Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə162/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   178
I CİLD (2)

 


NÜMUNƏ 
XASİYYƏTNAMƏ 
Vaqif Əsəd oğlu Əzimov – 
1977-ci il təvvəllüdlü, ali təhsilli, mexaniki-yığma sexinin mühən-
disi -haqqında 
Vaqif Əsəd oğlu Əzimov 18.09.2001-ci il tarixdən Səttarxan adına maşınqayırma 
zavodunun mexaniki-yıxma sexində mühəndis vəzifəsində çalışır. Zavodda işlədiyi müddətdə 
vəzifəsinin öhdəsindən bacarıqla gəlmiş, özünü savadlı, ixtisasını yüksək səviyyədə bilən 
mühəndis kimi tanıtdıra bilmişdir. O, rəhbərlik tərəfindən verilmiş tapşırıqlara məsuliyyətlə 
yanaşmış, onları vaxtında yüksək keyfiyyətlə yerinə yetirmişdir. Son iki ildə üç səmərələşdirici 
təklifin hazırlanıb tətbiq edilməsində iştirak etmişdir. 
Vaqif Əsədov zavodda ictimai işlərin yerinə yetirilməsində fəallığı ilə seçilir. Kollektiv 
arasında hörmət qazanmışdır. O, nizam-intizam qaydalarına daim riayət edir. İndiyə qədər heç 
bir inzibati cəza almamışdır.
Evlidir, bir qızı var. 
Xasiyyətnamə _____________________________ təqdim olunmaq üçün verilir. 
Zavodun direktoru: (imza)
Adil Əşrəfov 
Möhür
00.00.0000 
AKT
Bu sənəd müəyyən faktların, işlərin və ya hadisələrin təsdiq olunması ilə bağlı bir neçə 
şəxs tərəfindən tərtib olunan sənəddir. İdarəetmədə aktı rəhbərin sərəncamı və ya əmri ilə təyin 
etdiyi komissiya tərtib edir. Xüsusi hallarda bu sənəd sərbəst seçilmiş bir neçə şəxs tərəfindən 
tərtib oluna bilər. 
Aktın rekvizitləri aşağıdakılardır: 
- idarənin, müəssisənin adı; 
- sənədin adı; 
-sənədin tərtib tarixi; 
- sənədin nömrəsi; 
- sənədin tərtib olunduğu yer; 
- sənədin başlığı; 
- sənədin mətni; 
- sənədə əlavə haqqında məlumat; 
- imzalar; 
- təsdiqetmə qrifi.
Təyinatına görə aktın müxtəlif növləri olur. Maddi-məsul şəxslərin dəyişdirilməsi zamanı 
təhvil-təslim aktı tərtib olunur. İnventarlaşdırma, təftiş və yoxlama zamanı tərtib olunan aktlar, 
avadanlığın silinməsi, yararsızlığı və s. ilə bağlı aktlar da fərqlənir. Müxtəlif aktlardakı əsas 
fərq aktın mətnində özünü göstərir. İdarəetmənin bəzi sahələrində xüsusi akt növlərindən 
istifadə edilir (məsələn, dövlət aktı, cinayət aktı, hadisə yerinin müayinəsi aktı, nəqliyyat 


qaydasının pozulması aktı). Xüsusi aktın formaları onlardan istifadə edən təşkilatlar tərəfindən 
müəyyənləşdirilir. 
Aktda bir neçə fakt və ya hadisə ifadəsini tapa bilər. Bu halda aktın mətnində hər bir fakt 
ayrıca bənddə verilir. Akt A4 formatlı kağızda tərtib olunur. Akt bir vərəqdə yerləşmədikdə 
onun ardı vərəqin ikinci üzünə yazılır. Növbəti vərəqin əlavə edilməsi lazım gəldikdə ardıcıl 
nömrələmədən istifadə olunur. Aktın imza olmayan səhifəsinin dəyişdirilməsi onun məz-
mununa xələl gətirə biləcəyi halda aktın bütün səhifələrində imzalar qoyulur.
Aktın giriş hissəsi aşağıdakı qaydada verilir: 
1.Əvvəlcə müəssisənin adı göstərilir. Əgər nazirlik, komitə və baş idarənin qeyd 
olunması vacibdirsə, onlar prioretlərinə görə alt-alta sıralanır. 
2.Əgər akt müəssisənin struktur bölməsində tərtib olunursa, müəssisənin adının altında 
həmin bölmənin adı yazılır 
3.Akt vərəqin sol tərəfində «sıfır» mövqeyindən yazılır. 
4.Sənədin adı (AKT) sözü baş hərflərlə müəssisənin adı ilə müqayisədə mər-
kəzləşdirilmiş şəkildə yazılır. Akt sözünün hərfləri arasında bir ara (probel) vermək olar. 
5.Akt sözündən aşağıda onun tərtib olunma tarixi və ondan sonra bir tabulyasiya (təqribən 
1sm) məsafədə nömrə işarəsi qoyulur və aktın nömrəsi qeyd olunur. Nömrə təklik rəqəmlə 
ifadə olunursa ondan əvvəl «sıfır» yazılır. 
6.Tarix və nömrə sətrindən aşağıda aktın tərtib yeri qeyd olunur. 
7.Tərtib yerindən iki sətir aşağı mövqedə sənədin başlığı yazılır. 
8.Başlıqdan sonra aktın tərtibinin əsası göstərilir. Bunun üçün «Əsas:» yazılır və ara 
verildikdən sonra əsas qeyd edilir. 
Aktın giriş hissəsinin ümumi modeli aşağıdakı kimidir: 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin