Çirkab suyunun maksimal saatlıq sərfiyyatı aşağıdakı kimi təyin edilir:
, m3/saat. (2.13)
burada: - çirkab suyunun maksimal saatlıq sərfiyyatı, m3/saat-la;
m – məhsul vahidinin istehsalı zamanı ayrılan su norması, m3-la;
M – müəssisənin növbəlik istehsal gücü, t-la;
KS – su ayrılmasının saatlıq qeyri-bərabərlik əmsalı (K = 2,5 qəbul olunur);
t – növbə ərzində saatların sayıdır ( t = 7...8 saat).
Barmaqlığın hesabatı:
Barmaqlığın hesabatı zamanı onun ölçüləri (aralıqların sayı, eni) və çirkab suyu barmaqlıqdan keçərkən yaranan təzyiq itkiləri müəyyənləşdirilir. Daha sonra isə kataloqdan uyğun barmaqlıq seçilir. Hesabat aşağıdakı ardıcıllıqla aparılır:
1. Aralıqların sayı tıyin edilir:
. (2.14)
burada: Q – çirkab suyunun sərfiyyatı, m3/san-lə;
b – aralığın uzunluğu, m-lə (5 mm-dən 25 mm-ə dək);
h – axının dərinliyi, m-lə;
- çirkab suyunun barmaqlığın aralığındakı hərəkət sürəti, m/san-lə (0,8...1 m/san. Qəbul olunur).
Dostları ilə paylaş: |