Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə34/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   470
 

 

 


PEŞƏKAR TEATRIN TƏŞƏKKLÜ 

 

Milli xalq oyun-tamaşalarımızın tarixi neçə min illər əvvələ bağlı olsa da, peşəkar teatrımızın 



yaranması  və  təşəkkülü XIX əsrin ortalarından o yana gedib çıxmır. Bu tarixin özündə  də  hələ 

dürüstləşdirilməyən məqamlar qalmaqdadır. 

1841-ci ildə Qarabağın incisi sayılan  Şuşa  şəhəri qəza mərkəzinə çevrilib. Bununla bağlı 

şəhərdə inzibati idarə binaları ilə yanaşı, mədəniyyət obyektləri də tikilməyə başlayıb. Şəhər teziiklə 

Qafqazın mədəniyyət mərkəzlərindən birinə çevrilib. On doqquzuncu əsrin qırxıncı illərində Şuşada 

Lamberkerin sirk binası fəaliyyət göstərib. Burada musiqi məclisləri də qurulub. "Kavkaz" qəzetinin 

1848-ci ildə  çıxan 43-cü sayında "A.S." imzalı  şəxs yazır ki, şuşalılar estetik cəhətdən inkişaf 

ediblər, incəsənəti dəra edə bilən zövqə malikdirlər. Gözəl dekorasiyalarla göstərilən teatr 

tamaşalarına  əhali həvəs və maraqla baxır. Teatr salonunda bəzəkii lojalar qurulub və  şəhərin 

tamaşalar oynayan bacarıqlı teatr həvəskarları vardır. Təəssüflər olsun ki, məqalə müəllifi oynanılan 

tamaşanın bədii mətni və təşkilatçıları, ifaçıların kimliyi, oyunların nə vaxtlar və hansı prinsiplərlə

 

göstərildiyi barədə məlumat verməyib. Arxivlərdə də bu barədə tutarlı tarixi sənəd əldə etmək, hələ 



ki, mümkün olmayıb. 

Azərbaycanda ilk teatr binalarından birinin də qədim tarixə malik və XIX əsrdə quberniya 

mərkəzi olan Şamaxıda tikildiyi məlumdur. Teatr (bunu əyləncə evi kimi də  qəbul etmək olar) 

binasının qurulduğu və orada tamaşa oynanıldığı barədə "Kavkaz" qəzetinin 6 iyul 1858-ci il tarixli 

sayında məlumat var. Orada yazılıb ki, Şamaxı ziyalıları 1857-ci il dekabrın 6-da xeyriyyə 

məqsədilə tamaşa veriblər. Tamaşadan əvvəl dekorasiyalar çəkiblər, tələm-tələslk afişalar yazıblar. 

Dalbadal beş tamaşa oynanılıb. Bina darısqal və tamaşa göstərilməsi üçün əlverişsiz olduğuna görə 

ziyalılar şəhərdə məxsusi teatr binası tikməyi qərarlaşdırıblar. 

Teatr binasının inşası üçün şəhər knyazı vasitəsilə qubernatordan icazə alnııb.  Şamaxının 

əsas küçələrindən birində bu məqsədlə mağazalar kompleksi yerləşən bina seçilib. Şəhərin 

mütərəqqi fikirli gənc ziyalısı Ata bəy Zeynal bəy oğlu mağazaların sahiblərinin pullarını ödəyib. 

Eyni zamanda teatr binasının inşası, daha doğrusu, qurulması üçün könüllü Şəküdə külli miqdarda 

ianə verib. Şəhərin baş memarının müavini Qasım bəy binanın yenidən qurulmasını öhdəsinə 

götürüb. Bir aya mağaza teatr tamaşası göstərmək üçün yararlı hala salınıb və  hətta salonun sağ-

solunda 14 loja qurulub. 

"Kavkaz" qəzetinin yazdığına görə, 1858-ci il aprelin 17-də həmin binada ilk teatr tamaşası 

göstərilib. Qəzet onu da yazır ki, teatr binasını tikənlər və burada tamaşa göstərən səhnə həvəskarları 

(artistlər) tamaşaçılar tərəfindən alqışlarla qarşılanıblar. 

Təəssüflər olsun ki, nə 1840-ci illərdə Şuşada, nə də 6 dekabr 1857-ci ildə və yaxud 17 aprel 

1858-ci ildə  Şamaxıda göstərilən tamaşaların hansı  əsərlər  əsasında oynanıldığı, kimlər tərəfindən 

hazırlandığı, ifaçıların kimliyi barədə əlimizdə heç bir sənəd (afişa, proqram, məlumat-resenziya və 

sairə) yoxdur. Ona görə də milli peşəkar teatrımızın təşəkkül tarixini nə 1857-ci ildən, nə də 1858-ci 

ildən götürmək elmi-tədqiqi cəhətdən, tarixi dürüstlük baxımından, hələ ki, əsassızdır. Bəlkə də, nə 

vaxtsa həmin tamaşaların göstərilmə tarixlərini təsdiqləyən sənədləri  əldə etmək mümkün oldu. 

Onda milli peşəkar teatrımızın tarixini 15-20 il irəli çəkinəyə mənəvi və tarixi haqqımız olar. 

XIX əsrin ikinci yarısından başlayaraq, neft sənayesinin inkişafı sayəsində Bakının mədəni 

həyatında dirçəliş başlayıb.  Şəhərdə  məktəblər açılıb, rus dilində tamaşa-konsert müəssisələri 

yaradılıb. Bu məktəblərdən biri də azərbaycanlı  uşaqların təhsilləri üçün nəzərdə tutulmuş realnı 

məktəb (gimnaziya) idi. Məktəbin şagirdləri müntəzəm olmasa da, hərdən rus dilində oynanılan teatr 

tamaşalarına baxırdılar. 

Növbəti dəfə 1873-cü ildə Bakı realnı  məktəbin son şinif  şagirdi, gələcəyin görkəmli 

dramaturqu Nəcəf bəy Vəzirov teatr tamaşasma baxıb. O, ana dilində tamaşa hazırlamaq qərarına 

gəlib və flkrini görkəmli maarifpərvər, iki il sonra Azərbaycan dilində ilk nəşr sayılan "Əkinçi" 

qəzetinin (1875) redaktoru və naşiri olan Həsən bəy Zərdabiyə bildirib. Zərdabi Mirzə  Fətəli 




Axundzadənin "Təmsilat"ını oxuyub tanış olmaq və oynamağa bir məsxərə seçmək üçün ona verib. 

Nəcəf bəy Vəzirov dramaturqun "Lənkəran xanının vəziri" komediyasını seçib. Tezliklə məhz onun 

rəhbərliyi və  təşkilatçılığı (çağdaş dillə rejissorluğu) ilə  şagirdlər  əsəri tamaşaya hazırlamağa 

başlayıblar. Həsən bəy Zərdabi məşqlərdə pedaqoq kimi, nəzarətçi sifətilə  iştirak edib və hazırlıq 

prosesinə məsuliyyəti öhdəsinə götürüb. 

"Lənkəran xanının vəziri" tamaşası Novruz bayramı münasibətilə hazırlanıb. İlk tamaşa mart 

ayının 10-da "Nəciblər klubu" binasında ("Sobraniye" binası da adlanıb) göstərilib. Afişada əsərin 

adı "Sərgüzəşti-vəziri-xani Sərab" yazılıb. 

Milli mədəniyyətimizdə yeni səhifə açan teatr tamaşasında  əsas rolları  məktəbin  şagirdləri 

Əlyar (Lənkəran xanının vəziri), Səməd (vəzir Mirzə  Həbib), Nəcəf (Ziba xanım),  Əsgər (Nisə 

xanım) oynayıblar.  İlk afişada göstərilən "Nəcəf" Nəcəf bəy Vəzirov, "Adıgözəl" isə  gələcəyin 

ictimai xadimi və bir neçə pyes yazan Əsgər ağa Haqverdi oğlu Adıgözəlov Goranidir. 

Tiflisdə  çıxan "Kavkaz" qəzeti 25 mart 1873-cü ildə  çıxan sayında ilk milli teatr tamaşası 

barədə  ətraflı  məlumat verib. Qəzet yazıb ki, teatr tamaşası hazırlamaqda məqsəd o olub ki, 

müsəlman  əhlinə zövq verilsin. Həm də  yığılan pul xeyriyyə  məqsədinə  sərf olunsun. Tamaşadan 

150 manat pul yığılıb. Maraqlıdır ki, teatr tamaşalarından yığılan pulun xeyriyyəyə sərf olunması, 

kasıb şagirdlərə məsrəf edilməsi həmin vaxtdan ənənə şəklini alıb. 

Beləliklə, 10 mart 1873-cü il Azərbaycan milli peşəkar teatrının doğum günü sayılır. Bu 

tarix, həmçinin Akademik Milli Dram Teatrının təşəkkül tarixi kimi qəbul olunub. Çünki Bakıdakı 

bütün mövcud həvəskarlar truppaları uzun illər müstəqil fəaliyyətdən sonra məhz 1919-cu ildə 

birləşərək "Dövlət Teatrosu" ("Hökumət Teatrosuo da adlanıb) kimi institusional mədəniyyətin 

faktına çevrilib. Bu barədə aşağıdakı dərslərdə daha geniş məlumat veriləcək. 

İlk işlərindən ruhlanan və müəllimlərinin təşəkkürlərini qazanan şagirdlər elə bu il aprel 

ayının 17-də daha bir tamaşa hazırlayaraq oynamışlar. Növbəti tamaşa üçün Mirzə  Fətəli 

Axundzadənin "Hekayəti-sərgüzəşti-mərdi-xəsis" ("Hacı Qara") komediyası seçilib. Bu tamaşanın 

da əsas təşkilatçısı Nəcəf bəy Vəzirov olub. 

Həsən bəy Zərdabi tamaşaların hazırlanıb oynanılması barədə Tiflisdə yaşayan Mirzə Fətəli 

Axundzadəyə 1873-cü il iyunun 13-də  məktub yazıb. Zərdabi öz məktubunda bildirib ki, bizim 

tamaşaçılar hissləri qıcıqlandıran hadisələrə daha çox meyillidir. Vəd edib ki, payızda tələbələr 

(şagirdlər) qayıdanda dramaturqun təzə əsərini tamaşaya hazırlayacaqdır. 

Azərbaycan dilində teatr tamaşaları oynanılmasından müəyyən təşvişə düşən senzor Mirzə 

Fətəli Axundzadənin pyeslərini daha "diqqətlə" oxumağa başlayıb. Hətta bəzi komediyalarda, cüzi 

də olsa, bəzi ixtisarlar edəndən sonra onları oynamağı izinli sayıb. 

"Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından sonra Bakıda bir müddət 

azərbaycanca  əsərlər oynanılmadı. Bunun da əsas səbəbi o idi ki, Nəcəf bəy Vəzirov Peterburqa 

(sonra Moskvaya) ali təhsil almağa getmişdi. Həsən bəy Zərdabi isə  əsas gücünü və  səyini ana 

dilimizdə ilk qəzetin çap olunmasma icazə verilMəsmə sərf edirdi. Əsgər ağa Gorani də Moskvanın 

Razumovski adına kənd Təsərrüfatı Akademiyasma qəbul olunmuşdu. 

Bakı  şəhərindən bu fədakarlıq təşəbbüsünün sorağı  həm Azərbaycanın, həm də Qafqazın 

soydaşlarımız sıx yaşayan  şəhərlərinə  də çatdı. Oralarda yaşayan ziyalılarımzda da tamaşalar 

oynamağa maraq və həvəs oyandı. Bir-birinin ardınca Tiflisdə (əvvəlcə 1873-cü ildə, sonralar 1877-

ci ildən başlayaraq),  Şuşada (1874), Qubada (1875), Şəkidə (1879), İrəvanda (1882), Naxçıvanda 

(1883) teatr həvəskarları olan ziyalılar və məktəb şagirdləri tamaşalar oynamağa başladılar. 

Başqa millətdən  olan və azərbaycanca sərbəst danışan Alma xanım və onun əri Stepan 

Safrazovlar 1882-ci ildən başlayaraq məmləkətimizin müxtəlif  şəhərlərini gəzərək yerli 

həvəskarlarla tamaşalar verirdilər. Onların səyyar repertuarının əsasını Mirzə Fətəli Axundzadənin 

komediyaları və Vasaq Mədətovun azərbaycanca yazdığı "Qırt-qırt", "Fətəli şah" vodevilləri təşkil 

edirdi. Tədricən Nəcəf bəy Vəzirovun kiçik məsxərələri də teatr həvəskarlarının diqqət mərkəzində 

olub. 



Hələlik yalnız həvəskarlıq səciyyəsi daşıyan teatr tamaşalarını hazırlayıb göstərən ziyalıların 

əsas məqsədləri xalqı maarifləndirmək və müəyyən mənada da camaatı  əyləndirib onlara zövq 

vermək idi. Təbii ki, bu zövqvermədə  sənətin başlıca estetik prinsipləri gözlənilə bilməzdi. Hələ 

peşəkar aktyorlar yox idi və  nəinki peşəkar, heç həvəskar rejissuaradan da danışmağa dəyməzdi, 

çünki bu anlayış yox idi. Tamaşalar rol bölünüb bir-iki gün ötəri məşq edilməklə oynanılırdı. Sözləri 

səhnədə suflyor deyir və ifaçılar təkrarlayırdılar. Tamaşalar,  əsasən, Novruz, Orucluq, Qurban 

bayramiarında, ayrı-ayrı  məktəblərin müxtəlif mərasimlərində oynanılırdı. Amma bütün bunlara 

baxmayaraq, həvəskarlar özləri də hiss etmədən, peşəkar teatr sənətinin inkişaf yollarını  sırf 

professionallığa doğru əzınlə, fədakarlıqla aparırdılar. 

Yay aylarında əslən qarabağlı olan ziyalılar, Rusiyanın və Avropanın müxtəlif şəhərlərində 

ali təhsil alan tələbələr  Şuşaya yığılırdılar. Onlar və maarifçiliyə meyilli yerli gənclər,  şəhər 

məktəblərinin yuxarı sinif şagirdləri burada böyük konsertlər təşkil edir, müxtəlif mədəni tədbirlər 

keçirirdilər. Mədəniyyət hadisələri içərisində teatr tamaşaları göstərmək xüsusi yer tuturdu. Bu işdə 

müəllimlər Yusif bəy və Mirzə Muxtar Məmmədov xüsusi səy göstərirdilər. On dörd yaşlı 

Əbdürrəhim bəy Haqverdiyevdə teatr sənətinə marağı da məhz Yusif bəy oyadıb. Mirzə Muxtar 

Məmmədov Azərbaycanın ilk peşəkar aktyorlarından sayılır. 

Tiflis  şəhərində  əhalinin böyük qismini təşkil edən azərbaycanlıların teatr tamaşaları 

oynamaları da tədricən müntəzəm hal alaraq hər aya təsadüf edirdi. Bakıda bu işi,  əsasən, 

müəllimlər və şagirdlər görürdülər. Teatr tamaşalarını oynamaq üçün Bakıda məxsusi bina yox idi. 

Bu çətinliyi aradan qaldırmaq məqsədilə Hacı Zeynalabdin Tağıyev 1883-cü ildə özünün taxıl 

anbarının özülü üzərində teatr binası inşa etdirib. 

Peşəkar teatr təşəkkül tapdığı ildən sonra təxminən on üç-on dörd il ərzində,  əsasən, 

həvəskarlar tamaşa hazırlamaq cəhdində olublar. Onların bəziləri bir, bəziləri iki, bəziləri uzağı üç-

dörd tamaşadan sonra bu işdən ayrılır, öz peşələrinin dalınca gedirdilər. Ona görə də  mərasimdən 

mərasimə, bayramdan-bayrama yada düşən "teatr çıxarmaq" həvəsində olanlar tez-tez dəyişirdilər. 

1873-1886-ci illər Bakıda peşəkar teatrın təşəkkülünün və  tədricən inkişaf etməsinin ilk 

mərhələsi sayılır. Tiflis, İrəvan, Naxçıvan, Gəncə teatrları, müxtəlif  əyalətlərdə  səhnə  sənətinin 

yaranına mərhələləri barədə ayrı-ayrı fəsillərdə bəhs olunacaq. Ona görə də məhz Akademik Milli 

Dram Teatrının həvəskarlıq mərhələləri kimi Bakının teatr prosesinin müxtəlif  əsas dövrlərindən 

bəhs olunacaq. 

 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin