Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   178
I CİLD (2)

Yazılı ədəbi dilin təşəkkülü.
Azərbaycan ədəbi dilinin yazılı qolu müəyyən əlverişli 
tarixi şəraitdə ümumxalq dili əsasında təşəkkül tapmışdır. Xalq şifahi şəkildə yaratdıqlarını 
əbədiləşdirmək üçün sonradan onları yazıya köçürmüşdür. “Kitabi-Dədə Qorqud” dastanları 
bu baxımdan səciyyəvidir. Qaynağını uzaq keçmişdən alan Azərbaycan dilinin ilk və ən qədim 
yazılı nümunələri bu günümüzədək gəlib çatmasa da ölkəmizin ərazilərində qədim əlifbaların 
varlığı, həmçinin yazı dilimizin bədii məna kamilliyi və digər amillər bu dilin dərin tarixi 
köklərə malik olduğunu sübut edir.
Yazılı ədəbi dilimizin hələlik XIII əsrdən İ.Həsənoğlunun məlum qəzəli ilə başlandığı 
göstərilsə də (əldə yazılı ədəbi dilimizə aid materiallar olmadığı üçün), yazılı ədəbi dilimizin 
təşəkkül tarixi IX-XI əsrləri əhatə edir. Ə.Dəmirçizadə də, İ.Həsənoğlunun qəzəlinin dilini XIII 
əsrdən çox-çox əvvəl formalaşdığını yazır: “Həsənoğlu özünə qədərki şairlərin davamlı 
təcrübəsindən keçirilmiş ədəbi bir dil irsinə malik olmuş və bu irsdən istifadə edərək öz gözəl 
şeirlərini yazmışdır. Buna görə də belə səlis, əlaqəli və ahəngdar bir şeir dilini ilk ədəbi dil 
nümunəsi saymaq nəinki doğru deyil, hətta mümkün deyil” (14, 88). 
 “Azərbaycan yazılı əbədi dili” anlayışı. 
Lap qədim dövrlərdən Azərbaycanda yazı, məktəb və təhsil sistemi olmuşdur. Hətta ən 
qədim yazıların Azərbaycan ərazisində yarandığı qeyd olunur. Ölkəmizin ərazisində yaşamış 
kutilərin, lulluların, kasların, mannalıların, madalıların, albanların, atropatenalıların yazısı 
olduğunu sübut edən mənbələr, faktlar çoxdur. “Lakin xalqın yaranması ilə meydana çıxan yazı 
tamamilə yeni keyfiyyətli yazı sayılır. Bu yazı ümumxalq dilinə xidmət etdiyi üçün əvvəlki 
tayfa məhdudiyyətlərindən azad olmaqla ümumxalq dilinə xidməti ilə səciyyələnir” (17, 546). 
Eyni zamanda Sasanilər dövründə fars dilindən, Xilafətin hakimiyyəti illərində ərəb dilindən 
ölkəmizin ərazisində rəsmi dövlət dili kimi istifadə edilmişdir. Lakin bunlar da Azərbaycan 
yazılı ədəbi dilinə aid deyil. Çox qədim dövrlərə aid müxtəlif qəbilə və tayfa dillərinə aid olan 
yazılar da ümumxalq Azərbaycan yazılı ədəbi dil anlayışına daxil edilmir. Ə.Dəmirçizadə 
Azərbaycan yazılı ədəbi dil anlayışının təyin edilməsini vacib sayır və bu barədə yazır: 


“Azərbaycan yazılı ədəbi dili dedikdə, biz ümumxalq Azərbaycan dili əsasında yaradılmış bir 
yazılı dili başa düşməliyik”(14, 77). 
Deməli, 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin