Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə159/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   178
I CİLD (2)

 
ÇIXIŞLAR: 
Y.M.Bağırov -32№-li təsərrüfat müqaviləsinin ikinci mərhələsi haçan başa çatmalıdır? 
Y.K.Muradov -İyun ayının 25-də. 
Y.M.Bağırov - İyunun 25-nə kimi ikinci mərhələni başa çatdıra bilərsinizmi? 
Y.K.Muradov -Mənə elə gəlir ki, biz bu mərhələni iyulun birinə başa çatdırarıq. 
N.V.Ağayev- Şöbə müdirinin verdiyi cavabdan aydın olur ki, onlar təsərrüfat 
müqaviləsinin ikinci mərhələsini vaxtında başa satdıra bilməyəcəklər. Belə olan halda məsul 
icraçının vəzifə maaşına əlavə təyin etməyimiz, mənim fikrimcə, məqsədəuyğun deyildir. 
QƏRAR: 
2.1. 23 №-li şöbənin mühəndisi V.S.Qafarovun vəzifə maaşına əlavə təyin edilməsi 
məsələsi 32 №-li təsərrüfat müqaviləsinin ikinci mərhələsi başa çatdırıldıqdan sonra müzakirə 
edilsin. 
Sədr 
Y.M.Bağırov 
Katib 
Q.N.Əliyeva 
ƏMRDƏN ÇIXARIŞ və PROTOKOLDAN ÇIXARIŞ
.
Çıxarış sənədin əslindən müəyyən hissəsinin ayrılıqda götürülmüş surətidir. Belə 
sənədlərin adında «çıxarış» sözü ifadəsini tapır. Sənəd dövriyyəsində əmrdən çıxarış və 
protokoldan çıxarış sənədlərindən əmrdə yalnız bir məsələ ifadəsini taparsa, onda onların 
surətindən istifadə olunur. Protokol bir məsələ ilə bağlı olduqda və onun olduğu kimi 
verilməsinə ehtiyac yoxdursa, protokoldan çıxarış verilə bilər. 
Əmrdən çıxarışda imza yerindən üç sətir aşağıda «əsli ilə duzdur» sözü yazılır. Bundan 
sonra surəti təsdiq edən şəxsin vəzifəsi, adı və soyadı, təsdiq tarixi göstərilir. 
Əmrdən çıxarışda əsaslandırma, protokoldan çıxarışda giriş hissəsi (gündəlik daxil 
olmaqla) tam verilir. Əmrdən çıxarışda tələb olunan bənd olduğu kimi verilir. Protokoldan 
çıxarışda «qərar» hissəsi olduğu kimi verilir. Digər bəndlərdə ixtisarlar aparılır. Çıxarışa əlavə 
və artırma etmək olmaz. 
Əmrdən çıxarış. 
Əmrdən çıxarışın rekvizitləri aşağıdakılardır: 
-idarənin adı; 


-sənədin adı -ƏMRDƏN ÇIXARIŞ; 
-əmrin tarixi; 
- əmrin nömrəsi; 
-tərtib olunma yeri; 
-mətnin başlığı; 
-mətnin tələb olunan bəndi; 
- əmri vermiş şəxsin vəzifəsi; 
- əmri vermiş şəxsin adı, soyadı (yaxud inisialları və soyadı); 
- surətin təsdiqi haqqında qeyd (təsdiq edən şəxsin vəzifəsi, imzası, adı, soyadı); 
-çıxarışın təsdiqolunma tarixi. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin