bütün sahələrdə dildən istifadəyə xüsusi diqqətlə yanaşma tələbini də ortaya atır. Əgər sovet
dövründə rus dilində işlənən yeni bir sözün, yeni bir terminin Azərbaycan dilində verilməsi
üzərində
çox düşünülmürdüsə, müasir dövrdə dilə gətirilən hər söz, terminlə bağlı, əsaslı
şəkildə fikirləşmək vacibdir. Çünki dövlət dili statusu almış Azərbaycan dilinin işlənməsi,
qorunması və inkişafı sahəsində indi dövlətin üzərinə düşən öhdəliklər də vardır. Dövlət dili
haqqında qanunun pozulmasına görə qanunvericilik məsuliyyət nəzərdə tutur. Lakin bu
məsuliyyət daha çox dilin bütün sahələrdə işlədilməsini əhatə edə bilir.
Müəyyən söz və
terminin istifadəsində sərbəstlik qalmaqdadır. Əlbəttə, dilin inkişafını icbari qaydalarla
tənzimləmək mümkün deyildir. Dil özü-özünü təmizləmək, saflaşdırmaq qabiliyyətinə
malikdir. Fərdi nitq səviyyəsində dilə təsir etmək olmur. Dilin tarixən təşəkkül tapıb inkişaf
edən normalar sistemi vardır. Məhz bu normalar sisteminin qorunması
mühüm əhəmiyyətə
malikdir. «Müasir dövrdə Azərbaycanın müstəqilliyi Azərbaycan dilində norma sabitliyi
yaradılması üçün çox mühüm və əlverişli, münbit bir zəmin yaratmışdır …yazılı nitqdə bütün
normalar dilin öz daxili imkanları üzrə təkmilləşir və sabitləşir. Müstəqillik, azadlıq və
sərbəstlik şəraitində Azərbaycan dilinin informasiya imkanları genişlənir.»(11, 5).
Dövlət suverenliyinin bərpa olunması Azərbaycan dilinin inkişaf və yayılmasında yeni
dövrün əsasını qoydu. Bu dövr Azərbaycan dilinin dövlət dili statusu almasını bir daha rəsmən
təsdiq etməklə yanaşı, onun dövlət dili kimi tətbiqini də reallaşdırdı.
Dövlət dili statusu Azərbaycan dilinin ölkə həyatının bütün sahələrində işlənməsini, ədəbi
dilin kamil norma sisteminin yaradılması tələbini ortaya atdı, dilin işlənməsi və qorunması
üçün yeni əsaslar yaratdı, dilin normalarına riayət etməyi qanuniləşdirdi. Müstəqillik
Azərbaycan dilinin beynəlxalq miqyasda yayılmasının təməlini qoydu. Azərbaycan dili başqa
dövlətlərdə öyrənilmə obyektinə çevrildi.
Şübhəsiz ki, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi onun
işlənmə sahələrini təyin
etməyi, bu dildən istifadə olunmanın üsullarını, yollarını, habelə normalarını
müəyyənləşdirməyi, eləcə də bu dildən istifadəyə nəzarət mexanizmini qurmağı, habelə dilin
gələcək inkişaf perspektivlərini aydınlaşdırmağı tələb edir.
Azərbaycan dili rəsmi mərasimlərdə, təhsil, xidmət sahələrində, reklam və elanlarda,
hüquq-mühafizə orqanlarında, silahlı qüvvələrdə, notariat fəaliyyətində, məhkəmə icraatında,
inzibati
xətalar üzrə icraatda, beynəlxalq yazışmalarda işlənməlidir. Bu dil ölkədə elmi, bədii,
populyar əsərlərin yazılması, eləcə də radio və televiziya verilişlərinin aparılması üçün əsas
dildir.
Dilin tətbiqinin kifayət qədər yüksək səviyyədə təşkili bu dildən istifadə qaydalarının
yaradılması, dilin normalarının yenidən işlənib nizama salınmasını tələb edir. Bütün bu
məsələlər həm də tətbiqi dilçiliklə bağlıdır. Azərbaycanda dilçilik elmi böyük inkişaf yolu
keçmişdir. Bununla yanaşı qeyd etmək lazımdır ki, dilimizin tətbiqi ilə bağlı məsələlərin elmi
cəhətdən kompleks şəkildə öyrənilməsi üzrə az iş görülmüşdür. Əlbəttə, bəzi sahələrlə bağlı
dilçi alimlərimizin apardıqları tədqiqat işləri,
ölkədə nitq mədəniyyətinə, terminologiyaya,
onomastikaya aid elmi konfranslar, radio-televiziya dili, reklamların dili, Azərbaycan dilinin
üslubları, Azərbaycan dilində norma kimi problemlərə həsr olunmuş dissertasiya və
monoqrafiyalar da dilin tətbiqi ilə birbaşa əlaqədardır. Hazırda Azərbaycan dilinin tətbiqinin
yaxşılaşdırılması yuxarıda qeyd olunmuş bütün məsələləri ümumiləşdirməklə həm tədqiqat
aparılmasını, həm də bu problemlə bağlı vahid sistemin yaradılmasını tələb edir.
Burada
Azərbaycan dilinin, eləcə də onun yazısının, əlifbasının təşəkkülü, formalaşması, inkişafı,
Azərbaycan dilinin dövlət dili kimi istifadə olunması tarixi haqqında əsas məlumatları, dilin
tətbiq sahələri və bu sahələrdə Azərbaycan dilindən istifadə təcrübəsini, dilin tətbiqinin qayda
və normalarını əhatə edən məsələlər nəzərdə tutulur.
Qeyd olunduğu kimi, Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni
həyatının bütün sahələrində işlədilir. Bu sahələrdən hər birinin öz xüsusiyyətləri vardır.
Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət
qurumlarında Azərbaycan dilindən istifadə olunmasının zəruriliyi bu təşkilatlarda hazırlanan
bütün sənəd formalarının Azərbaycan dilində tərtib və yazılış qaydalarını müəyyənləşdirməyi
tələb edir. Deməli, dövlətlərarası müqavilə, saziş,
memorandum, razılaşma və bəyanatların
ümumi forması və onların dili elmi səviyyədə işlənib hazırlanmalıdır. Dövlət səviyyəsində
hazırlanan sənədlər sırasında nota və müraciətlər də özünəməxsus yer tutur.
Siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar
təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə
dövlət dilinin tətbiqi bu qurumlarda hazırlanan sənədlərin, habelə Azərbaycan dili ilə bağlı
istifadə olunan vəsaitlərin tam toplusu da Azərbaycan dilinin aktual problemlərindəndir.
Hər bir dövlətdə
Dostları ilə paylaş: