İZAHAT
İzahat səlahiyyətli orqanların
nümayəndələrinin vətəndaşdan, müəssisə rəhbəri və
struktur bölmənin rəhbəri tərəfindən
işçidən onun hərəkəti, fəaliyyəti haqqında və ya baş
vermiş hadisə ilə bağlı məlumatı haqqında tələb etdikləri sənəd növüdür. İzahat əllə yazılır və
sonda imzalanır. İzahatın aşağıdakı rekvizitləri vardır:
-sənədin adı –İZAHAT
-sənədin ünvvanlandığı şəxsin adı, soyadı, vəzifəsi;
-izahatı yazan şəxsin adı, atasının adı, soyadı;
- izahatı yazan şəxsin vəzifəsi (və ya ünvanı)
-izahatın yazılma tarixi;
- izahatı yazan şəxsin adı, soyadı və imzası
NÜMUNƏ
«SİMURQ» kiçik müəssisəsinin
direktoru cənab Əsəd
Abbasova həmin müəssisənin xəzinədarı Rafiq Əli oğlu
Babaşovdan
İZAHAT
00.00.0000 tarixdə müəssisə əməkdaşlarının əmək haqlarının ödənilməsi zamanı
müəssisənin kadrlar şöbəsinin müdiri Zərifə Alı qızı Bağırova onun əmək haqqını təşkil edən
250 (iki yüz əlli) manatı məndən almış və cədvəli imzalamışdır. Bundan yarım saat keçdikdən
sonra o, təkrar yanıma qayıtmış və aldığı pulun 200 (iki yüz)
manat oldubunu bildirmiş və
çatışmayan 50 (əlli) manatı verməyimi tələb etmişdir. Mən ona pulu kassadan uzaqlaşmamış
saymağın lazım gəldiyini və ona əmək haqqını bütün verdiyimi deməyimə baxmayaraq, əlavə
pul tələb etməyi davam etdirmişdir. Sonda Zərifə Alı qızı Bağırova məni təhqir etmiş və
əlindəki daşla kassa pəncərəsinin şüşəsini sındırmışdır. Zərifə Bağırovaya onun əmək haqqını
tam verdiyimi və kassa pəncərəsinin şüşəsinin sınmasında günahımın olmadığını bildirirəm.
Dostları ilə paylaş: