıdakı başlıca istiqamətlərdə apa-rılır:




  • Azərbaycan Respublikasının yükdaşıyıcılarına arzula-dıqları bazar şəraitinə müvafiq biznes aparmaq üçün, ilk növbədə, operatorlardan vergi tutumlarının dərəcəsini nə-zərdə tutmaqla, iqtisadi şərait yaratmaq;




  • sərhəd və gömrük proseduralarının icra edildiyi zaman-larda yerli beynəlxalq yükdaşıyıcılara digər dövlətlərin yük-daşıyıcıları üçün olan rejimdən o qədər də aşağı olmayan əl-verişli rejim yaratmaq;




  • Azərbaycan Respublikasının daşıyıcıları xaricdə ayrı-seçkilik hallarına məruz qaldıqda, təcili şəkildə cavab tədbir-lərinin görülməsi mexanizmlərini işləyib hazırlamaq;




  • ikitərəfli icazə sistemləri üzrə fəaliyyət göstərən bazarın beynəlxalq daşınmalar bölməsində milli tənzimləmə imkan-larından istifadəni gücləndirmək;




  • beynəlxalq nəqliyyat xidmətləri bazarına girmək üçün müvafiq icazə sistemini tətbiq edən beynəlxalq təşkilatlarda fəaliyyəti gücləndirmək;

309


Elçin Eyvazov, Nərminə Balabəyova

- yerli malgöndərənlərin «CİF» şərtlərinə uyğun müqavi-lə bağlamalarını motivasiya etmək və yaxud ixracat yükləri-nin yerli nəqliyyat müəssisələri tərəfindən daşınmasını nə-zərdə tutan digər tədbirlər işləyib hazırlamaq və həyata ke-çirmək.


Azərbaycanın tranzit potensialından istifadə olunması nəinki nəqliyyat sisteminin inkişafının başlıca prioritetlərin-dəndir, eləcə də iqtisadi artım strategiyasının ayrılmaz hissə-si kimi çıxış edir. Azərbaycan Respublikasının nəqliyyat po-tensialından istifadə səviyyəsini artırmaq üçün aşağıdakılar lazımdır:
- Respublikanın beynəlxalq miqyaslı tranzit layihələri üz-rə fəal dövlət dəstəyi, respublikadan ötrü sərfəli beynəlxalq-alyansları yaratmaq, alternativ beynəlxalq layihələr üzrə əks təsir göstərməklə milli maraqları qorumaq;
- Tranzitin inkişafı nəzərə alınmaqla, nəqliyyat infrast-rukturunun müasirləşdirilməsini planlaşdırmaq;
- tranzit daşımaların inkişafına istiqamətlənmiş investisi-ya layihələrini dəstəkləmək;
- nəqliyyat-gömrük texnologiyaları, informasiya sistemlə-ri, tranzit yüklərin çatdırılması və onların sərhəddə yoxlanıl-ması üzrə sürətləndirən tranzit daşımalarının bütün növ inf-rastrukturun gələcək inkişafını təmin etmək;





  • Azərbaycanın iştrakı ilə başlıca Beynəlxalq Tranzit Dəh-lizlərinin əlavə olunması, tranzit dəhlizlərinin yaradılması, eləcə də inkişafı layihələri işləyib hazırlamaq.

Azərbaycan Respublikası ərazisindən keçən bütün bey-nəlxalq nəqliyyat dəhlizləri bir qayda olaraq nəqliyyat siste-


310


Beynəlxalq nəqliyyat əməliyyatları

minin inkişafının başlıca prioritetlərindən biri olmaqla bəra-bər, ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlik müstə-qil sahəyə çevrilməlidir.


Azərbaycan Respublikası ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizinin formalaşması və inkişafında əsas vəzifə-lərə aşağıdakılar daxildir:
- yüklərin və sərnişinlərin ölkə daxilində maneəsiz hərə-kətinin təmin olunması məqsədilə Avropa-Asiya nəqliyyat sistemlərini inteqrasiya etmək üçün nəqliyyat infrastrukturu-nu razılaşdırılmış qaydada inkişaf etdirmək;


  • nəqliyyat proseslərini optimallaşdırmaq;




  • daxili daşımalar zamanı milli nəqliyyat şəbəkəsinin yüklənmə səviyyəsinin artırılması və mövcud resurslardan daha effektiv istifadə olunması hesabına yük və sərnişin da-şınmaları tariflərinin aşağı salınması üçün şərait yaratmaq;




  • intermodal nəqliyyat xəttində müxtəlif nəqliyyat növləri arasında qarşılıqlı əlaqəni səmərələşdirmək;




  • beynəlxalq nəqliyyat dəhlizləri təyinatlı investisiya layi-hələrinə investorların cəlb olunması üçün münbit şərait ya-ratmaq;




  • beynəlxalq turizmin inkişafına yardım etmək. Respublikanın nəqliyyat sisteminin inkişaf istiqamətləri.

Respublikada Qanunvericilik bazasının yaradılması və aşağı-da qeyd olunanları həyata keçirmək yolu ilə dövlət nəqliyyat sisteminin inkişafını təmin etmək olar:


- dövlət üçün strateji əhəmiyyətə malik nəqliyyat dəhliz-ləri infrastrukturunun inkişafı layihələrində tətbiq olunan vergi yükünü azaltmaq;


  • beynəlxalq nəqliyyat dəhlizləri infrastrukturunu inkişaf etdirmək və yenidən qurmaq məqsədilə beynəlxalq qurum-ların maliyyə dəstəyindən yararlanmaq;

311


Elçin Eyvazov, Nərminə Balabəyova





  • şəxsi investorların iştirakını təmin etməklə nəqliyyat infrastrukturu obyektləri üçün müasir konsessiya formaları tətbiq etmək;




  • azad iqtisadi zonalar yaratmaq və inkişaf etdirmək;




  • nəqliyyat logistik idarəetmə mərkəzi yaratmaq;




  • tranzit daşımaları sahəsində, ərazilərində nəqliyyat dəhlizləri yerləşən dövlətlərlə beynəlxalq əməkdaşlığı inki-şaf etdirmək;




  • ölkə ərazisindən keçən nəqliyyat dəhlizləri ilə birləşən yerli əhəmiyyətli yolları, habelə yol infrastrukturlarını yeni-dən qurmaq və inkişaf etdirmək.

12.3. Azərbaycanın BMT-nin Avropa Komissiyası çərçi-vəsində qoşulduğu sazişlər və konvensiyalar:



  1. Beynəlxalq avtomomagistrallar barədə Avropa Sazişi (15.11.1975-il)




  1. Yol hərəkəti barədə Konvensiya (08.11.1968-ci il)




  1. Yol nişanları və siqnalları barədə Konvensiyanı ta-mamlayan Avropa Sazişi (01.05.1971-ci il)




  1. Yol nişanları və siqnalları barədə Konvensiya (08.11.1968-ci il)




  1. “Yol nişanları və siqnalları barədə” 1968-ci ilin Kon-vensiyasını tamamlayan Avropa Sazişi üzrə “Yolların nişan-lanması haqqında” Protokolu (01.01.1973-cü il).




  1. Təkərli nəqliyyat vasitələri, habelə təkərli nəqliyyat va-sitələrində quraşdırılmış və ya istifadə olunmuş avadanlıq və hissələr üzrə vahid texniki qaydaların, bu qaydalara əsa-sən verilən razılıqların qarşılıqlı şəkildə tanıtma şərtlərinin qəbul edilməsi barədə Saziş (20.03.1958-ci il)




  1. Təkərli nəqliyyat vasitələri, habelə təkərli nəqliyyat va-sitələrində quraşdırılmış və ya istifadə olunmuş avadanlıq

312


Beynəlxalq nəqliyyat əməliyyatları

və hissələr üzrə vahid texniki qaydaların təyin edilməsi barə-də Saziş (25.06.1998-ci il)




  1. Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəq-liyyat vasitələri heyətinin işi üzrə Avropa Sazişi (01.07.1970-ci il)




  1. Beynəlxalq yük daşınması müqaviləsi barədə Konven-siya (19.05.1956-cı il).




  1. Beynəlxalq Yük Daşınması üzrə Kitabça tətbiq olun-maqla beynalxalq yük daşınmaları barədə Gömrük Konven-siyası (14.11.1975-ci il)




  1. Yol nəqliyyat vasitələri üzrə ticarət və kommersiya məqsədli müvəqqəti idxal barədə Gömrük Konvensiyası (18.05.1956-cı il)




  1. Konteynerlər barədə Gömrük Konvensiyası (02.12.1972-ci il)




  1. Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərini ra-zılaşdırmaq barədə Beynəlxalq Konvensiya (21.10.1982-ci il)

  2. Təhlükəli yüklərin quru yollarla beynəlxalq daşımalar barədə Avropa Sazişi (30.09.1957-ci il)




  1. Tezkorlanan qida məhsulları üzrə beynəlxalq daşıma və bu daşımalar üçün istifadə edilən xüsusi nəqliyyat vasitə-ləri barədə Avropa Sazişi (01.09.1970-ci il).

12.4. BMT-nin tranzit nəqliyyatı sahəsində Azərbayca-nın qoşulması nəzərdə tutulan beynəlxalq Konvensiyalar və Sazişlər




  1. Əsas beynəlxalq magistral dəmir yolları xətləri barədə Avropa Sazişi (31.05.1985-ci il)




  1. Beynəlxalq kombinə olunmuş mühüm xətləri və uyğun obyektlər barədə Avropa Sazişi (01.02.1991-ci il)

313


Elçin Eyvazov, Nərminə Balabəyova





  1. Təkərli nəqliyyat vasitələri üzrə vaxtaşırı texniki baxış-ların vahid şərtlərinin qəbul olunması və bu baxışların qarşı-lıqlı tanıdılması haqqında Saziş (13.11.1997-ci il)




  1. Beynəlxalq yüklərin daşınması müqaviləsi barədə Kon-vensiya üzrə Protokol (05.07.1978-ci il)




  1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşınma mü-qaviləsi barədə Konvensiyaya (YADK) elektron qaiməylə bağlı Əlavə Protokol (20.02.2008- il)




  1. Turistlər üçün gömrük imtiyazları barədə Nyu-Yorkda bağlanmış Konvensiya (04.06.1954-cü il)




  1. Şəxsi yol nəqliyyatı vasitələri üzrə müvəqqəti idxal ba-rədə Nyu-Yorkda bağlanmış Gömrük Konvensiyası (04.06.1954-cü il)




  1. Dəmir yolu ilə daşınan sərnişinlərin və baqajın ölkə sərhədlərindən keçirilməsi şərtlərinin asanlaşdırılması barə-də Beynəlxalq Konvensiya (10.01.1952-ci il)




  1. Dəmir yolu ilə daşınan yükləri dövlət sərhədlərindən keçirmək şərtlərinin asanlaşdırılması barədə Beynəlxalq Konvensiya (10.01.1952-ci il).

12.5. MDB çərçivəsində Azərbaycanın qoşulduğu saziş-lər və konvensiyalar:



  1. MDB üzrə iştirakçı-dövlətlərin, Azərbaycan, Gürcüs-tan, Latviya, Litva, Estoniya Respublikalarının mülkiyyəti olan yük vaqonlarının və konteynerlərin birgə istifadəsi ba-rədə Saziş (12.03.1993-cü ildə imzalanıb).




  1. Təhlükəli və boşalma yüklərinin ölkələrarası daşımala-rı barədə Saziş (23.12.1993-cü ildə imzalanıb).




  1. Mülki aviasiya hava gəmiləri uçuşları üzrə axtarış-xila-setmə təminatının təşkili, habelə keçirilməsi üzrə əməkdaşlıq barədə Saziş (09.12.1994-cü ildə imzalanıb).

314


Beynəlxalq nəqliyyat əməliyyatları



  1. Mülki aviasiya üzrə Beynəlxalq Konvensiyanın 83-cı maddəsinin müddəalarının əməli istifadəsi barədə Saziş (09.12.1994-cü ildə imzalanıb).




  1. Sıxılmış təbii qazdan avtonəqliyyat vasitələrində mü-hərrik yanacağı kimi istifadə olunması sahəsində əməkdaşlıq barədə Saziş (24.11.1995-cü ildə ratifikasiya olunub).




  1. Mülki aviasiyanın qanundankənar müdaxilə aktların-dan müdafiəsinin təmin olunması üzrə əməkdaşlıq barədə Saziş (24.11.1995-ci ildə ratifikasiya olunub).




  1. MDB üzrə iştirakçı-dövlətlərin mülki aviasiyasının müasirləşdirilməsi barədə Saziş (03.11.1995-ci ildə imzala-nıb).




  1. Boru kəmərləri magistralları vasitəsilə neft və neft məhsullarının tranziti üzrə razılaşdırılmış siyasətin aparıl-ması barədə Saziş (12.04.1996-cı il) (27.12.1996-cı ildə ratifika-siya olunub).




  1. MDB üzrə iştirakçı-dövlətlərin mülki aviasiya texnika-sının istismarı, habelə təmirinin təmin olunması üzrə trans-milli maliyyə-sənaye qrupunu yaratmaq haqqında Saziş (10.04.1998-ci ildə ratifikasiya olunub).




  1. Nəqliyyat tariflərinin təyin edilməsi sahəsində razılaş-dırılmış nəqliyyat siyasətinin aparılması haqqında Saziş (17.01.1997-ci ildə imzalanıb).




  1. Sərnişinlər və baqajın beynəlxalq avtomobil daşınma-ları haqqında Konvensiya (24.04.1998-ci ildə ratifikasiya olu-nub).




  1. Ümumi nəqliyyat məkanının formalaşdırılması və MDB iştirakçısı olan ölkələrin nəqliyyat siyasəti sahəsində qarşılıqlı fəaliyyət prinsipləri barədə Saziş (17.04.1998-ci ildə ratifikasiya olunub).

315


Elçin Eyvazov, Nərminə Balabəyova





  1. MDB iştirakçısı olan ölkələrin avtomobil yollarında dövlətlərarası daşımaları yerinə yetirən nəqliyyat vasitələri-nin kütləsi və ölçüləri barədə Saziş (21.05.2004-cü ildə ratifi-kasiya olunub).




  1. MDB üzrə iştirakçı-dövlətlərin ərazisindən tranzit qaydaları barədə Saziş (24.03.2000-ci ildə ratifikasiya olu-nub).




  1. MDB iştirakçısı olan ölkələrin dəmir yolu nəqliyyatın-da vergiqoyma mexanizmini yaxınlaşdırmaq sahəsində qar-şılıqlı fəaliyyəti barədə Saziş (02.04.2002-ci ildə ratifikasiya olunub).




  1. MDB üzrə iştirakçı-dövlətlərin beynəlxalq avtomobil yük daşınmaları sahəsində qarşılıqlı əlaqəsi barədə Saziş (18.09.2003-cü ildə imzalanıb).




  1. Beynəlxalq nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın əsas prinsipləri barədə Memorandum (18.09.2003-cü ildə im-zalanıb).




  1. MDB üzrə iştirakçı-dövlətlərin nəqliyyatda təhlükə-sizliyin təmin olunması məsələləri barədə Deklarasiya (18.09.2003-cü ildə imzalanıb:).

12.6. Müxtəlif Beynəlxalq Təşkilatlar çərçivəsində Azər-baycanın qoşulduğu sazişlər və konvensiyalar:

EKMT sahəsində (Avropa Nəqliyyatı Nazirlər Konfransı):


  1. Avropa Nəqliyyatı Nazirlər Konfransı barədə Protokol (17.10.1953-cü il) (27.11.1998-ci ildə ratifikasiya olunub).

ECO sahəsində ( İqtisadi Əməkdaşlıq Təşkilatı sahəsində):




  1. İqtisadi Əməkdaşlıq Təşkilatı üzrə tranzit daşımalar barədə Çərçivə Sazişi (9 may,1998- ci il) (04.12.1998-ci ildə ra-tifikasiya olunub).

316


Beynəlxalq nəqliyyat əməliyyatları

OBSEP sahəsində ( Qara Dəniz İqtisadi Əməkdaşlıq Təş-kilatı sahəsində):




  1. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzrə regional malların yol daşınmasını asanlaşdırmaq barədə Anlaşma Memorandumu (06.03.2002-ci il) (13.05.2003-cü ildə ratifika-siya olunub).

ESCAP sahəsində (Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiya):



  1. Asiya Şosse Yolları Şəbəkəsi üzrə Hökumətlərarası Sa-ziş (28.04.2004-cü il) (05.04.2005-ci ildə ratifikasiya olunub).

GUAM sahəsində (Gürcüstan-Ukrayina-Azərbaycan-Moldova):



  1. Yüklə 1,83 Mb.

    Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin