Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu il tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix01.04.2017
ölçüsü2,24 Mb.
#13184
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

QƏDİM ROMA MƏDƏNİYYƏTİ 

Roma haqqnda əfsanə. Romada dövlətin yaranması. 

Avropanın cənubunda, Balkan yarımadasının qərbində Apennin 

yarımadası yerləşir. Apennin yarımadasını  şimalda Avropanın 

qalan hissəsindən Alp dağları ayırır. Alp dağlarından başlayaraq 

Siciliya adasına qədər uzanan sıra dağlar yarımadanı iki yerə 

ayırır. Alp dağları Apennin yarımadasını soyuq şimal küləyindən 

qoruyur. Burada iqlim mülayimdir, yağış Yunanıstana nisbətən 

daha çox yağır, zəngin bitki və heyvanlar aləmi var. Yunanlar bu 

zənginliyə heyran olmuş  və yarımadanın cənub hissəsini  İtaliya, 

yəni “buzovlar ölkəsi” adlandırmışlar. Sonralar bu ad bütün 

yarımadaya verilmişdir. Apennin yarımadasının cənubunda iqlimi 

isti, bitki örtüyü daha zəngin olan Siciliya adası yerləşir. 

Apennin yarımadasının orta hissəsindən Tibr çayı axır. Tunc 

dövründə Avropadan quru yolla Apennin yarımadasına  İtalik 

tayfaları axışdı. E.ə. X-VIII əsrlərdə isə buraya dəniz yolu vasitəsi 

ilə etrusklar gəldilər. Tibr çayı  ətrafındakı düzənliklərdə latın 

tayfaları yaşayırdı. Bu çayın mənsəbindən 25 km aralı Roma 

şəhəri salındı.  Əfsanəyə görə latın  şəhərlərindən birinin padşahı 

qardaşı  qızının  əkiz oğlan uşaqlarını Tibr çayına atdırır. Uşaqlar 

olan səbət ağaca ilişir. Bir dişi canavar onları südü ilə  bəsləyir. 

Uşaqları çoban tapıb tərbiyə edir. Uşaqlardan birinin adı Romul, o 

birinin adı Rem idi. Şəhər salmaq və onun kimin idarə etməsi 

üstündə mübahisələri düşür. Romul Remi öldürür. Romul çobanın 

onları tapdığı yerdə şəhər salır və Roma adlandırır. Beləliklə, e.ə. 

753-cü ildə Roma şəhəri salınır. Romalılar öz tarixlərini bu ildən 

başlayırlar. Romada Kapitoli təpəsində dişi canavarın heykəli 

qoyulmuşdu.  

Romanın  ən qədim  əhalisinin nəslindən olanlar patrisilər 

adlanırdılar. İlk əvvəl əhali 3 qəbilə (triba) ittifaqından, hər triba 

öz növbəsində boy birliklərindən (kuriya) ibarət idi. Latınca 

“pater” ata deməkdir. Boy birliklərinin üzvləri (patrisilər) Roma 

icmasının ilk tam hüquqlu vətəndaşları sayılırdılar. Onlar icma 

torpaqlarından istifadə edir, məsul vəzifələrə seçilirdilər. Onlar işi 

əsasən özləri görür, əvvəllər qullarla bir süfrə başına otururdular. 

Patrisilərə latınca “senat” adlanan qocalardan ibarət 



______________Milli Kitabxana_____________ 

 389


ağsaqqallar  şurası  rəhbərlik edirdi. Senatın tərkibi boy 

başçılarından formalaşırdı.  İcmada 300 boy mövcud olduğundan 

erkən senat 300 üzvdən ibarət idi. Senatın üzvləri senator 

adlanırdı. Romanı padşah və senat idarə edirdi. E.ə. VI əsrin 

başlanğıcında Romada dövlət yarandı. Romalılar qonşuluqda olan 

şəhərləri tutur, əhalisini Romaya köçürürdülər. Romadakı təpələr 

arasında olan təpələr qurudulmuş  və forum deyilən bazar 

yaradılmışdı. Romanın sonuncu padşahı  Məğrur Tarkvin çox 

qəddar olduğuna görə romalılar e.ə. 509-cu ildə onu qovmuş  və 

padşah hakimiyyətinə son qoymuşdular. Bundan sonra hər il xalq 

yığıncağı patrisilər sırasından iki konsul və onların köməkçilərini 

seçir, onlar isə bir il Romanı idarə edirdilər. Konsullar bütün 

məsələlərdə senatla məsləhətləşirdilər. Romada seçkili üsul-

idarəni patrisilər latınca “res publika”, yəni “ümumi iş” 

adlandırırdılar. Respublika müəyyən müddətə seçilmiş adamlar 

tərəfindən idarə olunan dövlət deməkdir. Konsullar Romanı idarə 

edir, məhkəmə işlərinə baxır, müharibə vaxtı orduya komandanlıq 

edirdilər. 

Plebeylərin seçkili vəzifə tutmaq hüququ da yox idi. 

Plebeylər patrisilərlə bərabər hüquqa malik olmaq üçün e.ə. V-III 

əsrlərdə mübarizə aparırdılar. E.ə. V əsrin əvvəllərində plebeylər 

onların hüquqlarını müdafiə edən tribunların seçilməsinə nail 

oldular. Tribun senatın nə konsulun plebeylərin mənafeyinə zidd 

olan istənilən qərarını  ləğv edə bilərdi. Onun “veto”, yəni 

“qadağan edirəm” deməsi kifayət idi. Vəzifəsinin icrası 

müddətində tribun toxunulmazlıq hüququna malik idi. E.ə. 451-ci 

ildə plebeylər mövcud qanunvericiliyin “Qanunlar toplusu” 

şəklində qeydiyyatına nail oldular. E.ə. 449-cu ildə qanunlar 

toplusu həkk olunmuş 12 mis lövhə Forum meydanında qoyuldu. 

E.ə. 326-cı ildə plebeylər borca görə borclunun kölə kimi 

satılması qanununun ləğv edilməsinə nail oldular. Plebsin ticarət-

sənətkar dairələrinin mənafeyi üçün 312-ci ildə senzor olmuş 

Appi Klavdinin fəaliyyəti böyük əhəmiyyət kəsb edirdi. O, torpaq 

mülkiyyəti olmayan plebeylərə  şəhər və  kənd tribalarında 

qeydiyyata düşmək, yəni vətəndaş hüququ almaq imkanı yaratdı. 

Appi Klavdi Romadan Kapuya şəhərinə  qədər uzanan, ticari və 



______________Milli Kitabxana_____________ 

 390


hərbi  əhəmiyyət kəsb edən yol saldı. E.ə. III əsrin  əvvəllərində 

plebeylər Romanın tam hüquqlu vətəndaşı oldular. Onlar seçkili 

vəzifə tutmaq, icma torpaqlarından bəhrələnmək ixtiyarı 

qazandılar. Hər bir Roma vətəndaşı dövlət vəzifəsinə seçilə 

bilərdi, lakin respublika vəzifəyə görə məvacib vermirdi, odur ki, 

seçkili vəzifələrə yalnız varlılar irəli sürülürdü. Romanın vəzifəli 

şəxsləri magistrat adlanırdı. Bir illik müddətə seçilən iki konsul və 

pretorlar, 5 ildə bir dəfə 1.5 illik müddətə seçilən iki senzor, xalq 

tribunları ali, kvestor və edillər kiçik magistratlar sayılırdı. 

E.ə. II-I əsrlərdə Romada quldarlığın inkişafı. Romalılar 

əmək alətlərini canlı və cansız alətlərə, canlı alətləri isə danışan və 

danışmayan alətlərə bölürdülər. Danışan alətlər dedikdə qullar 

nəzərdə tutulurdu. 

Roma ordusunun əyalətlərdən qarət etdiyi sərvətlər Roma 

quldarlarının  əlinə keçirdi. Quldarlar bu vəsaitlə bağlar və 

üzümlüklər salır, mal-qara sürüləri saxlayırdılar. Roma 

imperiyasının hər yerində qul bazarı var idi. Qullardan təsərrüfatın 

bütün sahələrində, tikintidə, ev işlərində, gəmiçilikdə istifadə 

edilirdi. Roma aristokratları icma torpaqlarını  ələ keçirir, 

kəndlilərin torpaqlarını satın alırdılar. 

Romada daha çevik və güclü olan qullara xüsusi həbsxana-

məktəblərdə silah işlətməyi öyrədir, onları bir-biri ilə vuruşmağa 

məcbur edirdilər. Belə qulları qladiator adlandırırdılar. Romada 

qladiator döyüşləri geniş yayılmışdı. Bu məqsəd üçün sirklərə 

oxşar amfiteatr tikilirdi. Amfiteatrın mərkəzi olan meydança arena 

adlanırdı. Məğlub olub sağ qalan qladiatorun taleyi 

tamaşaçılardan asılı idi. Onlar əllərinin baş barmaqlarını  aşağı 

salanda məğlub qladiator öldürülməli idi. Baş barmaqlar yuxarıya 

tuşlananda isə qladiatora rəhm edilirdi. 

Qədim Romada çox qul var idi. Qədim dünyanın heç bir 

ölkəsində bu qədər qul yox idi. E.ə. II əsrdə Roma əyalətlərində 

qulların üsyanı baş verdi. Siciliyada baş vermiş üsyan 6 il davam 

etdi. Quldarlar üsyanı zorla yatırdılar. Romanın apardığı 

müharibələr ölkəyə qul axınını çoxaltdı  Kəndli  əməyi ucuz qul 

əməyi tərəfindən sıxışdırılırdı. Varlı quldarlar var-yoxdan çıxmış 

kəndlilərin torpaqlarını dəyər-dəyməzinə satın alırdılar. Kəndlilər 



______________Milli Kitabxana_____________ 

 391


şəhərlərə, ilk növbədə Romaya axışır, iş tapmırdılar. İşsiz, evsiz-

eşiksiz qalanların sayı artırdı. 

Roma imperiyası. Romadan min kilometrlərlə uzaqlıqda 

gedən müharibələrə  hər il seçilən konsullar başçılıq edə bilmir, 

komandanlıq təcrübəli hərbi rəislərə tapşırıldı. Bu da Romada 

sərkərdələrin nüfuzunun artmasına səbəb olurdu. Quldarlar belə 

hesab edirdilər ki, senat və konsullara nisbətən hərbi sərkərdələr 

yoxsul və qulların müqavimətini daha yaxşı  qırar və itaətdə 

saxlaya bilər. E.ə. I əsrdə Korneli Sullanın diktaturası da 

respublika üsul-idarəsinə  ağır zərbə vurmuşdu. Marinin muzdlu 

könüllülərdən təşkil etdiyi qoşun Romada hakimiyyəti  ələ 

keçirmək üçün istənilən hərbi liderin əlində alətə çevrilə bilərdi. 

Pompey və Krass təkhakimiyyətlik uğrunda mübarizədən 

çəkinməyən belə sərkərdələr idilər. 

Romada quldarlıq təsərrüfatının tənəzzülü. I-II əsrlərdə  ən 

qüdrətli zirvəsinə çatan Roma imperiyasında II-III əsrlərdən 

başlayaraq quldarlıq quruluşunda tənəzzül başlandı. Qul əməyi 

getdikcə  əhəmiyyətini itirirdi, nəzarətsiz qul yaxşı  işləmirdi. 

Qullar üçün yaxşı  işləməyin  əhəmiyyəti yox idi. Onlara ancaq 

yemək verilir, paltar alırdılar. Qullara nəzarətçilər, keşikçilər, 

quldarların özləri nəzarət edirdilər. Quldarlıq təsərrüfatının 

inkişafı üçün əngələ çevrildi. Qədim Romada su dəyirmanı ixtira 

edildi, gavahınlı mürəkkəb kotan, öküzlə  hərəkətə  gətirilən biçin 

aləti, bağlarda işləmək üçün biçin aləti ixtira edilmişdi. Lakin bu 

alətləri qullara etibar etmirdilər. Onlara yenə sadə kobud alətlər 

verirdilər, bu alətləri sındırmaq çətin idi. Qulların marağı 

olmadığına görə torpaqlar tez gücdən düşür və məhsul vermirdi. 

Quldarlar da başa düşürdülər ki, artıq qul əməyi daha sərfəli 

deyil. Buna görə  də  bəzi quldarlar qullara kiçik torpaq sahələri, 

əmək aləti, toxum, iş heyvanı verir, onlara ev tikməyə, ailə 

qurmağa icazə verirdilər. Bu qullar əldə etdikləri məhsulun bir 

hissəsini quldara verirdilər. Belə qullara “daxmalı qullar” 

deyirdilər. 

İri torpaq sahibləri öz torpaqlarını kiçik hissələrə bölüb azad 

kəndlilərə icarəyə verirdilər. Romada belə  xırda icarədarları 

kolonlar adlandırdılar. Kolonlar öz əməklərinin nəticəsində 



______________Milli Kitabxana_____________ 

 392


maraqlı idilər. Qula nisbətən yaxşı  işləyirdilər. II-III əsrlərdə 

kolonlar qismən qulları əvəz etdilər, onların sayı sürətlə artdı. 

Lakin qul və kolonların vəziyyəti ağır olaraq qalırdı. 

Əyalətlərin  əhalisi üzərinə böyük vergilər qoyulmuşdu. Bu 

səbəbdən də imperiyada üsyanlar başlandı. Üsyanda qullar və 

kolonlar iştirak edirdilər. III əsrdə üsyan bütün Qalliyanı bürüdü. 

Üsyançıları “Baqaudlar”, yəni mübarizlər adlandırırdılar. Roma 

quldarları üsyanı qan içərisində yatırdılar. 

Romalılar və yunanlar dillərini başa düşmədikləri xalqları 

barbar adlandırırdılar. II-III əsrlərdən başlayaraq barbarların 

Roma imperiyası üzərinə hücumları güclənməyə başlandı. 

İmperiyanın zəngin  şəhərləri və varlı  kəndləri barbarları  cəlb 

edirdi.  Əsas barbar tayfaları dörd qrupa bölünürdü. German 

tayfaları Müasir Almaniya ərazisində yaşayırdı. Qot alman 

tayfaları Polşadan Ukraynaya qədər olan ərazidə yaşayırdılar. 

Qotlar ostqotlara (şərq qotları) və vestqotlara (qərbi qotlara) 

bölünürdülər. Elba çayından şərqdəki torpaqlarda slavyan tayfaları 

yaşayırdı. IV əsrdən başlayaraq  şərqdən gəlmiş hun tayfaları 

Roma imperiyasının sərhədlərinə yaxınlaşdılar. Bu tayfaların 

hücumu Roma imperiyasının tənəzzülünü sürətləndirdi. III əsrin 

ortalarında Qalliya, İspaniya, Misir, Asiya və  Aşağı Dunay 

Romadan ayrıldı. 

Roma imperiyasında legionerlər böyük rol oynayırdılar. 

Onlar istədikləri adamı imperator taxtında oturdurdular. 

Legionerlər tərəfindən hakimiyyətə gətirilən imperatorlara “əsgər 

imperatorları” deyirdilər Zəifləmiş imperiya sərhədlərini qoruya 

bilmirdi. Barbarlar hücum etdikləri  ərazidə  hər  şeyi məhv 

edirdilər. Roma imperiyasında quldarlar möhkəm imperator 

hakimiyyəti yaratmaq istəyirdilər. Bu məqsədlə 284-cü ildə 

legionerlərin köməyi ilə Diokletianı imperator elan etdilər. O, 

yoxsul ailədən çıxmış, adi legionerdən imperator səviyyəsinə 

yüksəlmiş qətiyyətli bir adam idi. Diokletian qiyamçı döyüşçülərə 

divan tutdu, intizamlı ordu yaratdı, Qalliyada baqaudları  məğlub 

etdi, barbarları imperiya ərazisindən qovdu, sərhədləri 

möhkəmləndirdi, keşikçi qüllələri tikdirdi. Bu qüllələri dərin 

xəndəklər  əhatə edirdi. Roma legionerləri və muzdlu barbarlar 



______________Milli Kitabxana_____________ 

 393


sərhədləri qoruyurdular. 

Diokletian 21 il (284-305) hakimiyyətdə oldu, imperiyanın 

bütövlüyünü təmin etdi. O, özünü Yupiterin oğlu adlandırırdı. O, 

imperiyanın  şərq hissəsində gözəl saraylar tikdirdi və orada 

yaşadı, qüdrətli ordu yaratdı. Ordunu, məmurları  və  xəfiyyələri 

saxlamaq üçün əhali üzərinə  ağır vergi qoydu. Dominant 

idarəçilik sistemini yaradan Diokletian 293-cü ildə inzibati, 301-ci 

ildə maliyyə islahatları apardı. Qiymətlərin tənzimlənməsi 

haqqında fərman verdi. 303-304-cü illərdə xristianlığa qarşı 

fərmanlar imzaladı. Xristianların kütləvi surətdə  təqib və edam 

edilməsinə rəvac verdi. 

Roma Aralıq dənizi sahillərində olan ən böyük şəhər idi. 

Eramızın ilk əsrində burada bir milyon əhali yaşayırdı. Şəhər Tibr 

çayının hər iki sahilində yerləşirdi. Buraya dağ bulaqlarından 11 

kəmərlə öz axarı ilə su gətirilirdi. Sezardan başlayaraq Roma 

forumu  ətrafında abidələr ucaldılır, məbəd və saraylar tikilirdi. 

Roma imperatorlarının heykəlləri qoyulurdu. Trayan Dunay 

qələbələrinin  şərəfinə Forumda 40 m hündürlüyündə sütun 

ucaltmış, onun üstündə özünün heykəlini qoydurmuşdu. 

Romada zəfər tağları geniş yayılmışdı. Triumf 

mərasimlərində imperatorlar bu tağların altından keçirdilər. 

Əvvəllər adi bazar olmuş Forum paytaxtın  ən gözəl yerinə 

çevrilmişdi. Onun yaxınlığında Palatin təpəsi yerləşirdi. Burada 

imperatorların gözəl sarayları yerləşirdi.  İmperator saraylarının 

yaxınlığında quldarların evləri yerləşirdi. Onların evlərinin 

divarları freskalarla bəzədilir, döşəmələri mozaika ilə örtülürdü. 

Otaqlara bəzəkli mebellər, həyətdə, bağlarda gözəl heykəllər 

qoyulurdu. Varlı romalılara xidmət edən qullar içərisində savadlı 

həkimlər, müəllimlər, musiqiçilər, rəssamlar var idi. Varlıların 

alaqapısında it əvəzinə zəncirlənmiş qul otururdu. 

Romada zəngin həyat tərzi keçirənlərlə yanaşı, yoxsul, 

ehtiyac içində yaşayan on minlərlə dilənçi var idi. Onların 

narazılığının qarşısını almaq üçün onlara imperatorun adından 

çörək və pul paylayırdılar. Romada 200 min adam pulsuz çörək 

alırdı. İmperatorun əmri ilə termlər (hamamlar) tikilmişdi. Yoxsul 

azad adamlar buradan pulsuz istifadə edirdilər. Burada kitabxana, 



______________Milli Kitabxana_____________ 

 394


istirahət otaqları var idi. Onlara pulsuz tamaşalar göstərilirdi. 

“Çörək və tamaşa” xalqın narazılığının qarşısını almaq üçün 

verilirdi. Həm quldarlar, həm də yoxsul azad adamlar zəhmət 

çəkməyi qulların işi hesab edir, özləri işləmək istəmirdilər.  

Romada ilk teatrı yunan teatrı nümunəsində Pompey 

tikdirmişdi. Həm quldarlar, həm də yoxsul azad adamlar ən çox 

qladiator döyüşlərini və döyüş arabalarının qaçış yarışlarını 

xoşlayırdılar. I əsrdə Romada 50 min tamaşaçı tutan Kolizey 

tikilmişdi. Amfiteatr Roma ixtirasıdır. O, tribunalarla əhatə 

olunmuş ellips formalı meydandan ibarətdir. Burada qanlı 

qladiator döyüşləri keçirilir, yırtıcı heyvanların boğuşması 

nümayiş etdirilirdi. 

Romada bir neçə amfiteatr var idi, lakin 64-cü ildə baş 

vermiş yanğından sonra yeni qurğuya ehtiyac duyulurdu. 69-cu 

ildə Roma imperatoru Vespasian yeni amfiteatrın tikilməsinə 

qərar verdi. 

Yeni amfiteatr əvvəlcə Flavi amfiteatrı adlanırdı. VII əsrdən 

başlayaraq onu Kolizey adlandırırdılar.  

Kolizeyin perimetri 500 m, hündürlüyü 48.5 m-dir. Kolizey 

əhəngdaşı, tuf və kərpicdən tikilib.  

80-cı ildə onun təntənəli açılışında Vespasianın varisi Tut 

iştirak edirdi. Bu mərasimdə romalılar üçün 5000 yırtıcı heyvanın 

boğuşması tamaşasını nümayiş etdirilmişdi. Lakin tikinti hələ başa 

çatmamışdı. Amfiteatrın ən yüksək tribunası imperator Domisian 

dövründə tikilib başa çatdı. 

Tikili çoxmərtəbəli tribunalar sistemindən ibarətdir. 

Mürəkkəb pilləkənlər sistemi tribunalara gediş-gəlişi 

asanlaşdırırdı. Tribunalar eyni zamanda 50000 tamaşaçı qəbul edə 

bilirdi. Vəhşi heyvanlar yeraltı keçidlər və qaldırıcı qurğular 

vasitəsi ilə birbaşa meydana çıxarılırdı. 

Zəngin texniki təchizatına görə Kolizey öz dövrünü xeyli 

qabaqlamış qurğu hesab olunur. 

Romalılar yunan memarlığından geniş istifadə edirdilər. 

Roma tikintiləri dövlətin  əzəmət və qüdrətini nümayiş etdirməli 

idi. Onlar memarlığa bir sıra yeniliklər gətirdilər. Betonu ixtira 

etdilər. Beton Tağ  və qübbə tikməyə imkan verirdi. Tağ (Arka) 



______________Milli Kitabxana_____________ 

 395


qövs şəklində örtüyə deyilir. Tağdan Zəfər tağlarında, körpü, bina, 

su kəməri tikintisində geniş istifadə olunurdu. 

Qübbə qövs şəklində tavana deyilir. Günbəz tərsinə 

çevrilmiş cam şəklində tavana deyilir. Allahların məbədi sayılan 

və indiyə qədər qalan Panteon günbəzin ən gözəl nümunəsidir. 

Romada heykəltəraşlığın özünəməxsus xüsusiyyəti var idi. 

Onlar yunanların və  şərqdən gətirdikləri heykəllərin surətini 

çıxarır və yenilərini yaradırdılar. Onlar Olimp allahlarına sitayiş 

edir, amma onların adlarını  dəyişirdilər. Məsələn, Zevsi Yupiter, 

dəniz allahı Poseydonu Neptun, Hefesti Vulkan adlandırırdılar. 

Roma ədəbiyyatı yunan ədəbiyyatı ilə bağlı idi. E ə I əsr və 

eramızın I əsri Roma poeziyasının “qızıl dövrü” adlanırdı. 

İmperator Avqust şairləri himayə edirdi. Onun dostu, varlı 

Mesenat  şairlərə qayğı göstərirdi. Onun evi şairlərin üzünə açıq 

idi, onlardan səxavətini əsirgəmirdi. Sonralar “mesenat” sözü varlı 

incəsənət himayəçisi mənasında işləndi. 

Roma  şairlərindən biri Vergili (e.ə. 70-19) idi Onun 12 

cilddən ibarət olan “Eneida” poeması Troyanın müdafiəçisi, ilahə 

oğlu, romalıların atası sayılan Eneyin başına gələn hadisələrdən 

bəhs edir. Eney yanan Troya şəhərindən qoça atasını  çıxarır, bir 

müddətdən sonra İtaliyaya-Romaya gəlir və burada məskən salır. 

Eney atasının ruhu ilə görüşmək üçün yeraltı  səltənətə gedir. 

Atasının ruhu ona xəbər verir ki, onun nəsli Romanın  əsasını 

qoyacaq. Eney özünün gələcək nəslini və onların arasında 

Romaya dinclik gətirəcək Avqustun təntənəsini görür. Vergili 

poemasında Avqustun və onun dövrünü təsvir etmiş, bunun üçün 

qədim əfsanələrdən məharətlə istifadə etmişdi. 

E.ə. I əsrdə yaşamış Tit Lukresi Kar “Əşyaların təbiəti 

haqqında” fəlsəfi poemasını şerlə yazmışdı. Görkəmli şair və alim 

olan Lukresi bu əsərində insanın və  təbiətin tarixi haqqında o 

dövrün qabaqcıl ideyalarını əks etdirmişdir. Onun fikrincə, təbiət 

atomlardan ibarətdir. O, insanların həyatını  və  təbiət hadisələri 

qarşısında onların acizliyini canlı  təsvir etmişdi. O, bu qənaətə 

gəlmişdi ki, insanın təbiət hadisələri qarşısında acizliyi dinin 

meydana gəlməsi ilə  nəticələnmişdir. Onun dediyinə görə, 

əkinçilik, od, incəsənət, yazı allahın insanlara mərhəməti 



______________Milli Kitabxana_____________ 

 396


sahəsində verilməmişdir, insan bütün bunları  zəhməti bahasına 

əldə etmişdir.  

Romada əsas yazı materialı papirus idi. Kitabların çoxu lülə 

şəklində bükülü olub mücrülərdə saxlanırdı. Romalılar 

perqamentdən müasir şəkildə kitablar buraxırdılar, dəridən üzlük 

çəkirdilər. Kitabların üzü köçürülürdü. Bir nəfər diktə edir, onlarla 

qul kitabın üzünü köçürürdü, bu yolla kitablar çoxaldılırdı. Qədim 

Romada bədii  əsərlər, tarixə, coğrafiyaya, kənd təsərrüfatına, 

incəsənətə, memarlığa və s. aid kitablar buraxılırdı. Romanın  ən 

məşhur natiqi Siseron idi. O, gözəl nitq söyləməklə yanaşı, bir sıra 

elmi əsərlər də yazmışdı. 

Böyük Plininin yazdığı “Təbiət tarixi” əsəri 37 kitabdan 

ibarətdir və dövrümüzə  qədər gəlib çatmışdır. Bu kitablarda 

Roma,  Şərq, Yunanıstan alimlərinin astronomiyaya, təbabətə, 

kənd təsərrüfatına və başqa sahələrə aid yazılmış  əsərlərin 

məzmunu verilmişdir. Kitabda I əsrdə Aralıq dənizi sahillərindəki 

ölkələrin elmi bilikləri verilmişdir. Plini e.ə. 79-cu ildə baş vermiş 

Vezuvi vulkanını öyrənmək üçün ona yaxınlaşmış  və  həlak 

olmuşdur. 

Roma mədəniyyəti böyük tarixi əhəmiyyətə malikdir. Bu 

mədəniyyət Roma imperiyasının hər yerində yayılmışdı. 

İmperiyanın  əyalət  əyanları özlərini romalılara oxşadırdılar, 

onların dilini öyrənirdilər. Roma nümunəsində  şəhərlər salınır, 

yollar çəkilir, körpülər tikilirdi. Latın dili və yunan əlifbası 

əsasında tərtib edilmiş latın  əlifbası geniş yayılmışdı. Latın dili 

uzun müddət elm dili olaraq qalmış, Avropanın bütün əhalisi bu 

dildə oxuyub yazmışlar. Tibbdə indi də bu dil işlənir. Latın dili 

italyan, fransız, rumın və digər xalqların dilləri üçün təməl 

olmuşdur. 

Yuli Sezarın tapşırığı ilə  İsgəndəriyyədə  təqvim tərtib 

edilmişdi. Bu təqvim indi də  bəzi dəyişikliklərlə  işlənir.  İndiki 

ayların adında latın adları qalmaqdadır.  İyul ayı Yuli Sezarın, 

avqust ayı imperator Avqustun şərəfinə adlandırılmışdır. 

Yunanıstan mədəniyyəti Roma mədəniyyətinə böyük təsir 

göstərmiş, romalılar Yunanıstanın məktəblərində oxuyur, onların 

dilini öyrənirdilər. Roma şairi yazmışdı: “Əsir. alınmış 



______________Milli Kitabxana_____________ 

 397


Yunanıstan Romaya incəsənət gətirməklə  vəhşi qalibləri  əsir 

etmişdi”. Romalılar yunan mədəniyyətini inkişaf etdirmiş, ona bir 

sıra yeniliklər gətirmişlər. Yunan və Roma mədəniyyətini antik 

mədəniyyət, yəni qədim mədəniyyət adlandırırlar. Bu mədəniyyət 

dünyanın bir sıra ölkələrinə yayılmış, Avropanın və bütün 

dünyanın gələcək mədəniyyətinin inkişafı üçün zəmin olmuşdur.  

E.ə. IV əsrdə yaranan Ellin dövlətləri nisbətən çox ömür 

sürməmişdir. Artıq e.ə. II-1 əsrlərdə onların  əksəriyyəti Roma 

tərəfindən işğal olundu. Bu zamandan başlayaraq antik 

mədəniyyətin mərkəzi müasir İtaliya ərazisinə keçdi.  

Appenin yarımadası ərazisində ən qədim sivilizasiya Etrusk 

mədəniyyəti adı ilə tarixə düşmüşdür. E.ə. I minillikdə Orta və 

Şimali 

İtaliya 


ərazisində etrusklar şəhər-dövlətlərinin 

federasiyasını yaratmışlar. Onların şəhərləri üçün daş divarlar və 

küçələrin düzgün planlaşdırılması səciyyəvi hal idi. 

Arxeoloji qazıntılar etruskların çoxsaylı  mədəniyyət 

abidələrinin aşkar edilməsinə imkan vermişdir. Buraya divarları 

yazılmış  məqbərələr, sarkofaqlar, silahlar, zərgərlik  şeyləri, ev-

məişət  əşyaları, heykəltəraşlıq və s. daxildir. Realizm-yəni insan 

cizgilərinin düzgün verilməsi səciyyəvidir. Etrusk təsiri 

nəticəsində «Roma portreti» yaranmış, mükəmməlliyə çatmışdır. 

Çoxlu yazılar tapılsa da hələ  də etrusk yazıları oxunmamışdır. 

Etruskların dinində heyvanların daxili orqanlarına, quşların 

uçuşuna əsasən fala baxılması, təbiətin qeyri-adi hadisələrinə şərh 

mühüm yer tutmuşdur. Etruskların allahlar panteonu yunanlarınkı 

kimi olsa da, onlarda çoxlu xeyir və  şər iblislərə etiqad mövcud 

olmuşdur. 

Etrusk mədəniyyətinə Böyük müstəmləkəçilik (VIII-VI 

əsrlər) dövründə yunanların təsiri böyük olmuşdur. Etruskların 

yunan mifologiyası  və Homer eposlarının obrazlarını 

mənimsəməsi faktı  məlumdur. Öz növbəsində etruskların  İtaliya 

xalqlarına, xüsusilə romalılara təsiri böyük olmuşdur. Bu təsir 

Qədim Romanın memarlığında, heykəltəraşlığında, dinində özünü 

göstərmişdir. Roma tarixi ənənəyə görə e.ə. 753-cü ildən başlanır. 

Çarlıq dövrü e.ə. VIII-VI əsrləri  əhatə edir. Onun sonuna yaxın 

Roma  şəhər-dövlət kimi formalaşmağa başladı.  Əfsanəyə görə 



______________Milli Kitabxana_____________ 

 398


Romanı yeddi çar idarə edirmiş. Son  üç çar etrusk mənşəli 

olmuşdur. Onların zamanında  şəhərə daş hasar, kanalizasiya 

çəkilmiş, qladiator oyunları üçün sirk tikilmişdir. Romalılar 

etrusklardan sənət və tikinti texnikasını, yazını, Roma şifrləri 

adlanan yazını, quşun uçma və heyvanın daxili orqanlarına əsasən 

fala baxmağı, toqa adlanan geyimi, daxili həyəti olan evlərin 

memarlığını götürmüşlər. 

Qədim Romada dini animistik - yəni müxtəlif ruhların 

mövcudluğuna inam hökm sürürdü. Eyni zamanda totemizm 

elementləri də mövcud idi ki, bu da özünü Roma şəhərinin 

təməlini qoyan Romul və Rem qardaşlarını yedirdən «Kapitoli 

yalquzağına» sitayişlə əlaqədar olmuşdur. Lakin tədricən yunanlar 

kimi allahı insan simasında qəbul edən etruskların təsiri altında 

romalılar antropomorfizmə keçmişlər. Romada Kapitoli təpəsində 

Yupiterə həsr olunmuş məbədi etrusk ustaları tikmişlər. 

Əfsanəyə görə Romada etrusk ağalığı e.ə. 510-cu ildə başa 

çatmışdır. Ayağa qalxan xalq sonuncu çar Tarkvini e.ə. 533-510-

cu illər) devirmişdir. Bu vaxtdan başlayaraq Romada əsilzadələrin 

quldarlıq respublikası yaranmışdır. İlkin respublika dövrü e.ə. VI-

III  əsrləri  əhatə etmişdir. Roma bu dövrdə bütün Appenini öz 

hakimiyyəti altında birləşdirə bilmişdir. 

Əvvəllər Romanın bir sıra vilayətləri yunanların işğalı 

altında olduğundan onlar qabaqcıl yunan mədəniyyətini 

mənimsəmişlər. E.ə. VI-V əsrlərdə Roma cəmiyyətinin yuxarı 

təbəqələrində yunan dili geniş yayılmışdı. Bu dövrdə saqqalın 

qırxılması, saçın qısa vurulması, mis pul və s. geniş yayılmışdı. 

Respublika dövründə natiqlik sənəti, Roma teatrı inkişaf etmişdir. 

E.ə. III əsrin 60-cı illərindən başlayaraq Roma Aralıq dənizində 

ağalıq uğrunda əsas rəqibi olan Karfagenlə mübarizə aparırdı. O, 

Karfageni dağıtdıqdan sonra Yunanıstanı  və Makedoniyanı öz 

əyalətlərinə çevirdi. Lakin e.ə. II əsrdən başlayaraq Romada daxili 

çəkişmələr gücləndi. Sulla müvəqqəti hərbi diktaturası (138-78) 

dövrü, yaxud da Sezar (100-44) dövrü ptinsipat dövrü ilə  əvəz 

olunur. Prinsipat isə respublika örtüyü altında irsi diktatura idi. Bu 

dövrdə Roma allahları Yunan allahları ilə eyniləşdirildi. Yupiter 

Zevslə, Neptun-Poseydonla, Pluton-Aidlə, Mars-Areslə, Venera-



______________Milli Kitabxana_____________ 

 399


Afrodita ilə, Yunona-Hera ilə, Serera-Demetra ilə, Vulkan-

Hevestlə, Minerva-Afina ilə, Merkuri-Hermeslə, Diana-Artemida 

ilə eyniləşdirilmişdi. Apollon kultu e.ə. V əsrdə mənimsənilsə də 

onun analoqu yox idi. Sırf İtaliya allahlarından biri Yanus ikiüzlü 

təsvir olunurdu. O hər cür başlanğıcın həm girişi və  həm də 

çıxışını ifadə edirdi. Qədim  İtaliya allahlarından ev allahları - 

Lara, Genşi, Penatya da tanınırdı. 

Roma allahlar panteonu qapalı deyildi. Əksinə, o başqa 

xalqların allahlarını da özünə daxil edirdi. Romalıların fikrincə, 

başqa xalqların allahları onların qüdrətini daha da artırırdı. 

Yunan  ədəbiyyatı Romaya böyük təsir göstərmişdir.  İlk 

Roma yazıçı  və  şairləri yunanlar olmuşdur. Məsələn, ilk Roma 

şairi yunan Livi Andronik hesab olunur. O, yunan faciə  və 

komediyalarını, o cümlədən Homerin «Odisseya»sını latın dilinə 

çevirmişdi. 

Ən görkəmli Roma yazıçısı Tit Maksi Plavt (e.ə. III-II 

əsrlər) olmuşdur. Onun əsərlərinin (“Eşşəklər”, “Küp”, “Lovğa 

döyüşçü”) qəhrəmanları yunan adları daşısalar da, Roma reallığını 

əks etdirirdilər. Öz komediyalarında (“Hərəmağası”, “Androslu 

qız”)  ənənəvi məzhəkə sxemlərindən xeyli kənara çıxan Publi 

Terensiusun (e.ə. 195-159) yaradıcılığı Avropa dramaturgiyasına 

böyük təsir göstərmişdir. Roma faciələri  əslində  təqlidçiliklə 

məşğul idi. E.ə. I əsrdə yaşamış məşhur Roma yazıçısı və filosofu 

Tit Lukresi Kar «Şeylərin təbiəti haqqında» poemasında Epikurun 

təlimini şərh etmişdir. Qay Valeri Katull (e.ə. 87-54) lirik poeziya 

ustadı olmuşdur. 

Latın dilində ilk nəsr əsəri olan “Kənd təsərrüfatı haqqında” 

traktat Böyük Katona (e.ə. 234-149) mənsubdur. Varronun (e.ə. 

116-27) «Allah və insanın  əməllərinin qədimliyi»  əsəri bir növ 

tarixi-coğrafi və dini ensiklopediya təsirini yaradır. Görkəmli 

dövlət xadimi, məşhur natiq, hüquqşünas, filosof, yazıçı Mark 

Tulli Siseronun (e.ə. 106-43) əsərləri (“Dövlət haqqında”, “Vəzifə 

borcu haqqında” və s.) hələ antik dövrdə klassik və ya “qızıl” latın 

ədəbiyyatının ən gözəl nümunələri olmuşdur. 

«Katilinanın qəsdi», «Yuqurta müharibəsi», “Tarix” və s. 

əsərlərin müəllifi Qay Salyusti Krisp (e.ə. 86-35) respublika dövrü 



______________Milli Kitabxana_____________ 

 400


tarixşünaslığında böyük rol oynamışdır. Böyük sərkərdə Qay Yuli 

Sezar “Qall müharibələri haqqında qeydlər», “Vətəndəş 

müharibəsi haqqında qeydlər” əsərlərinin müəllifidir. 

Romada fəlsəfə tam şəkildə yunan fəlsəfəsinin təsiri altıda 

olmuşdur. Ona görə  də müstəqil Roma fəlsəfi sistemləri 

yaradılmamışdır. 

Roma memarlığı yunan memarlığının güclü təsirinə  məruz 

qalmışdır. Lakin oradakı tikililər özünün əzəməti, bəzəyi və s. ilə 

seçilmişdir. E.ə. II-I əsrlərdə beton və s. istifadə edilirdi. Orada 

tikilən «Zəfər darvazaları» diqqəti daha çox cəlb edir. Həmin 

dövrdə külli miqdarda portret heykəlləri yaradılır. Görkəmli 

adamların büstləri yaradılır. Eyni zamanda memarlıq, hüquq 

elmlərinə dair əsərlər meydana çıxır. 

E.ə. 31-ci ildən başlayaraq Roma tarixinin yeni səhifəsi-

imperiya dövrü başlanır. Roma ən qüdrətli imperiyaya çevrilir. Bu 

imperiya öz tərkibinə  şərqi Aralıq dənizi,  Şimali Afrika, 

Avropanın xeyli hissəsini daxil etmişdir. Roma imperiyasında 

fəlsəfənin öyrənilmə  mərkəzi Afina olaraq qalırdı. Bu dövrdə 

stoisizm yayılmışdır. Onun nümayəndələri Seneka (e.ə. 4 - b.e. 

65) və imperator Mark Avreli (121-130) olmuşdur. Cəmiyyətin 

aşağı  təbəqələri içərisində  gəzən səyyar filosoflar-kiniklər böyük 

hörmətə malik idilər. Ölümündən sonra ilahiləşdirilən imperator 

kultu və ilahə Roma kultu kimi yeni kultlar prinsipat dövrünün 

dini üçün səciyyəvi hadisə idi. İlahə Roma bütün Roma 

imperiyasının hamisi hesab olunurdu. Bu dövrdə xilaskar allah 

kultları da geniş yayılmışdı. Həmin allahlar guya ölümə qalib gəlir 

və dindarlara axirət dünyasında ölməzlik bəxş edirdilər. Roma, 

İsgəndəriyyə, Afina, Karfagen kimi iri şəhərlər Roma 

imperiyasının elm mərkəzləri idi. I-II əsrlərdə coğrafiya elminə 

daha çox diqqət yetirilirdi. Strabonun (e.ə. 64/63 – b.e. 23/24) 

traktatları, Klavdi Ptolemeyin (90-160) traktatları  və fiziki 

coğrafiyanın, botanika, zoologiya və mineralogiyanın 

ensiklopediyaçısı olan Böyük Plininin (23/24-79) «Təbət tarixi» 

əsəri, həkim Qalenin (130-200) təcrübələri və s. bu dövrə aiddir. 

İlkin imperiya dövrünün ədəbiyyatı da diqqəti cəlb edir. 

Apuley (b.e.125-180) «Metamorfozlar» (və yaxud «Qızıl eşşək»), 



______________Milli Kitabxana_____________ 

 401


kiçik Plini, satiriklər Yuvenal (60-127), Petroni (?- 66), Lukian 

(120-190), Vergili (e.ə. 90-19), Horasi (e.ə. 65- b.e. 8), Ovidi (e.ə. 

43-b.e. 18) kimi yazıçı  və  şairlər Roma mədəniyyətinə dünya 

şöhrəti gətirmişlər. Bu dövrdə Roma tarixşünaslığı özünün 

zirvəsinə çatmışdır. Tit Livi (e.ə. 59-b.e. 17), Böyük Plini (23/24-

79), İosif Flavi (37-100), Publi Korneli Tasit (58-117) və s. həmin 

dövrün tarixçiləridir. I-II əsrlərdə iki məşhur tikili - antik 

dünyanın ən böyük amfiteatrı Kolizey və bütün allahların şərəfinə 

Panteon tikilmişdir. Roma təsviri sənətinin gözəl nümunələri 79-

cu ildə Vezuvi vulkanının püskürməsi nəticəsində kül altında 

qalmış Pompey, Herkulanum və Stabya şəhərlərində 

saxlanılmışdır. 

395-ci ildə Roma imperiyası paytaxtı Konstantinopol 

olmaqla Şərqi və Qərbi Roma imperiyasına bölündü. Bu dövr də 

xristianlıq bütün Roma imperiyasına yayılmağa başlamışdı. 

Əvvəllər xristianlar təqib olunsalar da sonralar həmin  ərazilərdə 

xristianlıq hakimi mütləq dinə çevrildi. Antik dövrün sonunda 

xristian  ədəbiyyatı yayılmağa başladı. Bu dövrdə Avzani və 

Klavdian (375-404) kimi yazıçılar və tarixçi Ammian Marselin 

(330-400) yaşasalar da, onların xristianlıqla heç bir əlaqəsi 

olmamışdır. Xristian təlimi hər iki imperiyada geniş yayılmışdı. 

Qərbi Roma imperiyası 476-cı ilə  qədər  Şərqi Roma imperiyası 

isə 1453-cü ilə qədər mövcud olmuşdur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


______________Milli Kitabxana_____________ 

 402


QƏDİM ROMANIN GÖRKƏMLİ MƏDƏNİYYƏT 

XADİMLƏRİ 

 

E.ə. 


253-184 

Dramaturq Tit Maksi Plavt 

  190-159 

Dramaturq Publi Terensi Afra 

 239-169 

Şair, tarixçi Enni 

  234-149 

Tarixçi, yazar, aqronom Mark Porsi Katon 

 180-100 

Şair Qay Lusili 

  116-27 

Ensiklopedist alim Terensi Varron 

 106-23 

Hüquqşünas, natiq, yazar Mark Tulli Siseron 

 87-54 

Şair Qay Valeri Katul 



 98-54 

Filosof, şair Tit Lukresi Kar 

  86-35 

Tarixçi, yazar Qay Salyusti Krips 

 70-19 

Şair Publi Vegili Maron 



 65-8 

Şair Kvint Horasi Flakk 

 E.ə. 59- b.e. 17 

Tarixçi Tit Livi 

 E.ə. 65-b.e. 25 

Coğrafiyaşünas Strabon 

 E.ə. 43-b.e.17 

Şair Publi Ovidi Nazon 

B.e. 

23-79 


Ensiklopedist alim Böyük Plini Sekund 

 37-90 


Tarixçi İosif Flavi 

 39-65 


Şair Anney Lukan 

 42-102 


Şair Mark Valeri Marsial 

 46-126 


Tarixçi, yazar Plutarx 

 54-120 


Tarixçi Korneli Tasit 

 ?-70 


Tarixçi Appian 

  62-114 

Yazar Kiçik Plini 

  70-160 

Tarixçi Qay Svetoni Trankvil 

 90-160 


Astronom Klavdi Ptolemey 

 120-180 

Satirik şair Lukian 

 125-180 

Yazar Apuley 

 129-200 

Təbib Qalen 

  155-235 

Tarixçi Dion Kassi 

  263-340 

Xristian tarixçisi Yevsevi 

 314-393 

Natiq Libani 

 330-400 

Tarixçi Ammian Marselin 

 354-430 

Xristian yazarı Avqustin 

 

Xristianliğin meydana gəlməsi. Qədim Romada 



məzlumların üsyanı amansızlıqla yatırılırdı. Qullar, kəndlilər 

“dəmir legionları” məğlubedilməz, imperiyanı isə sarsılmaz hesab 

edirdilər. Onlar köhnə allahlara inanmır, azadlıq gətirəcək, 


______________Milli Kitabxana_____________ 

 403


zülmkarları  cəzalandıracaq allahı  səbirsizliklə gözləyirdilər. I 

əsrdə  Fələstində Romanın ağalığına və yerli yəhudi  əyanlarına 

qarşı olan üsyan amansızlıqla yatırıldı. Nəticədə insanlarda 

“rəhmdil allah” ümidi meydana gəldi. Belə bir şəraitdə Fələstində 

İsa haqqında əfsanə yarandı. Deyilənə görə İsa eramızın birinci ili 

ərəfəsində Fələstində Nəsirə qəsəbəsində anadan olmuşdur. Anası 

yəhudi qızı Məryəm idi. Xristianlar onun atasının allah olduğuna 

inanırlar.  İsa otuz yaşına çatanda yeni bir din yaradır. Yunanlar 

onu İisus Xristos adlandırırdılar. Bu dinə inananlara xristian, dini 

xristianlıq adlandırdılar. Sağlığında ona iman gətirmiş 12 nəfər 

şagirdi  İsanı daim müşayiət edirdi. Onlara “apostol” (övliya) 

deyirdilər. Xristianların dini kitabı “İncildə” deyilir ki, allah İsanı 

insanları yer üzündə zülmdən xilas etmək üçün göndəribmiş, lakin 

yəhudilər romalılara  İsanın yeni bir din yaratdığını  və yeni bir 

dövlət yaradacağını xəbər verirlər. Romalılar İsanı çarmıxa çəkib 

edam etmişdilər. İsa üç gündən sonra dirilib göylərə çəkilmişdir. 

Bütün  əzablara dözmüş  İsa vəd edir ki, yer üzünə qayıdacaq, 

insanları  əməlinə görə mühakimə edəcək. Yer üzündə  əzab-

əziyyətə dözən,  İsanı allah kimi qəbul edən axirətdə 

mükafatlandırılacaq, cənnətdə  əbədi xoşbəxt olacaq. Onu inkar 

edən cəhənnəmdə  əbədi  əzab-əziyyətə  məhkum olacaq. İsa 

haqqındakı bu rəvayət ölən və dirilən allahlar haqqında olan 

əfsanəyə bənzəyir. Beləliklə, I əsrin sonu və II əsrdə İsa haqqında 

əfsanələr yazıldı  və bunların hamısı yoxsulların səbirsizliklə 

gözlədikləri xoş  xəbərlər idi. Əvvəlcə qullar və yoxsullar İsa 

haqqında əfsanəyə inanıb xristian oldular. Xristianlıq bütün Roma 

imperiyasına yayıldı, xristianlar icmalarda birləşib gizli fəaliyyət 

göstərirdilər. Onlar qədim dini bayramlardan bir çox ayinlər 

mənimsəyib öz dini bayramlarını qeyd edirdilər. Günün uzanmağa 

başladığı 25 dekabr İsanın anadan olduğu gün kimi qeyd edir. 

İsanın dirildiyi günü yazda təbiətin oyandığı bir vaxtda bayram 

edirlər. Xristianlar allahın yeri altı günə yaratması, insanı 

palçıqdan düzəldib ona ruh verməsi haqqındakı əfsanəni də qəbul 

etmişlər. Xristianlar gizli zirzəmilərdə  və köhnə daş 

karxanalarında yığıncaqlar keçirir, ibadət edirdilər. 

Roma imperiyasının dağılması ilə elm və maarif tənəzzül 



______________Milli Kitabxana_____________ 

 404


etdi. Üsyanlar, qiyamlar, barbarların hücumları insanlarda sabaha 

ümidsizlik yaratmışdı. Əhalinin həyatı və var-yoxu təhlükə altında 

qalmışdı. Belə bir şəraitdə xristian dini varlılar üçün əlverişli idi. 

Xristianlıq xalqı  səbirli və itaətkar olmağa çağırırdı. Varlılar da 

xristian dinini qəbul etdilər. İcma rəhbərləri, keşişlər yepiskoplar 

varlılardan seçilirdi. Yüzlərlə dini icmalar yepiskoplar tərəfindən 

idarə olunurdu.  İcmaları birləşdirən və yepiskoplar tərəfindən 

idarə olunan təşkilata kilsə deyilirdi. Kilsə  həm də xristianların 

ibadət etdiyi bina idi. Xristianlığı  qəbul etmiş ilk Roma 

imperatoru Konstantin olmuşdur. Onun anası xristian idi. 

Konstantin Milan fərmanı ilə 313-cü ildə xristianlığa rəsmən icazə 

verdi. Bu dövrdən başlayaraq xristianlar dini yığıncaqlarını açıq 

keçirir, məbədlər tikməyə başlayırlar. Varlılar kilsəyə maliyyə 

yardımı göstərirlər. Kilsə imperatora tabe idi. İmperatorlar 

hakimiyyətlərini möhkəmləndirmək üçün xristian dininə 

arxalanırdılar. İmperatorlar və xristian din xadimləri dünyanın və 

insanın yaradılması,  İsa haqqında  əfsanələrə zidd məlumatları 

məhv etməyə başladılar. Qədim dünyanın  ən gözəl incəsənət 

əsərlərini, binaları,  əsərləri məhv edirdilər. Kitablar yandırılır, 

məbədlər dağıdılırdı.  İsgəndəriyyə kitabxanası  məhv edildi, alim 

qadın  İpatiya öldürüldü. Xristianlar Misirdə Osiris məbədini 

dağıtdılar, Olimpiya oyunlarının keçirilməsini qadağan etdilər. 

Afinada Parfenon və Romada Panteon məbədində xristian 

ibadətləri keçirilirdi. IV əsrin sonunda Roma imperiyasında 

xristian dinindən başqa bütün dinlər qadağan olundu. Lakin bütün 

bunlara baxmayaraq romalılar yunan mədəniyyəti  əsasında öz 

milli mədəniyyətlərini inkişaf etdirərək zəngin bir mədəniyyətin 

yaradıcısına çevrildilər. Yunan mədəniyyəti Roma mədəniyyətin-

də dərin kök sala bildi. Və bütün mədəniyyətlər üçün nümunə ola 

bilən bir mədəniyyət nəsillərdən-nəsillərə, qərinələrdən-qərinələrə 

ötürüləcək bugünkü günə kimi mədəni irs kimi qorunaraq 

yaşamaq hüququ əldə etdi. 

 


______________Milli Kitabxana_____________ 

 405


 

 

 



______________Milli Kitabxana_____________ 

 406


 

 

 



______________Milli Kitabxana_____________ 

 407


 

 

 



 

 


______________Milli Kitabxana_____________ 

 408


 

 

 



 

 

 



 

______________Milli Kitabxana_____________ 

 409


 

 

 



______________Milli Kitabxana_____________ 

 410


 

 

 



 

 

 



 

 


______________Milli Kitabxana_____________ 

 411


 

 

 



 

______________Milli Kitabxana_____________ 

 412


 

______________Milli Kitabxana_____________ 

 413


 

 

 



 

______________Milli Kitabxana_____________ 

 414


 

 

 



 

 


______________Milli Kitabxana_____________ 

 415


Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin