AZƏRBAYCAN DİLİNİN TƏTBİQ SAHƏLƏRİ
1991-ci ilin 18 oktyabrında qəbul olunmuş «Azərbaycan Respublikasının
Dövlət
Müstəqilliyi haqqında» Konstitusiya Aktı ilə Azərbaycanın suverenliyi bərpa olunmuşdur. Bu
dövrə qədər SSRİ-nin tərkibində olmuş Azərbaycan Respublikasında bu dövlətdə yaşayanların
ana dilinin ictimai-siyasi həyatın bütün sferalarında tətbiq etmək imkanı yox idi. Ölkə
ərazisində Azərbaycan dili işlənsə də, onun işgüzar üslubunun formalaşması müəyyən
çətinliklərlə üzləşirdi. İdarə və təşkilatlarda sənədləşmələr rus dilində aparılırdı. Azərbaycan
beynəlxalq hüququn subyekti olmadığından dövlətlərarası münasibətlərdə iştirak etmirdi və
dilin beynəlxalq miqyasda tətbiqinə ehtiyac qalmırdı.
Xalqımızın ümummilli
lideri Heydər Əliyev yeni ilin, yeni əsrin və yeni minilliyin
astanasında Azərbaycan xalqına müraciətində demişdir: «Hər bir xalqın özünəməxsusluğunu
müəyyən edən başlıca ünsürlərdən biri onun dilidir. XX əsrdə xalqımızın bu sahədə əldə etdiyi
uğurları yüksək təqdirəlayiqdir. Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət
dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini
zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini
tutmuşdur. Heç şübhəsiz, Azərbaycan
mədəniyyəti inkişaf etdikcə, Azərbaycan dövləti
təkmilləşib möhkəmləndikcə Azərbaycan dili daha da zənginləşəcək, daha müasir, daha qlobal,
daha analitik düşüncənin dilinə çevriləcəkdir».
5
SSRİ-nin dağılması bu dövlətin tərkibinə daxil olan müttəfiq respublikaların milli
dövlətlərini yaratması ilə nəticələndi. Bu prosesdə Azərbaycan da bir zamanlar əlindən alınmış
müstəqilliyini özünə qaytara bildi.
Yeni yaranmış suveren Azərbaycanın beynəlxalq əlaqələrinin nizama salınması,
iqtisadiyyatın yenidən qurulması böyük səy və əməyin bahasına başa gəlmişdir. Ölkənin işğala
məruz qalması, ərazilərinin zəbt olunması, müharibə istiqlaliyyətin qazanılmasının ilk
dövrlərində Azərbaycan dili ilə bağlı işlərin arxa plana keçməsi ilə nəticələnmişdi. Belə bir
şəraitdə elmi-mədəni sahədə islahatlar və inkişaf şübhəsiz ki, ləng gedirdi. Bu,
dilin
təkamülündə, real dəyişikliklərin dildə təzahüründə də özünü göstərirdi. Azərbaycanda latın
əsaslı yeni əlifbaya keçidlə yeni əlifbanın tətbiqi arasında zaman fərqi yaranmış, yeni əlifbaya
keçidi təmin edəcək hazırlıq işlərinin yerinə yetirilməsində çətinliklər meydana çıxmışdı.
Müstəqilliyin qazanılması ilə ölkənin iqtisadi, siyasi, sosial həyatında əhəmiyyətli
dəyişmələr baş verdi. Bu prosesdə keçmiş əlaqələrin qırılması, yeni əlaqələrin formalaşması da
özünü bariz şəkildə göstərirdi.
Müəyyən dil kollektivinin iqtisadi-siyasi həyatında baş verən dəyişmələr bu kollektivin
dilinə bilavasitə təsir edir, dildə müxtəlif şəkil və formalarda təzahürünü tapır.
Hər bir ictimai birlik üçün daxili əlaqələr kompleksi ilə yanaşı,
xarci əlaqələr kompleksi
də səciyyəvidir. Bütün əlaqələrin gerçəkləşməsində dil özünəməxsus rol oynayır. Siyasi,
iqtisadi vəziyyətdə baş verən dəyişmələr dil əlaqələrinə birbaşa təsir göstərir, onun istiqamət
və formalarını təyin edir. Dilin cəmiyyətdəki rolu, dildə baş verən dəyişmələr dövlətçiliklə sıx
əlaqəlidir. «Dövlətçilik, həmçinin dilin dayağıdır, hərəkətverici qüvvəsidir və cəmiyyətdəki
nüfuzunun təminatçısıdır. Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə
dövlətçiliklə bağlı olduğu üçün dil dövlətçiliyin ən aparıcı atributlarından biri hesab olunur.
Dövlətçilik zəminində dilin cəmiyyətdəki rolu artır, informasiya imkanları genişlənir»(10,3).
Müstəqil Azərbaycan Respublikasının yeni
Dostları ilə paylaş: