Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   178
I CİLD (2)

Milli dil
xalqın millət kimi formalaşması prosesində ümumxalq dili əsasında yaranmış 
dildir. Bu prosesin intensivliyi müxtəlif xalqların millət kimi formalaşması prosesinin 
sürətindən və xüsusi şəraitdən
asılıdır. 
Məlumdur ki, “millət və milli dil birliyi üçün müxtəlif ictimai qrup və siniflərdən olan 
əhalinin birgə fəaliyyəti, bunun müvafiq formalarda məqsədəuyğun təşkili vacibdir” (13, 71). 
Azərbaycan milli ədəbi dilinin təşəkkülü barədə M.Cahangirov araşdırmalar 
nəticəsində belə qənaətə gəlir ki, “dildaxili proseslər baxımından Azərbaycan ədəbi dili XVIII 
əsrdə nisbətən yetkinləşərək milli dil zəminəsinə gəlib çıxmış, lakin o, müasir dilçilik 
anlayışına görə, sözün geniş mənasında hələ milli dil tələbləri səviyyəsinə yüksələ-zəruri 
keyfiyyətlərin heç də hamısına malik ola bilməmişdir.”(13, 62) 
Azərbaycan ədəbi dilinin şifahi və yazılı növləri, zənginləşmə, dəqiqləşmə mənbələri 
bir-birinə qarşılıqlı təsir göstərmişlər. Bu da Azərbaycan ədəbi dilinin vahid milli dil halında 
formalaşmasının və ümumi normaların sabitləşərək qanuniləşməsinin zəminini yaratmışdır.
Ümumxalq dili kimi formalaşma dövründən başlayaraq həm danışıq dili, həm də ədəbi 
dil kimi xalqa xidmət edən 
Azərbaycan dili inkişaf edərək XIX əsrdən tamamilə milli dilə 
çevrilmiş
və Azərbaycan milli mədəniyyətinin forması halında xeyli təkmilləşmişdir.
 
Ümumxalq dili və milli dil 
Öz lüğət tərkibinin, fonetik sisteminin və qrammatik quruluşunun əsasına görə 
ümumxalq dili ilə milli dil arasında ciddi fərq yoxdur.
 
Bununla belə milli dil öz nüfuz dairəsinə görə, xidmətinə görə, daha ümumi olmasına 
və b.k. bir sıra başqa xüsusiyyətlərinə görə ümumxalq dilindən xeyli fərqlənir.
1.Milli dil mövcüd şivələrdən birinin və ya bir neçəsinin əsasında, yaxud da təmərküzü 
əsasında formalaşır. Bu dövrdə şivələr nəinki yenidən törəyir, hətta getdikcə məhdudlaşır və 
məhv olur.
2.Ümumxalq dili formalaşıb inkişaf etdiyi dövrdə isə dilin dialekt və şivələri törəyir, 
hətta inkişaf edir;
3.Ümumxalq dili əsasında formalaşan ədəbi dil dəyişkən olur və tam sabitləşə bilmir. 
Milli dil əsasında formalaşan ədəbi dil isə xüsusən mətbuatda ümumiləşir, sabitləşir və dövlət 
idarələrində rəsmiləşir.
4.Ümumxalq dili nisbi ümumi, milli dil isə mütləq ümumi dildir.
Ümumiyyətlə, konkret mənada Azərbaycan dili anlayışından bəhs edərkən, onun həm 
xalq dili, həm də dil kimi işlənmə dövrlərində nə kimi nüfuz və işlənmə dairəsinə malik olduğu 
da nəzərə alınmalıdır. 
Müasir Azərbaycan ədəbi dili dövrümüzə qədər min ildən çox inkişaf yolu keçmiş bir 
dildir. Azərbaycan dili bu müddət ərzində öz ictimai mahiyyətinə, xidmət etdiyi cəmiyyət 
vahidinə, istifadə dairəsinə, işlənmə sahələrinə görə çox dəyişmişdir. Müasir dövrümüzdə elm, 
təhsil, siyasət, müasir texnologiyalar sahəsində dilimizə saysız-hesabsız sözlər daxil olmuşdur. 
Bu o deməkdir ki, dil bir yerdə dayanmır, daima inkişaf edir. Əslində bu prosesi saxlamaq da 
mümkün deyil.
Hal-hazırda Müasir Azərbaycan ədəbi dili böyük bir ümmana bənzəyir. Bu ümmandan 
bol-bol bəhrələnmək: oxumaq, yazmaq, müasir mənbələri dinləmək lazımdır. Müasir insan
xüsusilə gənclər ictimai-siyasi, iqtisadi, bədii və elmi mənbələrlə nə qədər çox tanış olsa, 
informasiya qəbul etsə, bir o qədər zəngin söz ehtiyatına malik olacaq. Bu zaman müasir dil 
normaları asanlıqla dilə hopacaq, onlar müasir ədəbi dilin daşıyıcıları olacaqlar. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin