Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


yazılı ədəbi dil ümumxalq dili əsasında formalaşmış şifahi ədəbi dilin yazıda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   178
I CİLD (2)

yazılı ədəbi dil ümumxalq dili əsasında formalaşmış şifahi ədəbi dilin yazıda 
sabitləşməsi
deməkdir. Dilimizdə bu cür sabitləşmə IX-XII əsrlərdə artıq mövcud idi.
Azərbaycan yazılı ədəbi dilinin nüfuz dairəsi.
IX-XIII əsrlər, bu dövrdə Azərbaycan 
yazılı ədəbi dilinin tam halda təşəkkül taparaq sürətlə ətrafa nüfuz etməsi də bu faktı sübut edir: 
Həsənoğlunun şeirinə nəzirə yazılırdı, onun təsiri bütün Azərbaycan, Anadolu və Misirə qədər 
yayılmışdı. Eləcə də Suli Fəqihin “Yusif və Züleyxa”, İsanın “Mehri və Vəfa” məsnəviləri, 
“ Dastani-Əhməd Hərami” poeması, “Qara məcmuə”, Əlinin “Qisseyi-Yusif” yazılı ədəbi 
dilimizin ilk nümunələri deyil, neçə əsr əvvəldən başlamış bir ədəbi dilin nümunələridir. Bu 
dövrdə (IX-XII əsrlər) hətta Dərbənd, Tehran, Bağdad və Şərqi-Anadolu dairəsində 
ümumiləşmiş halda işlədilən dil, demək olar ki, vahid türk-Azərbaycan dili idi (14, 73). Bu dil 
uzun müddət türkmənlər arasında da ədəbi dil kimi işlədilmiş dildir.
M.Kaşğari “Divan”ında göstərir ki, Ön Asiya türklərinin öz dillərində zəngin poeziyası 
mövcuddur, həm də bu poeziya yalnız xalq yaradıcılığı ilə məhdudlaşmır, onların “süni” 
ədəbiyyatı da var. T.Hacıyev bu məsələni şərh edərkən deyir, o dövrdə hələ Anadoluda türk 
dili fəaliyyət göstərmədiyi üçün burada Azərbaycan ərazisindəki dil nəzərdə tutulurdu. “Süni” 
ədəbiyyat anlayışında yazılı ədəbiyyatı qavramalıyıq.
Azərbaycan dilinin tarixinin ən fədakar tədqiqatçılarından olan Ə.Dəmirçizadə və 
Q.Kazımov bu məsələni xüsusi vurğulamışlar. Azərbaycan ədəbi dili XIII əsrin sonlarında və 
XIV əsrdə Şərqi Anadoluda yetişən bir çox şairlərin şeir dili kimi işlənilmiş və bu dildə yazılan 
şeirlər osmanlı türk yazı ədəbi dili üçün, demək olar ki, ilkin örnək olmuşdur. Elə buna görə 
türk filoloqları bu həqiqəti başqa bir istiqamətdə olsa da, əsasən Səlcuq-Osmanlı ləhcəsinin 
əski və ibtidai şəkildə Azərbaycan ləhcəsi arasında heç bir fərq yoxdu (Körpülüzadə); o 
zamanın Azərbaycan ədəbi dili ilə Anadolu ədəbi dili arasında heç bir fərq yoxdu (İ.Hikmət) –
deyərək, təsdiq etmişlər. Avropa türkoloqlarından bəzisi isə XIII-XIV əsrlər arasında 
Anadoluda yaşayıb-yaratmış şairlərin əsərlərinin dilindən danışarkən osmanlıcadan fərqli bir 
dil olduğunu göstərərək, bu dili Səlcuq türkcəsi adlandırmışlar. Diqqətlə yoxladıqda aydın olur 
ki, həmin dil o zaman Anadoluda işlədilən və türk adı ilə tanınan Azərbaycan dilidir (14, 89).
Azərbaycan dilçilərinin bir çoxu yəqin elə bu türk mənbələrinə əsaslanaraq XVI əsrə 
qədər Azərbaycan dili ilə türk dili əsasında elə ciddi fərq olmadığını söyləyirdilər. Q.Kazımov 
isə məsələni belə izah edir: “Anadoluda türk dilinin təşəkkülü ilə Azərbaycanda türk dilinin 
təşəkkül spesifikası ciddi şəkildə fərqlənir. Azərbaycan başdan-başa türk ölkəsi idi. 
Azərbaycandan miqrasiyalar da olmuşdur, lakin heç vaxt Azərbaycan əhalisi içərisində türk 
olmayanlar üstünlük təşkil edə bilməmişdir. Anadoluda isə vəziyyət başqa cür idi. Çox qədim 
dövrlərdə Anadolu da türk yurdu olmuşdur. Lakin sonralar bu ərazilərdə hind-avropalılar 
üstünlük təşkil etmişdir. XI əsrdən Səlcuqların gəlişi ilə vəziyyət tədricən dəyişmiş, Anadolu 
yenidən türk yurduna çevrilmişdir. Bu cəhəti bir çoxları nəzərə almadığı üçün türk və 
Azərbaycan dillərini mövcud ərazilərdə paralel inkişaf edən dillər kimi düşünürlər. Bu cür 
düşüncə tam yanlışdır. Səlcuq oğuzları gələndə artıq ədəbiləşmiş Azərbaycan dilinin min ilə 
yaxın tarixi vardı və XIV əsrin sonlarına qədər Azərbaycan dili ətraf xalqlara, o cümlədən 
Səlcuqlara da xidmət etmişdir (18,7). Yəqin elə bunu nəzərə alaraq Q.Qeybullayev Türkiyədə 
və Azərbaycanda etnik proseslərin fərqli cəhətləri olduğunu söyləmişdir: “Türkiyə ərazisində 
həqiqətən tam türkləşmə prosesi getmişdir və bu proses həm də xristian dininin islamla əvəz 
olunması prosesi ilə yanaşı getmişdir. Azərbaycanlıların etnogenizində türkləşdirmə 
(assimilyasiya) etnik prosesin xarakterik xüsusiyyəti olmamışdır, çünki, burada türk etnosları 
əvvəldən aparıcı rol oynayırdı” (20, 209). 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin