Qum – yağtutucunun həndəsi ölçülərinin təyini.
Qum-yağtutucu özü-özlüyündə uzun, düzbucaqlı en kəsiyə malik tutumdan (həcmdən) ibarətdir. Bu tutumun eni – B, axın hissəsinin dərinliyi – h və axın hissəsinin uzunluğu – L götürülür (Şək.2.4).
Şək.2.4. Qumtutucunun sxemi.
Çirkab suyu novdan keçərək qum-yağtutucuya daxil olaraq batırıcı lövhənin altından keçərək - sürəti ilə yağtutucu ağızlığa (çuxura) doğru hərəkət edir. Çirkab suyunun novdan keçərək yağtutucu ağızlığa doğru hərəkəti zamanı yağ hissəcikləri səthə çıxır, mineral mənşəli bərk hissəciklər (qum, şlak və s.) isə xüsusi çalacıqlarda çökür. Çirkab suyunun üfiqi hərəkət sürəti yağ hissəciklərinin suyun səthinə çıxma sürətinə bərabər götürülür. Üzə çıxmış yağ hissəcikləri ağızlıqdan keçərək boru vasitəsilə yağtoplayıcı quyuya ötürülür.
Dostları ilə paylaş: |