-xasiyyətnamə alan şəxsin adı, atasının adı, soyadı;
- xasiyyətnaməni alan şəxsin adı, atasının adı, soyadı, təvəllüdü, vəzifəsi;
- xasiyyətnaməni verən şəxsin imzası;
-möhür;
-xasiyyətnamənin təyinatı.
Xasiyyətnamənin mətni bir-biri ilə məntiqi əlaqəli dörd hissədən ibarət olur. Birinci hissə
xasiyyətnaməni alan şəxslə bağlı əsas anket məlumatlarını əhatə edir. İkinci hissə –şəxsin
fəaliyyəti və bu fəaliyyətlə bağlı keyfiyyətlər haqqında məlumatları özündə birləşdirir. Üçüncü
hissə şəxsin ictimai-əxlaqi keyfiyyətlərini əhatə edir.
Burada şəxsin işdə,
ailə və məişətdə,
ictimai işlərdə davranış və bacarıqları, habelə dövlət təltifləri, digər xidməti mükafatları, elmi
adları, başqa fəxri adları və sair ifadəsini tapır. Sonda şəxsin ailə vəziyyəti haqqında məlumat
verilir. Dördüncü hissə xasiyyətnamənin təyinatını göstərir.
Bu hissə nəticə hissəsi də
adlandırılır. Bu hissənin yazılış şablonu belədir: Xasiyyətnamə (veriləcək təşkilatın adı) təqdim
edilmək üçün verilir.
Sənədin adı baş hərflərlə ortada yazılır. Anket məlumatları sənədin adından sonra sağ
tərəfdən şəxsin adı, atasının adı və soyadının yerləşdiyi hissəni tutur və sağ tərəfdə mətnlə eyni
şaquli xətti keçmir.
Dostları ilə paylaş: